Cəmiyyət

"Mövludun ruhundan əl çəkin!" - həyat yoldaşı - FOTO

19 Mart 2017 10:03
118 Şərh     Baxış: 21 509

Milli.Az Sevinc Fədainin musavat.com-a verdiyi müsahibəni təqdim edir:

Bəlkə müqayisə uğursuz olacaq. Amma son dəfə bir müsahibə zamanı belə ağrını 2005-ci ildə yaşamışam. Elmar Hüseynov yenicə qətlə yetirilmişdi. Yaşadığı evin öldürüldüyü blokundan qan izləri belə getməmişdi. Və mən onun evinə, başı qara örpəkli həyat yoldaşı Ruşaniyyə Hüseynova ilə müsahibəyə getmişdim. Ağrıların ən böyüyü. Verdiyin, verəcəyin suala görə ağrıyırsan. Amma qarşındakı acılı qadının danışmağa ehtiyacı olduğunu bilirsən. Boşalmağa, anlatmağa, hayqırmağa...

Gənc yazar Mövlud Abdullayevin intiharından sonra adı ən çox çəkilən, sosial şəbəkədə, müsahibələrdə barəsində danışılan, ölmədən öncə boşanmaq ərəfəsində olduğu həyat yoldaşı Sevinc Fədai ilə danışmaq da eyni dərəcədə ağrılı idi. Amma biz bu olaya qədər də bir-birimizi çox istəmişik. Ona görə də Sevinc indiki ərəfədə ürəyini boşaltmaq üçün məhz bəndənizi seçdi. Müsahibədə suallar azdır, fərq edəcəksiz. Amma indi sual verməkdən daha çox, Sevinci dinləmənin vaxtıdır. O isə danışmaqdan daha çox hayqırırdı. Ağlaya-ağlaya, yana-yana, içi qanayaraq danışırdı... Oxuyaq, bilmədiyimiz mətləblərdən agah olmaq və bundan sonra bir qədər susmaq üçün...

- O, mənə hər zaman belə deyirdi: anam, bacım, dostum, sevgilim, arvadım Sevinc. Mən belə xatırlayıram. Mən də onun həyatından, sadəcə, həyat yoldaşı kimi getmək istəyirdim. Bir hədd var münasibətlərdə. Ki, ondan sonra artıq bir çox şeylər bitir. Mən o dostluğu qorumaq üçün, Ucal (oğlu) üçün ayrılmaq zorunda idim. Mən Ucala fiziki baxımdan lazım idim. Mövlud da çox həssas idi. Ona elə gəlirdi ki, mənsiz həyat olmayacaq, ola bilməyəcək. Mən də bunu görürdüm. Mən də deyirdim ki, "Mövlud, mən o evə qayıtsam, münasibətlərimiz daha da pis ola bilər. Amma biz ömrümüzün sonuna qədər görüşəcəyik, danışacağıq. Ucal üçün, özümüz üçün...

Mən həmişə sənin yanındayam. Biz istəsək də, qopa bilmərik. Bizi təkcə bu ev, bu nikah birləşdirmir. Yəni, biz tanış olanda bir-birimizə bacı-qardaş demişik, sonra dost, sonra sevgili olmuşuq". Bir ayın içində mənə evlənmə təklifi elədi. Dedi ki, biz evlənməsək, cəmiyyət bizi məhv edəcək. Bizi birləşdirən uca dəyərlər var idi. İkimiz də həssas insan idik. Sonra ard-arda çox ciddi psixoloji travmalar aldıq. Bir-birimizin köməyinə, dəstəyinə ehtiyacımız vardı. Müdaxilələr oldu, ikimiz də yükləndik, halbuki dəstək lazım idi. Mövlud da zəif idi. Elə son günlərində deyirdi ki, mən elə bilirdim, sənə hər şeyi demək olar, amma sonra gördüm ki, çox eqoistlik etmişəm. Amma indi mən güclü olacam, gəl qayıt evə... Deyirdim ki, Mövlud, bacarmıram. Necəsə bir travma idi. Hissizləşmişdim.

