Cəmiyyət

Keçəl-kosa biznesi: onları evinizdə görmək üçün... - VİDEO

19 Mart 2017 21:00
0 Şərh     Baxış: 729

Hər şeyin biznesini görmüşdük, indi də keçəl-kosa biznesi üzə çıxıb. Artıq 150 manata qədər xərc çəkib evinizə kosa və keçəl dəvət edə bilərsiniz. Onlar sizə müxtəlif oyunlar göstərəcək, hədiyyələr verəcək. Bu qiymətə səhnə tərtibatı və musiqiçilər də daxildir.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Novruz personajlarını evinizə dəvət edə bilərsiz. Təki əliniz cibinizdə olsun. 50-150 manat arasında xərc çəkməklə evinizə və ya istənilə məkana keçəl-kosa, baha qızı, musiqiçi və rəqqasları çağıra bilərsiniz. Son illər tədbir təşkilatçıları kosa-keçəl biznesi də qurublar. Bayram günlərində evinizə gəlir, müxtəlif oyunlar və səhnəciklər göstərirlər.
Müasir keçəl və kosa olsalar da, onlar milli adətlərə uyğun oyunlar göstərir. Senariyə gəlincə təşkilatçılar daha çox rəngarəng oyunlara üstünlük verdiklərini deyir.
Qeyd edək ki, hazırda bu xidməti göstərən bir neçə təşkilatçı şirkət var.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:
Keçəl-kosa biznesi

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.