Cəmiyyət

Sakinlər 3 ildir ki, bu iki problemdən əziyyət çəkir - VİDEO

21 Mart 2017 20:57
3 Şərh     Baxış: 3 594
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sexdən atılan çirkab sularının üfunət iyindən yay-qış sakinlər dayana bilmir. Bir tərəfdən də artıq toyuq sümüklərinə yığışmış küçə itləri həyətə çıxmağa imkan vermir . Paytaxtın Balaxanı qəsəbəsi Həsən Əliyev küçəsinin sakinləri 3 ildir ki, bu iki problemdən əziyyət çəkir.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, bir tərəfdə üfunət iyi verən gölməçə, digər tərəfdə toyuq sür sümüyünə yığışmış itlər. Balaxanı qəsəbəsindəki fəaliyyət göstərən quşçuluq təssərrüfatı ərazidə yaşayan sakinləri təmiz hava üzünə həsrət qoyub.
Üstəlik artıq qalan artıq sümüklərin də elə çox uzağa yox, düz sakinlər olan evlərin yanına atılması küçə itlərini bura dadandırıb.
Özü kiçik olsa da,problemlri böyük olan müəssisənin də məsələyə münasibətini öyrənməyə çalışdıq. Amma dəfələrlə qapısın döyməyimizə baxmayaraq üzümüzə qapı açan olmadı.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:
Sakinlər 3 ildir ki, bu iki problemdən əziyyət çəkir

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.