Özünə də dedim ki, bacarmıram, qayıda bilmirəm. Son gününə qədər də biz görüşmüşük, danışmışıq. Anamgilə gəlib-gedirdi, mən olmayanda da. Orda qalırdı, otururdu, danışırdı... 2 ay idi ki, evdən getmişdim. Ucalla evin içində olanda o qədər ünsiyyəti olmurdu, nəinki həmin 2 ayda. Hətta deyirdi ki, mən Ucalı indi tanıyıram, indi-indi bağlanmışam oğluma. Ona görə də deyirdim ki, Mövlud, sən Ucal üçün möhkəm ol. Evdən çıxandan sonra o, çox deyirdi ki, sənsiz yaşaya bilmərəm, özümü öldürəcəm. İlk 1 ayda onunla bu barədə çox danışırdım, dəstək verirdim, hər şeyin keçəcəyini deyirdim.

Amma son dönəmlər deyirdi ki, artıq keçdi, mən möhkəməm, səni də psixoloji gərginliyə salıram, möhkəm olacam, kişiyəm. Sevinirdim ki, o havadan çıxıb. Hətta dedim ki, Mövlud, get bir az Qazaxda qal. O, Qazaxa çox bağlı idi, oranı müqəddəs bilirdi də. Deyirdim, get orda hekayələrini yaz, məscidə get. O isə cavabında deyirdi ki, mənim məscidim də, hər şeyim də sənsən. Deyirdim, eləmə də belə. Axı biz hər zaman deyirdik ki, ayrılanda da dost kimi ayrılacağıq, dünyanın sonu deyil. Mən hər ikimiz üçün yaxşı olsun deyə ayrılmaq istədim. Amma o, anlamaq istəmədi. Özünü inandırmışdı ki, bu, dünyanın sonudur.

 "Nə istəyirsiz o uşaqdan? Mövludun ruhundan əl çəkin!!!"

- Siz axır çərşənbəni də birgə keçirmisiz bildiyim qədər...

- Bəli, ayın 14-də, ilaxır çərşənbədə bir yerdə olmuşuq. Atamgilə gəlmişdi. Yazırlar ki, guya mən ona Ucalı göstərmirdim. Ağ yalandır. Bizə gəlib-gedirdi son günə qədər, atam-anam onu oğulları qədər çox istəyiblər. Bizim evdə ona yad münasibət olmayıb. Hətta Mövlud deyirdi ki, biz ayrılırıqsa, mən o evə necə gəlib-gedim? Deyirdim ki, o, nə deməkdir, Mövlud? Biz hər zaman məişət söhbətlərindən ucada dayanmışıq. Sən ömür boyu bu evə gedib-gələcəksən. Mənim üçün gələcəksən, Ucal üçün gələcəksən... Özün üçün gələcəksən. Yəni, biz axıra qədər bir yerdə olmuşuq. Sadəcə, o, çox qorxaq adam idi. Mənim ən çox barışmadığım, məni ən çox yandıran da bu idi. Mövlud, axı sən necə o yüksəkliyə çıxmısan, özünü atmısan, necə canın yanıb? İynə vurdurmaqdan da qorxan adam idi. Əlini mən tuturdum ona iynə vurulanda... Necə ola bilər axı? (ağlayır) Özünə də ayrılanda dedim ki, Mövlud, mən səni həyat yoldaşından daha çox balam kimi sevirdim və sən məni bundan məhrum elədin. Cavab verirdi ki, mən məhrum eləmədim ki, özün getdin. Deyirəm ki, məcbur elədin də getməyə... Mən ayrılandan sonra da hər gün soruşurdum ki, nə yedin-içdin? Arıqlamışdı. Sonra xəstəxanaya müalicəyə getdi. Mən işlə bağlı Türkiyəyə getmişdim. O da həmin müddətdə xəstəxanaya getdi. Dedi ki, onsuz da, sən bir müddət burada olmayacaqsan, mən də heç nəyi görməyəcəm, gedim müalicə olunum. Sonra gəldi ki, yaxşıyam, tək qalmaq mənə yaxşı təsir etdi. Biz inanırdıq ki, hər şey keçdi, düzəldi, yaxşı olacaq.

