Cəmiyyət

Diqqət: Ürəyiniz dayana bilər...

21 Mart 2017 13:10
2 Şərh     Baxış: 2 845
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Danimarkada aparılan bir araşdırma ağrıkəsici dərmanların zərərli olduğunu üzə çıxarıb. Belə ki, tez-tez istifadə edilən və çox vaxt zərərsiz hesab edilən bu dərman preparatları ürəyin dayanması riskini artırır. "European Heart Journal-Cardiovascular Pharmacotherapy" jurnalında dərc edilən bir məqalədə ibuprofen, naproksen və diklofenak kimi ağrıkəsicilərin ürəktutma riskini 31 faiz artırdığı bildirilir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, tədqiqatçılar Danimarkada xəstəxanalardan kənarda ürəktutması olan xəstələr və 1995-ci ildən bəri istifadə edilən ağrıkəsicilərlə bağlı bütün məlumatları toplayıblar. Bundan başqa, xəstəxanadan kənarda ürəyi dayanan 29 minə yaxın xəstə barədə araşdırma aparılıb və məlum olub ki, onlardan 3 min 400-ə yaxını ürəktutmadan bir ay əvvəl ağrıkəsici qəbul edib. Alimlər ağrıkəsicilərin istifadəsi ilə ürəyin dayanması arasında əlaqəni öyrənmək üçün ürəktutmasından öncəki 30 gün ərzində bu dərmanların istifadəsi ilə ürəktutma olmadan bir ay ərzində həmin preparatlardan istifadənin bağlılığını araşdırıblar. Nəticədə ağrıkəsicilərin istifadəsinin 31 faizi ürəyin dayanmasına səbəb olduğu müəyyənləşdirilib. Diklofenak ürək dayanması riskini 50 faiz, ibupofren isə 31 faiz artırır. Naproksenin isə belə riski artırmadığı məlum olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.