Cəmiyyət

Pişiyin şəfaverici gücü

21 Mart 2017 09:45
5 Şərh     Baxış: 1 392

Pişik qədər diqqətli və həssas olan ikinci ev heyvanı tapmaq çətindir. Həddindən artıq sərbəst olduğuna görə özünə qarşı xüsusi qulluq tələb etmir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, ev heyvanlarının, xüsusilə pişiklərin özünəməxsus bioenergetikası var. Pişik nə qədər böyük olsa, onun enerji potensialı da o qədər çox olur və sahibinə daha çox kömək edir. Hissiyyatı çox güclü olur, onu əhatə edən canlıların energetik sahələrini və insanların vəziyyətini xırdalığına qədər hiss edir. Ev pişiklərinin əksəriyyəti ailə üzvlərinə kömək etməyə cəhd göstərir, sahibinin ürəyi və ya qarın nahiyəsi ağrıyanda həmin nahiyəyə uzanıb ağrını özünə çəkir. Ehtimal ki, belə vaxtlarda pişik hansısa instinktə uyğun hərəkət edir. Adətən bu, onun özü üçün heç bir təhlükə törətmir.

Ev pişiyi sahibini sakitləşdirir, arterial təzyiqin aşağı düşməsinə səbəb olur. Onun bioenergetikası baş və oynaq ağrılarını azaldır, zədələrin tez sağalmasına kömək edir, daxili orqanların iltihabı xəstəliklərini sağaldır. Müalicəvi təsir pişiyi əllə sığallayarkən da baş verir.

Yeri gəlmişkən, xatırlatmağa dəyər ki, ABŞ-da qəribə hadisə baş verib. Ağır onkoloji xəstənin pişiyi həmişə sahibinin şiş olan yerində oturarmış. Qəribədir ki, pişik özü onkoloji xəstəliyə tutularaq ölüb, sahibi isə sağ qalıb...

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

5 Şərh:

  • Anonim
    SEVIL BALAKEN · 21 Mart 10:1020

    olmuw hadisedir.qohumum onkoloji xeste idi. men de onu gormeye getmiwdim.xeste uzu yuxari uzanmiwdi.aqrilardan qivrilirdi. birden piwik onun ustune cixib qarninin ustunde yatdi.bir saatdan sonra piwik yere duwdu ve oldu. xestenin butun aqrilari dayandi ve o saqlam olduqunu dedi. bu mocuzeni men gordum.ona gore de en cox sevdiyim heyvan piwik ve itdir.

    Cavab yaz
  • Anonim
    Stariy Kiravabad! · 21 Mart 10:3020

    Beli yazilanlari men nenemnen ewitmiwem. Piwik insanin ayaqlarin arasinnan kecende ne qeder agirligin var hammisini cekir ozune.

    Cavab yaz
  • Anonim
    . · 21 Mart 11:3810

    Menimde pisiyim var.olurem onuncun.gormesem birteher olaram

    Cavab yaz
  • Anonim
    Sebir · 21 Mart 11:5410

    Men de inanıram pişiyin şefaverici olduguna.yaşlılar da tesdig edirler.ondan elave eve göze görünmezler girdiyinde ilk pisik hiss edir.tüklerini şişirdir.evdekiler xoşlamır deye men saxlıya bilmirem

    Cavab yaz
  • Anonim
    Mən · 21 Mart 16:1200

    Düzdür mən də eşitmişəm,amma inanmıram o qədər də

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.