"Mən, sadəcə, acılıyam, narahat deyiləm. Amma narahat olanlar da sakitləşsinlər. Mən heç kimi suçlamıram"

Sadəcə, mənim istədiyim odur ki, kim ki, Mövlud üçün yas saxlayır, yanır, bunu içində sakit yaşasın. Mövludun ruhunu incitməsinlər. Mövludun maddi problemi vardı, amma o maddi problemə görə öldürməyib özünü. O qəpiklərin şəklini yaymasınlar. Çıxıb deməsinlər ki, biz Mövluda maddi yardım etdik. Hər şey cılızdı axı bu ölümün yanında, hər şey. Niyə bu müsahibələr verilir, bu yazılar yazılır, niyə sosial şəbəkədə hər şeyi bilib-bilmədən danışmağa çalışırlar? Axı bir yad adam da öləndə, onun ağrısına görə susursan, danışmırsan. Yanırsızsa, niyə bu qədər danışır, bu oyunları çıxarırsız? Nədir sizi narahat edən? Mən bu gün acılıyam, amma narahat deyiləm. Ona görə də mən susmağı seçdim. Amma gördüm ki, Mövludun ruhunu çox incidəcəklər, ona görə danışdım. İstəmirəm, incitsinlər. Mövlud özü də o dəyərlərlə yaşayırdı. Onun üçün insani hisslər çox uca idi. Bu qədər incitməyin də onu. Mövlud artıq yoxdur axı həyatda. Kimə nəyi sübut etmək istəyirsiz?

Mövlud Mövludun oğlu Ucalla fotosu

- Sevinc xanım, bəlkə də bu intiharın arxasında suallar çox olduğu üçün bu qədər söz-söhbət yayılır...

- Nəyi bilmək istəyirlər? Bəlkə onları bu suallar yandırır? Bəlkə elə bilirmişlər ki, Mövlud övladını görmürdü? Ona görə yanırlar? Mən də deyirəm ki, yanmayın, o, övladını görürdü. O, bir gün əvvələ qədər uşağını görüb. Son dəfə telefonla danışanda dedi ki, mən bir də Ucalı 18 yaşı olanda görəcəm. Mən də ərklə dedim ki, qələt edəcəksən, sən onun atasısan, sən böyüdəcəksən onu, sən olacaqsan yanında. Mən də, Ucal da səni görəcəyik.

- "Son dəfə telefonla danışanda..." dediz. Onunla son danışığınız necə oldu, nələr dedi sizə?

- Biz martın 14-də, axır çərşənbəni atamgildə, bir yerdə keçirdik. Süfrəyə, uşaqlara başım qarışdı deyə çox danışammadıq. Amma saat 12-ni keçəndən sonra yanına gəldim, danışdım. Soruşdum, necəsən, neynirsən?Kimlərlə görüşürsən? Mən onu hər zaman qoruyurdum. Amma o, həmin gün ancaq mənim suallarıma cavab verdi. Bir də onu dedi ki, çoxdan bəri görmək istədiyi bir iş var idi, ordan artıq müsbət cavab verilib, redaktə yollayıblar, başlayıb çalışmağa. Dedim, nə yaxşı, xeyirli olsun. Sevindim ki, yeni başlanğıclar var, başı qarışacaq işə-gücə. Kimlərlə görüşdüyünü dedi. Facebook-unu bağlamışdı, gmail vasitəsilə dostları ilə yazışırdı. Bizim son günə qədər yazışmalarımız, telefon danışıqlarımız olub. Bunları açmaq nə problemlidir?

- Əhvalı gözəl olub bir gün öncəyə qədər. Yeni başlanğıclara hazır vəziyyətdə... O zaman son gün nəsə baş verib?

- Yox, 15 martda, atamgilə gələndə əhvalı heç də hər zamankı kimi yüksək deyildi. Ha istəyirdik kefini açaq, mümkün olmurdu. Ucal qucağında idi deyə anam uşağı onun qucağından almaq istəyirdi ki, yemək yesin. Sərt şəkildə qayıtdı ki, niyə düşsün ki? Mən yemərəm də. Anam dedi ki, sənə görə deyirəm, yemək ye. Sonra gedib uzandı. Ardınca bizim evə qonaqlar gəldi, Mövlud onlarla da oturdu. Bu son iki ayda bizim heç bir qohumumuz bilməyib ki, biz ayrılmışıq. Çünki nə zaman gəlirdilər, Mövludla məni birgə görürdülər. 5-ci gündən deyirdim ki, gəl, qal bizdə, isti ev, isti yemək...Sadəcə, mən o evdən çıxmışdım, aramızda olan söhbətlər də özəldir, bizə aiddir. Mən noyabr ayının sonunda xəstəxanaya düşdüm, aldığım psixoloji travmalara gücüm yox idi. Mənim də beynim yüklü idi.

