Cəmiyyət

Ağstafada yol qəzası: xəsarət alanlar var

23 Mart 2017 20:13
0 Şərh     Baxış: 580
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ağstafa rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnmiş yol qəzası baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Ağstafa rayonunda, Bayraq Meydanı yaxınlığında baş verib.
Belə ki, taksi kimi fəaliyyət göstərən "VAZ-2107" markalı avtomobil qarşı tərəfdən gələn "Chevrolet Niva" markalı avtomobillə toqquşub. Hadisə nəticəsində, sürücülər və hər iki avtomobildə olan iki sərnişin müxtəlif bədən xəsarətləri alıb.
Taksi sürücüsünün və "Chevrolet Niva"da olan sərnişinlərdən birinin yarası ağır olduğundan onlar xəstəxanaya yerləşdiriliblər. Digər yaralıların vəziyyəti isə normaldır və onlara ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.