Cəmiyyət

Uşağı olmayan kişi ikinci dəfə evlənə bilər?

23 Mart 2017 20:10
3 Şərh     Baxış: 1 567
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Uşaq sahibi olmaq, evlənmənin gayələrindən sadəcə biridir və Allahın təqdirində olan bir haldır. Quran buyurur:" Göylərin və yerin hökmü Allahın əlindədir. O, istədiyini yaradır, istədiyinə ancaq qız, istədiyinə də ancaq oğlan verir. Yaxud hər ikisindən - həm oğlan, həm də qız verir, istədiyini də sonsuz (övladsız) edir. O (hər şeyi) biləndir, (hər şeyə) qadirdir! " (Şûrâ surəsi, 42/49-50)

Milli.Az meneviyyat.az-a istinadən bildirir ki, ayrıca, həyat yoldaşları arasındakı sevgi ve mərhəmət, Allahın varlığının ve qüdrətinin dəlillərindən biri olarak təqdim edilir. (Rum surəsi, 30/21) Deməli yoldaşlar Allahın varlığına və qüdrətinə sığınacaq, Onun qüdrətinin bir aynası olaraq, Onun rızası için bir birlərinə sevgi göstərəcək və mərhəmət edəcəklər. Bu çox boyük lütufdur, ayrıcalıqdır.

Normal müalicə yollarını təqib etdikdən sonra da uşağı olmayanların anormal yollara müraciət etməmələri, bir birlərini günahlandıraraq  aralarındakı sevgi və mərhəməti zədələməmələri gərəkir.

Uşaq olmayınca ikinci evliliği ümumiyyətlə uygun görmürük. Fəqət yenə də bu məsələ  yerinə görə dəyərləndirilməlidir. Yəni, birinci xanımın bu məsələyə baxışı necə olacaq, ətrafımızdakı insanlar necə münasəbət göstərəcəklər, keçinmə ve xanımlar arası ədalət..vs. Hamısı hesap edilərək hərəkət edilməlidir. Həm, ikinci evlilik olduqda uşağın olacağını kim qarantiya verə bilər! Əlimizdə belə bir qarantiya olmadığına görə, qədərimizə razı olub, Allaha dayanıb, Ona güvənərək müsəlmanca yaşamağa davam edəcəyik..

Bununla bərabər, bizlər haqqımızda xeyirli olanı bilmərik. Uşaqları olsa idi daha yaxşı olardı yoxsa yox, bun bizim ağlımız qavramaz . "Elə olur ki, xoşlanmadığınız bir şey sizin için xeyirli olur. Elə də olur ki, sevip arzu ettiğiniz bir şey sizin için şərli olur. Gerçəği Allah bilir, siz bilməzsiniz." (Bəqərə surəsi, 2/216) deyir. Quran bizi qədərə təslimiyyətə dəvət edir. Çünkü necə uşaqlar var ki, yoxlukları varlıqlarından xeyirli olur. Analar, "kəşkə sənin kimi bir övlad doğmasaydım!" deyə fəryad edirlər.

Ayrıca boşandıklarında qadının psixologiyasını da düşünmək lazımdır. Yəni illərlə bərabər bir yasdığa baş qoyduğu əri tərəfindən uşağı olmadığı üçün boşanan və o halıyla ortada qalan bir xanımı düşünək..! Daxili alemində dünyaları başına yıxılar, hayata necə baxar.. bəlki də heç vaxt evlənməyi düşünməz. Birinci evliliyində yaşadığı sıxıntıya görə ikinci dəfə ailə qurmağı qadınlar bu gün olduqca çoxdur.Xəyallarının puç olmasıyla həm özlərinə, həm ata-analarına, varsa övladlarına dözülməz həyat yaşadırlar.

Bəylə-gəlin, nigah stolu arxasında əyləşirkən sadəcə dünya həyatı üçün değil, bir- birlərini ən gözəl vəziyyətdə görəcəkləri cənnət həyatı üçün də imza atarlar. Hurilerin göz qamaştırıcı halları qarşısında, kişilərə ən xoşagələn öz zövcəsi olacaq və bu sevgi hər zaman artaraq davam edəcəkdir. Harada  əlli altmış illik dünya həyatı, harada əbədi hüzur yurdunda bitməz tükənməz sevgi!

Məsələyi, əbədi  hayata görə düşünməli, həmən boşanmayı ağla getirməməliyik..

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.