Cəmiyyət

Sabunçuda oğurluq edən tutuldu

23 Mart 2017 22:46
0 Şərh     Baxış: 742
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının Sabunçu rayonunda oğurluqla məşğul olan şəxs yaxalanıb.
 
Milli.Az teleqraf.com-a istinadən bildirir ki,Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində oğurluq hadisələri törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Aleksandr Qavryuşin tutulub.
 
O, martın 2-də və 3-də rayon ərazisindəki qarajlardan birindən 2 ədəd velosiped, həmçinin paytaxt sakini Gülarə Hüseynovanın mobil telefonunu və İntiqam Əsgərovun noutbukunu oğurlamaqda şübhəli bilinib.
Faktla bağlı cinayət işi başlanıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.