Cəmiyyət

Azərbaycanda donorların verdiyi qanın miqdarı artıb

21 Mart 2017 09:31
2 Şərh     Baxış: 941
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda əhalinin donorluğa cəlb edilməsi işinin aktivləşdirilməsi nəticəsində tədarük olunan qan və onun komponentlərinin miqdarı artıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, 2010-cu ildə 19,5 ton, 2015-cü ildə 33 ton qan tədarük olunub.

2016-cı ildə isə tədarük olunan qanın miqdarı artaraq 36 tondan çox olub.

Hazırda ölkə üzrə tibb müəssisələrinin və xəstələrin təhlükəsiz donor qanına və onun komponentlərinə olan ehtiyacı tam ödənilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.