Cəmiyyət

Qəssabdan bayramda nümunəvi addım: Əti hər kəs ala bilsin deyə 9 manata satır - VİDEO

22 Mart 2017 21:48
7 Şərh     Baxış: 7 002
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mal əti 9 manat. Ətin qiymətinin 11 manatdan aşağı olmadığı bir vaxtda paytaxtda hələ də 9 manata dana ətinin satıldığı qəssabxana var. Söhbət Xətai rayonu, Kazımağa Kərimov küçəsində yerləşən bu qəssabxanadan gedir. Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, qəssabxananın sahibi Aqil Məmmədov bayramqabağı öz alıcılarına sürpriz edib.

Aqil Məmmədov adi hallarda da əti digər qəssablardan 1-2 manat aşağı qiymətə satdığını deyir.

Qəssab qiyməti bu qədər endirməsinə baxmayaraq ziyana getmədiyini də deyir. Alıcılar da burada qiymətlərin digərləri ilə hər zaman aşağı olduğunu təsdiqləyir.

Qəssab Aqil Məmmədovun bu addımı əslində satışla məşğul olan hər kəsə nümunədir. Bayramqabağı atılan bu addım təqdirəlayiq olmaqla yanaşı, həm də vicdanlıdır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Qəssabdan bayramda nümunəvi addım: Əti hər kəs ala bilsin deyə 9 manata satır

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.