Cəmiyyət

Ayıq sürücülər sizi necə tələyə salırlar?

19 Mart 2017 11:39
12 Şərh     Baxış: 3 234

Bakıda ayıq sürücü xidmətindən istifadə edən şəxsin sənədləri polis əməkdaşları tərəfindən alınıb.

Milli.Az xəbər verir ki, Bakı şəhər sakini Elçin Şirinov moderator.az-a bildirib ki, martın 13-də toy məclisindən çıxan zaman avtomobili idarə etmək üçün ayıq sürücü xidmətindən istifadə edib: "Həmin gün spirtli içki qəbul etdiyim üçün ayıq sürücü xidmətindən istifadə etdim. Yaşadığım binanın qarşısına çatanda sürücüyə bildirdim ki, avtomobili öz yerində saxlamaq lazımdır. Fikirləşdim sürücü avtomobili lazım olan qaydada saxlaya bilməz. Sürücünü yola saldıqdan sonra maşını binanın qarşısında hərəkət etdirib lazım olan yerdə saxladım. Bu zaman gördüm ki, iki nəfər polis əməkdaşı başımın üstündə dayanıb. Onlar mənə sərxoş halda avtomobil idarə etdiyimi bildirdilər. Mən də bildirdim ki, spirtli içki qəbul etdiyimə görə, ayıq sürücü xidmətindən istifadə etmişəm. Bunu həmin nömrəyə zəng edib yoxlamaq da olar. Lakin onlar məni aparıb sərxoşluq müayinəsindən keçirdilər. Bildirdim ki, buna ehtiyac yoxdur, sərxoş olduğumu inkar etmirəm. Aparıb müayinədən keçirdikdən sonra yenidən maşını gətirib həyətdə saxladılar, sənədlərimi də alıb apardılar. İndiyə kimi də sənədlərimdən xəbər yoxdur".

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən bildiriblər ki, sərxoş halda heç bir şəkildə avtomobil idarə etmək olmaz: "Sərxoş vəziyyətdə maşını park etmək olmaz. Bu, qanun pozuntusudur. Həmin sürücünün əgər sənədlərini alıblarsa, barəsində tədbir görüləcək və həmin şəxsə bu barədə məlumat veriləcək".

Hüquqşünaslar isə bildirirlər ki, binanın qarşısında avtomobili park etmək yol hərəkəti iştirakçısı olmağa əsas vermir. Sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etmək məsuliyyət yaradır. Lakin bu, avtomobil yolunda baş verməlidir. Yəni ictimai yerdə bunu etmək olmaz. Lakin binanın qarşısında avtomobili park etmək məsuliyyət yaratmır.

Etibarlı mənbələrdən isə bildirilib ki, bəzi ayıq sürücü xidmətləri polislə birgə fəaliyyət göstərir. İçkili şəxslər barədə polisə məlumat ötürülür və nəticədə bu cür problemlər yaranır.

Sərxoş halda sükan arxasına keçməyin son dərəcə təhlükəli olduğunu xüsusi vurğulayan avtosfer.az saytı isə sürücülərə tövsiyə edir ki, bir neçə taksi sürücüsünün və ya adi sürücünün ayıq sürücü kimi göstərdiyi xidmətdən istifadə edərkən diqqətli olun. Yaxşı olar ki, peşəkar şəkildə ayıq sürücü xidməti göstərən şirkətlərə sifariş edəsiniz. Çünki ayıq sürücü sizi mənzilin yaxınlığında düşürüb gedən kimi yol polisinə yaxalandıqda artıq həmin ayıq sürücünü tapa bilmirsiniz. Ona ya zəng çatmayacaq, ya da başqa problem yaranacaq. Amma rəsmi şirkətin sürücüsü belə bir hərəkət edərsə və ya ayıq sürücü maşınınızı sürərkən radara düşərsə, kamera çəkərsə, bu qayda pozuntusuna görə siz cərimə ödəməli olmazsınız. Əlinizdə sübutlar olacaq ki, qayda pozan ayıq sürücüyə cəriməni ödətdirəsiniz.

Milli.Az

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

12 Şərh:

  • Anonim
    Anonim · 19 Mart 11:4740

    Bu zəhrimarı içməyin də.

    Cavab yaz
  • Anonim
    . · 19 Mart 12:2720

    Ay daa,artiq bilmirsiz daha nə yazasiniz.Bu xəbəri az qala 2 ildi tarixini dəyişib bura yerləşdirirsiz.Bəsdirin də

    Cavab yaz
  • Anonim
    nadir eyvazov · 19 Mart 12:2822

    besdirinde yalannan yazdiniz ayiq surucuyede barmaq soxursuz bu polislerin iwidi ki onlara serf elemir ayiq surucu pul azana bilmirler ayiq suruculer mane olur yol polislerinin cibine

    Cavab yaz
  • Anonim
    Tofiqhuseyn@mail · 19 Mart 13:1500

    Həmin sürücünü təcili tapıb cəzalandırmaq lazımdır.

    Cavab yaz
  • Anonim
    Aydlndl · 19 Mart 13:4400

    Aylq surucu tapanda chaliwin chox "aylq" olmasln.bilen bildi

    Cavab yaz
    • Anonim
      ... · 19 Mart 16:3000

      Senlik deyil .Bilirik ne dediyni

      Cavab yaz
      • Anonim
        Aydlndl · 19 Mart 19:3900

        Noqte sen bile bilmezsen ne dediyimi.Chunku ureyin olmadlgl kimi beynin de yoxdu

        Cavab yaz
      • Anonim
        ... · 19 Mart 21:1900

        Bir sus gorum kec sirani gozle

        Cavab yaz
  • Anonim
    Elxan · 19 Mart 14:1800

    Heç vaxt ola bilməz,tamamilə yalan informasiyadır.Mən işlədiyim təşkilatta kişilərin sayı 150 nəfərdən çoxdu,hər hansı bir tədbir olanda mütləq "ayıq sürücü"xidmətindən istidadə edirik.Bu vaxta qədər qeyd etdiyiniz hadisə ilə rastlaşmamışıq.Problem sadəcə ondadır ki,əksər hallarda gələn sürücülər Bakı yollarını yaxşı tanımır,amma bunu da dəqiq hansı yollarla getmək lazım olduğunu izah edərək həll edirik.

    Cavab yaz
  • Anonim
    VTNĐŞ · 19 Mart 15:3920

    Hansısa ölkədə bir qardaş o biri qardaşı öldürmüşdü. Heç bilirsiniz niyə? Ona görə ki, biri o birinə çoox köhnə anektod danışmışdı...

    Cavab yaz
  • Anonim
    Robert05 · 19 Mart 17:4310

    Boş söhbetdi ayiq sürücü 1 ci öz müşterisini itirmemeye göre bele etmez.2ci sürücü evvelden hardan bilirki müşteri parklamaqi özü edecek.Men özüm ayiq sürücü şirketi işledirem deye bele işleri deqiq bilirem.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.