Cəmiyyət

Bayram süfrəsi üçün nə qədər pul lazımdır?

19 Mart 2017 13:40
20 Şərh     Baxış: 1 912

Şəkərburasından-paxlavasına, aşından-dolmasına, meyvəsindən ləbləbisinə...

Milli.Az xezerxeber.az-a istinadən məlumat verir ki, bayram günü hamı masasında beləcə bolluq, bərəkət görmək istəyir.

Təbii ki, Novruzun əvəzedilməz atributu şəkərbura və paxlavadır. 4 nəfərlik ailənin bayram süfrəsi üçün bu şirniyyatları hazırlamağa təxminən 1 kiloqram qoz və bir o qədər fındıq ləpəsi, 500 qram yağ, 1 kiloqram şəkər tozu, 1 kiloqram un, müxtəlif ədviyyatlar və 10 yumurta lazımdır ki, bunlara da minimum 44 manat xərcləmək lazımdır.

Bayramların şah yeməyi olan plov üçün isə düyü, aşqarası üçün ət, yağ, şabalıd və meyvə quruları lazım olur.

Bir sözlə, plov üçün 1 kiloqram düyü, 1 kq. ət, 300 qr. yağ, hərəsindən 300 qram olmaqla ərik, şabalıd və kişmiş lazımdır və bunların da alınmasına 26-28 manat xərclənir.

Süfrədə plovla yanaşı, yarpaq dolması olduğunu da hesablayaq.

1 kq. qoyun əti 13 manat, yarpaq - 2 manat, 2 stəkan düyü-50 qəpik, 1 dəstə keşniş, şüyüd və nanə - 60 qəpikdir. Dolma da 11 manat 10 qəpiyə başa gəlir.

Süfrə, əlbəttə, meyvəsiz olmaz.

Hər meyvədən yarım kilo aldığımızı hesablasaq: alma - 1 manat 50 qəpik, armud- 2 manat, mandarin- 2 manat, portağal - 1 manat 25 qəpik, banan 1 manat 50 qəpik. Ümumilikdə, 4 nəfərlik ailənin meyvə almağa minimum 8 manat 25 qəpik pulu çıxır.

Sadaladıqlarımızın toplam dəyəri 91 manat 65 qəpik edir. Yəni 4 nəfərlik ailə 1 günlük bayram süfrəsi üçün minimum bu məbləği xərcləməlidir.

Milli.Az

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

20 Şərh:

  • Anonim
    Xeyrulla · 19 Mart 13:4850

    Bunu siz hesabladiz bes imkani olmuyanlar ne edecek

    Cavab yaz
    • Anonim
      Sevill · 19 Mart 15:4630

      Sirniyyatlarin qiymetini cox az hecabladiz

      Cavab yaz
      • Anonim
        asel · 19 Mart 18:2700

        eveti sizin orada sirnyatlarin qiymeti

        Cavab yaz
    • Anonim
      asel · 19 Mart 18:2600

      nebilm

      Cavab yaz
  • Anonim
    Elxan · 19 Mart 13:4910

    "Milli",Siz bizimlə deyəsən məzələnirsinize::))) Ay balam bu "araşdırma"nı dünən təqdim elədiniz,biz də dedik 91 AZN çoxdu vallah)))

    Cavab yaz
  • Anonim
    mən · 19 Mart 14:0330

    110 manat elə xırda şeylərə ğ etdi sizin meyvənin qiymətindən xəbəriniz yoxdu mandarin 3 manat banan 2 .70 və s

    Cavab yaz
  • Anonim
    ana · 19 Mart 14:1970

    Nece olur qoyun eti 13 manat olanda dolma nece 11 manata basa gelir. Bir de siz yazdiginiz qiymete harda var bu mehsulardan o qiymete meyve var? Curukleri ola biler. Meyve ele baha di ki qiymetine baxib yanindan kecirik usaga da yedizdire bilmirik. Kasib aile ucun asagisi 200 manat lazimdir bayram kecirtmeye. Bu halda hansi bayramdan soz gede biler. Balama istediyim bir seyi alanda qarnini doydura bilende o zaman menim ucun bayramdi. Qarin quruldaya quruldaya bayram olmur

    Cavab yaz
  • Anonim
    Emi · 19 Mart 14:2460

    191 manat deseydiz hardasa inanmaq olardi.

    Cavab yaz
  • Anonim
    Balakenli · 19 Mart 15:1740

    Yaxsi 91 m bir gunde xercledik bayram kecirdiq qalan 30 gunu ne edek?

    Cavab yaz
  • Anonim
    Molla Nəsrəddin · 19 Mart 15:1720

    Bizim vaxtlarda 7 qonşuya pay verilərdi,77 həmkəndliyə qurşaqatdı.Bu da 1 qızıl pul idi,yəni indiki 1000 manat.Əsil yaşayış idi.İndikilər isə görüb iyləsinlər!

    Cavab yaz
    • Anonim
      Rena · 19 Mart 15:3430

      Ac qarina ne bayram?pul varr?

      Cavab yaz
  • Anonim
    gulnara · 19 Mart 15:4930

    dоlanmaq ceтinlesib,allah haminin ruzusunu versin

    Cavab yaz
  • Anonim
    . · 19 Mart 16:0400

    .

    Cavab yaz
    • Anonim
      Vefa xanım · 19 Mart 17:3410

      91m tekce şirniyatlar tutur siz ne deyirsız en az 250m tutur hamsı

      Cavab yaz
  • Anonim
    kumud · 19 Mart 16:1520

    1 nece ile bele getse vapsem hec kim bayram etmiyecek et in kilosu 12 m qalanlarida qanin qimetine beledeki butn aileler 4nefer deyil bunuda xatirladaq adice bisinti bisiririk 60 70 manata gelir cixir patm sufre ucun kanfet 5 kqhec catmir papaq atanlarcin ayrica al indi teze sey cixib heril bayramda quzu bisir aaa bes bz bisirmiyek neise uzun sobetdi allah komeyiniz olsun amin

    Cavab yaz
  • Anonim
    Gulu · 19 Mart 16:1900

    Allah herkesin ruzusun versin Amin

    Cavab yaz
  • Anonim
    111 · 19 Mart 18:0500

    Ay balam bunu vermiwdizde dunen mende urek sozlerimi yazmiwdim yene derdimi niye tezeliyirsiz.birce sabah saat 14 29 olaydi bahar qedem qoyaydi biteydi daha sung oldum bayram weyleri almaqdan.axir cerwenbeni alabawina kulbawina yola verdim indi bayram.offf offf offf.pulun uzu qapqara olsun

    Cavab yaz
  • Anonim
    faiq · 19 Mart 18:0700

    Bunu hesablayan sen bu qiymətə bir günlük bayram süfrəsi hazırlaya bilərsən evində? Boş boş yazım adamın əsəblərin oynadma

    Cavab yaz
  • Anonim
    gulgez · 19 Mart 20:2210

    İldə bir dəfə olan bayramdı allah canımızı sağ etdin

    Cavab yaz
  • Anonim
    gulgez · 19 Mart 20:2300

    Mandalin 5 manat (((

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.