Hər zaman mən güclü olurdumsa, həmin vaxt dedim ki, Mövlud, sənin dəstəyinə, təsəllinə ehtiyac var. Bilirsiz, kirayə qaldığımız evdə yanğın oldu, travma aldıq. O evə görə aldığımız təzminatla yeni topraq sahəsi almaq istəyirdik, dələduzlara tuş gəldik. Bir tərəfdən də əsəblərimiz orda tarıma çəkildi. Mən də insanam, elə şeyləri yaşayanda zədələnirdim, qaldıra bilmirdim. Həmin vaxt Mövlud o səbri, o gücü, dəstəyi göstərə bilmədi. İkimiz də özümüzdən çıxırdıq. Hətta bir dəfə dedim ki, Mövlud, elə vəziyyətə gəlmişəm ki, durub özümü eyvandan atmaq, maşının altına atmaq istəyirəm. İstədim, durumun ciddiliyini bilsin də. Mən elə şeyə meylli deyiləm, sadəcə Mövluddan dəstək almaq üçün bunu dedim. Durumun nə qədər ciddi olduğunu anlatmaq üçün. Mən bunu deyəndə özümdə olmamışam, özümdən getmişəm. Təcili yardım çağırılıb, 2 saat məni özümə gətirə bilməmişdilər. Hətta həkim deyib ki, bu qız özünü öldürmək üçün nəsə edib. Mövlud da qayıdıb həkimə deyib ki, Sevinc mənə bu namərdliyi eləməz. İndi deyirəm ki, Mövlud, bu namərdliyi etdin? (ağlayır) O, ən çox özünə etdi.

Mövludun axır çərşənbə günü çəkilmiş son fotosu

"Bizim hadisədən qabaq telefon danışığımız olub. Mənə dedi ki, Ucal da, sən də üzümü görməyəcəksiz. Sonra özündən çıxdı, coşdu..."

Məndən, Ucaldan daha çox özünə etdi. O, körpə kimi saf, təmiz idi. İnsan yanır axı... O, dostlarına, yaşadıqlarına görə bəzən elə təsirlənirdi ki, evə hönkürə-hönkürə girirdi. Mən onu qucaqlayır, yaralarını sarırdım. Zamanında onu yaralayan adamlar isə indi reportaj, status yazır, söz deyirlər... Biri yazır, Sevinci bağışlamaq olmaz. Durub onlara cavab da vermək istəmirsən. Mövlud özü həmişə belə məqamlarda mənə deyirdi ki, sən Sevincsən e, sən hamıya cavab verməməlisən. Mən Mövluda olan sayğımdan, ruhuna olan hörmətimdən susuram. Hamı götürüb yazır ki, Sevincsiz Mövlud tək qaldı. Amma biriniz bir soruşun da, niyə tək qaldı? Siz hardaydız? Niyə Mövlud özünü tək hiss etdi? Gəlib mənə deyirdi ki, Sevinc, evləndiyimiz 3 ildə hamı məndən soruşur ki, sən niyə belə xoşbəxtsən? Mənim xoşbəxtliyimi çəkə bilmirlər e. İstəyirlər ki, küçədə səfil qalım. Deyirdim, sən yenə güclü ol, işində-gücündə ol, bu qədər savadın, istedadın var. Özünü dik tut. Kim ki, həyatından gedib, o sənin yaxşılığınadır. O, dostundan bir acı hərəkət görəndə hönkür-hönkür ağlayırdı. 2 ildi üzünü görmədiyi dostu indi çıxıb elə şeylər yazır ki, yanıb partlayıram.. Nə istəyirsiz o uşaqdan? Heç olmasa ölüsündən əl çəkin.

- Heç kəsin bilməyib də, sizin bildiyiniz o son günün detalları barədə danışa bilərik? İstəmirsizsə, üstündən keçək...

