Cəmiyyət

Qadını ictimai və fərdi həyatda ləyaqətli edən xüsusiyyətlər

23 Mart 2017 19:45
0 Şərh     Baxış: 1 017
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Həzrət Peyğəmbər (s) buyurur: "Qadını əziz tutmaz - böyük insandan başqası. Ona xəyanət etməz - alçaq insandan başqası".

Qadın anadır, qadın həyat yoldaşıdır, qadın övladdır. Hər biri ilə bağlı da onun üzərində böyük məsuliyyət vardır. Bəs layiqli qadın necə olmalıdır? (Tebyan)
1. Milli.Az deyerler.org-a istinadən bildirir ki, Allahla daima rabitədə olmalıdır. "Şübhəsiz, Allah (kəlmeyi-şəhadət deyərək əməldə dinə təslim olan) müsəlman kişilər və qadınlar, (İslamın üsulid-dininə və füruid-dininə qəlbən etiqad bəsləyən) mömin kişilər və qadınlar, itaətkar, müti kişilər və qadınlar, doğrudanışan kişilər və qadınlar və səbirli, dözümlü kişilər və qadınlar, qəlbən təvazökar olan kişilər və qadınlar, sədəqə verən kişilər və qadınlar, oruc tutan kişilər və qadınlar, şəhvətlərini qoruyan kişilər və qadınlar və Allaha çox zikr edən kişilər və qadınların hamısı üçün məğfirət (bağışlanmaq) və böyük bir mükafat hazırlamışdır!". ("Əhzab" 35).
2. Övladını gözəl tərbiyə etməlidir.
"Ey iman gətirənlər, özünüzü və ailənizi yanacağı insanlardan və daşlardan ibarət olan oddan qoruyun". ("Təhrim" 6).
O zaman ki, qadın ana rolunu oynayır, övlad tərbiyəsi onun ən böyük məsuliyyəti olur. Qadın övladını necə tərbiyə edərsə, cəmiyyətin gələcəyi də o cür irəliləyər. Ona görə də övlad tərbiyəsi çox məsuliyyətli və dəyərli bir əməldir ki, qadının çiyinlərinə qoyulmuşdur.
3. Ərinin bəzən sərt və yersiz ola bilən əməllərinə göz yummaq. Cəmiyyətimizdə bu cür ailələrə tez-tez rast gəlmək olur ki, qadın ərə gedəndən sonra başa düşür ki, ailə qurduğu insan İslami dəyərlərə tam qiymət verməyən bir şəxsdir. Allah Təala qadınlara tövsiyə edir ki, bu cür insanları islah etməyə çalışsınlar və Allaha pənah aparsınlar. Necə ki, Asya edərdi. "Və Allah iman gətirən kəslər üçün Fironun zövcəsini misəl çəkdi; o zaman o demişdi: "Ey Rəbbim, mənim üçün Öz yanında (Öz cəlal və rəhmətinin yaxınlığında) - cənnətdə - bir ev tik! Mənə Firondan və onun əməlindən nicat ver, məni zalım qövmdən (onun sarayındakılardan və millətindən) qurtar!"". ("Təhrim" 11).
4. Təvazökar olsunlar və ərlərinin sirrini saxlayandırlar. "Buna görə də ləyaqətli qadınlar itaətkardırlar və Allahın (onların hüquqlarını) qoruması müqabilində onlar da (ərləri yanlarında olmayanda onların hüquqlarını, sirlərini, mallarını) qoruyurlar". ("Nisa" 34).
5. Həyalı və iffətlidirlər. "O iki qadından biri - yüksək həya ilə utana-utana onun yanına gəlib dedi: "Atam bizim üçün (heyvanlarımıza) su verməyinin muzdunu ödəməkdən ötrü səni çağırır". ("Qəsəs" 25).
6. İctimai rabitədə bəzəkli-düzəkli və sərbəst olmaz. "Vüqarla öz evlərinizdə qərar tutun, ilkin cahiliyyət dövründəki (qadınlar) çıxdığı kimi (bəzək-düzəkli, hicaba riayət etmədən) camaat arasına çıxmayın, namaz qılın və zəkat verin, (şəriət hökmlərində) Allaha və (ilahi rəhbərliyə aid məsələlərdə) Onun Rəsuluna itaət edin". ("Əhzab" 33).
7. İslami hicabına riayət edər. "Mömin qadınlara de ki, (başqalarının ayıb yerləri və yad kişinin bədəni kimi baxılması haram olan şeylərlə qarşılaşanda) gözlərini yumsunlar və öz ayıb yerlərini (üz və əllərindən başqa bədənlərinin hər yerini yadların görməsindən) qorusunlar. Həmçinin öz zinət və bəzəklərini və onların yerlərini (boyun, sinə, saç, biləklər, baldırlar və sairəni, naçarlıqdan öz-özlüyündə) görünən (üst paltarları, əl və üz kimi şeylər) istisna olmaqla, üzə çıxarmasınlar". ("Nur" 31).

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.