Cəmiyyət

Günün resepti: toyuq ləvəngisi - FOTO

23 Mart 2017 07:00
30 Şərh     Baxış: 18 941
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az milli mətbəximizin ən ləziz yeməklərindən olan toyuq ləvəngisinin  hazırlanma qaydasını təqdim edir.

Tərkibi:

1 ədəd orta ölçülü toyuq

200 qram qoz ləpəsi

2 ədəd baş soğan

1 xörək qaşığı yağ

alça turşusu

duz

istiot

Hazırlanması

Əvvəlcə qozu ət maşınından keçirin. Daha sonra soğanı təmizləyib onu da eyni qayda ilə ət maşınından keçirin. Soğanı cunanın arasına qoyub suyunu sıxın. Suyu sıxılmış soğanı kərə yağında qovurun.

Ocaqdan götürün. Kənarda soyudun. Daha sonra qoz və isladılmış turşu əlavə edib, duz və istiot vuraraq yaxşıca qarışdırın. Toyuğu təmizləyib duz və istiot vurun. Toyuğun içinə və çölünə alça turşusu çəkərək, ləvəngini doldurmağa başlayın.

İçi doldurulmuş toyuğun qarnını sapla tikin. Qanadının altını, budlarını bıçaqla çərtin. Qızdırılmış sobada yarım saat bişirin. Hər iki üzü qızaranda , sobadan çıxarıb servis edə bilərsiniz.

Nuş olsun!

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.