Cəmiyyət

Azərbaycanda avtomobil hərəkətsiz dayanan yerdə radara düşdü - TRAGİKOMİK HADİSƏ - VİDEO

20 Mart 2017 22:24
5 Şərh     Baxış: 3 177

Minik avtomobili hərəkətsiz dayanan yerdə radara düşdü. Qeyri-adi hadisə Şamaxıda baş verib. Rayon sakini Ağasalam Nəhmətov 3 gün öncə idarə etdiyi avtomobili dayanacaqda saxlayaraq evə gedib. Elə həmin vaxt da maşın radara düşüb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Ağasalam Nəhmətov hansı səbəbdən cərimələndiyini öyrənmək məqsədi ilə polisə müraciət edib. Ona bildirilib ki, sürət həddini aşdığı üçün radara düşüb.

İşin qəribə tərəfi odur ki, minik avtomobili həmin vaxt hərəkətsiz olub. Bu, protokoldakı şəkildən də açıq-aydın görünür. Şəkil çəkilən vaxt avtomobilin yanında olan adam da kadra düşüb.

Ekspertlər bildirirlər ki, Ağasalam Nəhmətov məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinə müraciət edə bilər. Bu halda fakt araşdırılacaq və həqiqətən də sürücü haqlıdırsa, protokol ləğv ediləcək.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Azərbaycanda avtomobil hərəkətsiz dayanan yerdə radara düşdü - TRAGİKOMİK HADİSƏ

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

5 Şərh:

  • Anonim
    777 · 20 Mart 22:4421

    Bizim yol polisleri nağil qehremanlaridir! Bir defe, 3 il evvel bizim masinimiz 55 km/saat sûretle gedirdi. Hemin yolda sûret heddi 60 km/saat idi. Masinlar böyrûmûzden sûretle sutuyûb ötûrdûler. Polislerin hemin masinlari saxlamadiğina teeccûblendiyim vaxt bizi saxlayib radara dûsdûyûmûzû dediler. Sehv saxladiqlarini sûbut etdik, amma yarim saat vaxtimiz itdi yolda.

    Cavab yaz
  • Anonim
    gul · 20 Mart 23:0013

    BU DUZGUN DEYIL SURUCULERI BELE INCITMEK OLMAZ RADARINDA YERI VAR AG ELEMEYIN QANUNLA CALIWIN QOY RAHAT DEYE BILEK/MENIM POLISIM MENI QORUYUR/

    Cavab yaz
  • Anonim
    Namiq · 21 Mart 00:2701

    Yəqin polis əlində radar maşına tərəf qaçıb

    Cavab yaz
  • Anonim
    . · 21 Mart 00:3110

    Bu da təzə mod düşüb.Dünənə qədər belə hal olanda 1 ərizə yazirdin həmin dyp şöbəsinə 5 dəqiqəyə həmin protokol ləğv olunurdu.İndi bir ağıllı sayta yerləşdirən kimi o biriləri də başladi,nc nc,nc.Ay millət,ay insan,ay adam,burda böyüdüləsi heç nə yoxdur.Radar texnikadir,insan deyil.Bu maşın hərəkətsiz vəziyyətdə dayanib,yanindan ötən maşın radara düşüb,vəssalam.Şəkildə bu maşın düşüb,bunu da ərinmə,get dyp müraciət elə,düzəlsin də.O biri maşın sürətlə ötüb,radarda şəkli düşməyib,bu maşın düşüb.Çoooox tragikomik hadisə idi.Gülməkdən öldüm,nc,nc,nc

    Cavab yaz
  • Anonim
    Baku · 21 Mart 11:5701

    Niye vetendash muraciet etmelidir vaxt itirmelidir zehmet ceksin DYP ozu arasdirsin her kese sehf melumat gelecek vetendash vaxt itirecek

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.