Cəmiyyət

"Bir şəkərburanın kalorisi bir boşqab plovla eynidir" - Nəyi necə yeyək?

21 Mart 2017 09:59
14 Şərh     Baxış: 2 184

Bayram günlərinin, tətillərin sevinc bəxş etdiyi qədər qayğılı tərəfləri də var. İstirahət günlərini həvəslə gözləyənlərin bəziləri bolluca yatmağı düşünür, bəziləri qonaqlıqlara, digərləri səfərlərə hazırlaşır. Lakin bunların arxasında bir də qidalanma dayanır. Məhz bayram günlərində qidalanma rejimi sıxlaşır və çox zaman yeməyə nəzarəti itiririk. Bayramdan sonra isə yığdığımız artıq çəkilərlə mübarizə, pəhriz, arıqlamaq qayğıları başlayır. Bəs bayram günlərində necə qidalanaq? Tətillərdə həyat tərzimizi öz axarı ilə davam etdirməyi bacara bilərikmi?
Milli.Az lent.az-a istinadən xəbər verir ki, dietoloq-mütəxəssis Leyla Zülfüqarlı bayram günlərində qidalanmamıza xüsusi diqqət etməyimizi tapşırır. Bu baxımdan Novruz bayramı ikiqat məsuliyyət tələb edir: "Novruzu daha çox şirniyyat bayramı kimi xarakterizə edə bilərik. Şirniyyatlardan təkcə bir şəkərbura bir pay kalorili yemək qədərdir. Məsələn, bir boşqab yağlı ətli aşqarası ilə plov təqribən bir şəkərburanın kalorisi ilə ekvivalentidir. 1 şəkərbura 650 kaloridirsə, bir qab plovda da təqribən bu qədər kalori var".
Bayram süfrələrini plovsuz və şirniyyatsız təsəvvür etmək mümkün deyil. Hələ ikinci köməkçi yeməklər və salatları demirik. Təntənəli yemək mərasimindən sonra süfrəyə cürbəcür dadlı şirniyyatlarla çay gəlir. Dadlı yeməkləri yeyirik, lakin təəssüf ki, ondan sonra yediyimiz şirniyyatların kalorisini nəzərə almırıq. Halbuki elə əsl kalori də budur. L. Zülfüqarlı ağır yeməklərdən sonra çayla şirniyyatların orqanizm üçün ikiqat təhlükə mənbəyi olduğunu deyir: "Nəzərə almalıyıq ki, azərbaycanlılar metabolik xəstəliklərdən əziyyət çəkən xalqdır. Burada əsasən şəkərli diabet, zob xəstəlikləri nəzərdə tutulur. Belə xəstəliklərə meylli olan insanlar xüsusilə şirniyyat sarıdan ehtiyatlı olmalıdırlar. Bu cür insanlar Novruz bayramında istədikləri kimi, kifayət qədər şirniyyat qəbul etsələr, artıq risk qrupuna daxil ola bilərlər. Novruz bayramını nə qədər sevsək də, özümüzə və qidalanmamıza qarşı bir o qədər tələbkar olmalıyıq".
Bayram günləri, tətil və istirahətin sevinci yalnız yeməkləri dadmaqdan ibarət deyil. Bu sevincə deyib-gülüb, əylənməyi də əlavə edə bilərik. Dietoloq bu günlərdə orqanizmə də qidalanmada istirahət verməyin də vacib olduğunu əlavə edir: "Özümüz istirahət etdiyimiz kimi, orqanizmimizə də dinclik verməliyik. Məsələn, bir gün günün birinci yarısı şirniyyat qəbul etsək, o biri gün şirniyyatdan imtina etməliyik. Hər gün bir-birinin ardınca şirniyyat yemək orqanizm üçün doğru deyil. İstirahət günlərində hesablamadığımız hipodinamik həyat tərzini də nəzərə almaq lazımdır. Şirniyyatı adət etdiyimiz qara çayla içmək məsləhət deyil. Bu günlərdə bitki çaylarına, əsasən yaşıl çaya və darçın çubuğu ilə dəmlənmiş çaylara üstünlük verilməlidir".
Təəssüf ki, bizdə bayram günləri yalnız yeməklə ölçülür. Çünki bizim üçün bayram adət-ənənəsi yeməklərdən aldığımız zövqdür. Dietoloq bildirir ki, bunu əylənmək, şənlənmək, deyib-gülmək, oynamaqla tamamlasaq, yəni fiziki aktivliyi də əlavə etsək, normal yemək və şirniyyatlardan da zövq ala bilərik: "Bayram günlərində yemək paylarına mütləq nəzarət etməliyik. Yemək paylarımız kiçik olmalıdır. Novruz bayramında digər bayramlara nisbətən qidalanma proqramı zəngin olduğu üçün daha çox məsuliyyət tələb edir. Qurban bayramında bir başqa tərzdə qidalanırıq, Yeni ildə bir başqa. Ən təhlükəli qidalanma isə Novruz bayramına düşür".
Bayram günlərində pəhriz saxlayanların üzərinə daha çox məsuliyyət düşür. Pəhriz saxlayanların çoxu demək olar ki, bayramı doyaraq yaşamadıqlarını etiraf edirlər. Çoxları isə hətta dadlı yeməklər, müxtəlif şirniyyatlara süfrədən qıraqda baxmaqla kifayətlənir. L. Zülfüqarlının isə pəhriz saxlayanlara xoş xəbəri var: "Düzdür, pəhriz saxlayanlar üçün bayram günləri sıxıntılı keçir. Amma pəhrizlərini də davam etdirirlər. Təbii ki, yemək və şirniyyatlardan da dadaraq. Üstəlik, heç bir problem də yaşamırlar. Bu şərtlə ki, nəzarəti itirməsinlər. Əgər bir gün bir paxlava və bir şəkərbura yeyirlərsə, həmin gün kalorili yeməkdən imtina etmək lazımdır. Bu cür etsələr, ciddi xətalardan qoruna bilərlər".
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

