Cəmiyyət

Bu günə olan HAVA PROQNOZU

21 Mart 2017 10:58
4 Şərh     Baxış: 1 722

Bayram günlərində Azərbaycanda hava şəraiti kəskin dəyişib.

Milli.Az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, bu gün ölkə ərazisində buludlu hava şəraiti üstünlük təşkil edəcək, gün ərzində yağış yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək.

Havanın temperaturu Abşeronda gecə 3-5, gündüz 8-10 dərəcə isti, Bakıda gecə 3-5, gündüz 8-10 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında isə arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq rayonlarda sulu qar, qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman müşahidə olunacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-6, gündüz 9-13 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-7 dərəcə isti olacağı gözlənilir.

Nazirlik qeyd edir ki, martın 25-dək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

4 Şərh:

  • Anonim
    Nerecan · 21 Mart 11:1600

    COX XAYIS EDIREM DUZ MELUMAT VERIN XACMAZDA ELE GUN VAR KI QOL QISA GEZ DUZ PUROQNOZ VERIN EZIZ HIDROQLAR

    Cavab yaz
    • Anonim
      . · 21 Mart 11:3300

      Bakini yagis aparir sen gun cixib deyirsen???

      Cavab yaz
  • Anonim
    narecana · 21 Mart 11:5200

    Bu saat Əli proqnoz hər şeyi düzüb qoşacaq.Sonra nə istəyirsən geyin gəz.

    Cavab yaz
  • Anonim
    Hikmət · 21 Mart 12:3000

    Salam əli bayramin mübarək neçə belə bayramlar keçirdəsən.Sabah zərdabda hava necə olacaq

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.