Cəmiyyət

Cavid Qurbanov şəhid anasını işinə bərpa etdi

19 Mart 2017 16:41
0 Şərh     Baxış: 5 643

1994-cü ilin əvvəlində həyata keçirilmiş uğurlu "Horadiz əməliyyatı" nəticəsində işğaldan azad edilmiş Cəbrayılın Cocuq Mərcanlı kəndində prezident İlham Əliyevin müvafiq sərəncamından sonra əsaslı təmir işlərinə başlanılıb.

2016-cı ilin aprelində həyata keçirilən uğurlu döyüşlər zamanı kəndin yaxınlığındakı Lələ təpə erməni işğalından azad edilib və Cocuq Mərcanlıya təhlükə aradan qalxıb. 
Qeyd edək ki, kəndin azad edilməsində qəhrəmanlıq göstərərək həlak olanlardan biri də Rzayev Faiq Hüseynağa oğludur. Faiq Rzayev iki il əvvəl Azərbaycan prezidentinin sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edilib. Yasamal rayonundakı 150 nömrəli tam orta məktəb şəhid onun adını daşıyır.

Bu il martın 21-də Cocuq Mərcanlının ilk şəhidlərindən olan Faiq Rzayevin anası Ruxsarə Məmmədova 30 ildir xəzinədar olaraq çalışdığı Bakı Dəmiryol Vağzalında işdən azad edilməsi haqqında xəbərdarlıq alıb. Buna səbəb onun pensiya yaşını tamamlaması, eyni zamanda kassaların ləğv olunmasıdır.

Milli.Az xəbər verir ki, məsələ ilə bağlı modern.az-ın "Azərbaycan Dəmir Yolları" QSC-ə etdiyi müraciət araşdırılıb. Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova modern.az-a sədr Cavid Qurbanovun şəhid anası ilə bağlı göstəriş verdiyini açıqlayıb:

"Bildiyiniz kimi, vağzaldakı bilet satılan kassalar ləğv edilib. Buna baxmayaraq, sədr Cavid Qurbanovun göstərişilə Ruxsarə Məmmədova Novruz bayramından sonra müvafiq işlə təmin olunacaq".

Milli.Az

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.