14 Şərh:

  • Anonim
    ika.e · 21 Mart 10:3300

    Menim en çox xoşladıgım novruz şirniyyatı badamburadı..Amma çox da yeye bilmirem...

    Cavab yaz
    • Anonim
      Efqan · 21 Mart 11:0400

      Bafamburada kalori hamisindan çoxdu )

      Cavab yaz
      • Anonim
        Efqan · 21 Mart 11:2100

        Badambura

        Cavab yaz
        • Anonim
          ika.e · 21 Mart 12:1110

          Bilirem neyniyek daha ilde bir defe olar da yemek))

          Cavab yaz
  • Anonim
    Efqan · 21 Mart 10:4300

    Inanmaram heçvaxt, ola bilmez

    Cavab yaz
  • Anonim
    sahib · 21 Mart 10:5800

    Neyniyek ilde bir defe de yemiyek

    Cavab yaz
  • Anonim
    Melek · 21 Mart 12:0910

    Bayramda yemeyek bes ne vaxt yeyek??eybi yox sora yemerik evezin cıxarıq

    Cavab yaz
  • Anonim
    Hemid · 21 Mart 12:4810

    Ümumi olaraq yeməkləri qatışdirmaq olmaz esasende toy meclislerinde salatlar, tərkibi konservant məhsullari ickiler, oda konservant yağli yemeklər arada cay, kofe sonra tort gəlir dondurmada ola biler bunlar hamsi insan həyatini məhv edir. Terevezlere tebii salatlara zeytun yagi 1 ci növ buğda unundan kəpəkli cörəyə süd məhsullarına çox üstünlük vermək lazımdı. Her seher yuxudan duranda suzulmuş (oturaq şekilde) çiy su içmək lazimdi. İnanin çox faydalıdı 25 kq-a qeder damarlarda şlaqlari kirəcləşməni mehv edir. Düzgün qidalanmamaq həkimə gətirib çixarir dərman isə insanı müveqqeti ayaqa qaldırır xəstəlik isə bədəndə qalır. İnsan üçün həyatda ən dəyərli olan unun canin sağlığıdı. Düzgün qidalanmaq can sağlığıdı dərmansiz həyat demekdi.

    Cavab yaz
    • Anonim
      Tebiet · 21 Mart 13:2810

      Həmid müəllim, faydalı məsləhətlərdi çox sağ olun.

      Cavab yaz
      • Anonim
        Efqan-tebiet-e · 21 Mart 13:4910

        Bayramin mübarek )

        Cavab yaz
        • Anonim
          Tebiet · 21 Mart 14:5710

          Əfqan, çox sağ ol. Sənin də Yaz bayramın Mübarək olsun )

          Cavab yaz
  • Anonim
    Şuşinskaya · 21 Mart 13:3400

    Hamınıza nus olsun. İldə bir dəfə olan bayramdi ürəyiniz istəyən qədər yeyin.

    Cavab yaz
  • Anonim
    Hemid · 21 Mart 17:1810

    Sizde sağolun.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.