Cəmiyyət

Yaradılışın gözəlliyi və mütləq şər

21 Mart 2017 13:40
1 Şərh     Baxış: 820
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"O, yaratdığı hər şeyi gözəl yaratmışdır". (32:7)

Din baxımından bəşəriyyətin əvvəli, başlanğıc nöqtəsi gedib Allaha çıxır.
Qurani-Kərimdə deyildiyi kimi? Allah hər şeyi gözəl, xeyirli yaratsa da, düzgün yolda istifadə edilməyən şeylər şər əmələ gətirir. Məsələn dəmir xeyirlidir. Amma bıçaq, bıçaqdan sui-istifadə edildikdə şər törəyir.
Xeyir olmayan yerdə şər var. Daha bu, o demək deyil ki, xeyir və şər qardaşdır. Əslində elə xeyir və şər həqiqətən də bir-biri ilə mübarizədədirlər. Belə ki, nəticə olaraq ikisindən biri zahirdə təcəlla etməlidir.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, bir insan varsa, o, ya yaxşıdır, ya da pis. Belə deyil ki, deyək ki, nə yaxşıdır, nə də pis. Çünki hər hansısa bir formada ya şərə xidmət edir, ya da xeyirə.
Allah hər şeyi gözəl yaratdığı üçün, "Mütləq şər" yaratmayıb. Yəni şər xeyirin olmadığı yerlərdə mövcud olur.
Necə ki, işıq olmayanda qaranlıq, isti olmayanda soyuq əmələ gəlir.
Başqa bir misal: Allah varlığı yaradıb, varlıq olmadıq da yoxluq əmələ gəlir.
Düzü, mənim üçün mənbə olaraq daha təəccüblüsü kölgədir. Çünki Allah günəşi yaradıb kölgə isə...
Şərə gəldikdə, onun mənbəyi xeyir və gözəllik kimi gedib Allaha çıxmır. Bəlkə də ona görə Allah Təala buyurur ki, başınıza gələn bütün müsibətlər öz əməllərinizin nəticəsidir.
Həyatımızda mövcud olan hər bir şeydə şər ehtimalı var. Hətta elm və ehsan, şücaət və ibadət kimi müsbət şeylərdən də bəla gözlənilir.
Elmin bəlası - təkəbbür.
Ehsanın bəlası - minnət.
İbadətin bəlası - riya.
Şücaətin bəlası - zülm və sitəmdir.
Ətrafımıza nəzər salsaq, hər biri üçün real nümunələr tapa bilərik. Ümumiyyətlə, ariflərin nəzərinə görə şeytan insanı tək pis işlərlə deyil, yaxşı işlərlə də aldadır. Qəflət edən insan onda ayılır ki, etdiyi bütün yaxşılıqları Allahın razılığı üçün deyil, öz nəfsi üçün edib.
"Fələq" surəsinin birinci və ikinci ayəsində buyurulur:
1. "Qul əuzu birəbbil fələq" - "De: Pənah aparıram sübhün Rəbbinə"
2. "Min şərri ma xələq" - "Yaratdıqlarının şərindən".
İkinci ayədən də görsəndiyi kimi şərlər məhz elə bizlər tərəfindən yaradılır. İstənilən bir şeyi xeyirə istifadə etmədikdə, şərə istifadə edilə bilər.
Nəfs, qəzəb, həsəd və s. bu kimi mənfi yüklü şeylər isə şərin doğulmasına səbəb olur.
Çalışaq şərdən uzaq olaq, çünki şər istənilən halda pisdir. İstər gecənin olsun, istərsə də gündüzün.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.