Cəmiyyət

28 min manata 2 əsrlik qəpik satılır - Tarixi pullar necə əldə edilib? - VİDEO

20 Mart 2017 22:04
3 Şərh     Baxış: 3 690

Biri yüz manata, digəri isə 28 min manata. Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, nadir tarixi eksponat hesab olunan bu pul və sikkələr internet vasitəsi ilə satışa çıxarılıb.

Maraq doğuran isə toplu şəkildə satılan bu çox əsrlik pulların niyə muzeylərdə yox saytlarda açıq şəkildə satılmasıdır. Satıcılar bəzisi qədim pulun ailə yadigarı olduğunu, bəzisi isə torpaqdan çıxardığını deyir.

Hüquqşünas Xəyal Bəşirov əgər qədimi əşya vərəsə kimi atadan və ya başqa birindən qalıbsa rahat satıla biləcəyini deyir. Yox əgər hər hansısa şəxs onu torpaqdan qazıb çıxarıbsa mütləq dövlətə təhvil verməli olduğunu deyir. Əks halda bunu gizlədir yaxud satırsa həmin şəxs cinayət məsuliyyəti daşıyır.

Ümumilikdə isə kimlərsə əntiq əşyaların satışı ilə məşğul olursa,mütləq icazə sənədi almalıdırlar. Əks halda onlar da cinayət məsuliyyəti daşıyır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
28 min manata 2 əsrlik qəpik satılır - Tarixi pullar necə əldə edilib?

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

3 Şərh:

  • Anonim
    anonim · 20 Mart 23:0120

    işimiz var da

    Cavab yaz
  • Anonim
    Ramil · 21 Mart 00:0820

    Axirda tualete girendede icaze kagizi alacayiq.ne dexlisi var yadigar qalib indide satiram

    Cavab yaz
  • Anonim
    gul · 21 Mart 02:1100

    MEN INANMIRAM 2ESIR BUNDAN QABAGIN PULU KIMSESE NENESINDEN BABASINDAN QALSIN BU USDALIQLA UYDURULMUW OYUNDUR

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.