- Yox, danışaq. Mövlud son günə qədər məni geri qaytarmağa çalışırdı. O, həmin gün də dedi ki, Sevinc, mən ailəmi qaytarmaq istəyirəm, qayıt evə. Dedim ki, Mövlud, vallah, bacarmıram.

- Qayıtmaq çox çətin idi, Sevinc xanım?

-Bilirsiz, mən ona bir söz demişdim ki, mən evdən çıxan son günə qədər hər şeyi düzəltmək üçün çabaladım. O, məni qaytarmaq istəsəydi, bunu bacarardı. Amma son gün ki, mən evdən çıxdım, çox sakit, hissiz çıxdım. Mövluda da deyirdim ki, Mövlud, mən Ucal olanda 3 gün xəstəxanada qaldım. Ataları içəri buraxmırdılar. Amma o 3 gündə mənim səni görmək üçün gözümün yaşı qurumadı. Amma indi key kimiyəm, hissizəm. O da bilirdi ki, mən nəyinsə xatirinə belə şeyi davam edə bilmərəm. Mənim zamana ehtiyacım vardı. O da həmin zamanı dayana bilmədi, qala bilmədi, Gözləmədi ki, mən özümü sağaldım. Sadəcə, o, mənim evə qayıtmamağımla barışa bilmirdi. Ondan əvvəl də bir neçə dəfə səsi telefonda pis gəlirdi deyə Təcili Yardımla evə qədər getmişdim. Məlum olmuşdu ki, sadəcə yemək yeməyib deyə halsızdır. Ömür boyu ağlıma gəlməzdi ki, belə şey.

- Mən bilirəm ki, siz indi Qazaxdan qayıdırsız, Mövludun yas yerindən...

- (sözümü kəsir) Mən o xəbəri eşidəndən sonra üstümə bir neçə dəfə Təcili Yardım gəlib. İynə vurublar, özümdə olmamışam. Mənə gec deyilib. Mən biləndə artıq Mövludun nəşini Qazaxa aparmışdılar. Mən ancaq bir gün sonra, yaxınlarımla dava-dalaşdan sonra yola çıxa bilmişəm. Səhhətim pis idi deyə, yola çıxmağıma icazə vermirdilər. Səhər də ailəm çıxıb gedib Qazaxa. Qəbrinin üstünə ancaq indi gedib.

"Mən başa düşürəm ki, hamı yanır. Amma bilin ki, mən hamıdan daha çox yanıram. Siz mənə qarşı çevriləndə Mövlud geri qayıdırsa, hamınız gəlib məni öldürün"

- Sizə son olaraq bir mesaj, bir məktub yazıbmı? Fotolardan görünür ki, qapının üstündə iki ürək şəkli qoyub. Bəlkə onların üstündə yazılanlar?

- Onların üstündə heç nə yazılmayıb. Mən o evə getməmişəm. Bizim hadisədən qabaq telefon danışığımız olub. Mənə dedi ki, Ucal da, sən də üzümü görməyəcəksiz. Sonra özündən çıxdı, coşdu... Onda bir şey vardı. Mələk kimi insan idi, amma birdən-birə, sanki, şeytan girirdi içinə. Coşanda dedim ki, Mövlud, gəl, sağollaşaq, yenə eyni yerə gəlib çıxdıq.

- Axırıncı gün, ölümündən bir neçə saat öncə olub bu danışıq?

- Bəli, hadisə də gecə olub. Mən bir az susqunluq, hörmət istəyirəm Mövludun ruhuna. O adamlar ki, yazırlar Mövludun yanında vicdanları təmizdir, guya mən Mövludun yanında olmamışam və sair. Mən başa düşürəm ki, hamı yanır. Amma bilin ki, mən hamıdan daha çox yanıram. Siz mənə qarşı çevriləndə Mövlud geri qayıdırsa, hamınız gəlib məni öldürün. Amma siz həmişə bizi bir, xoşbəxt görmüsüz. Hamı deyir ki, Mövlud 15 yaşından bəri özünü öldürəcəyini deyirdi. Amma son 3 ildə necə xoşbəxt idi. Nə oldu? Hamı niyə dəyişdi? Kimlər ki, indi yazır, Mövlud onlar barədə mənə çox danışıb, dərdləşib. Mən onları açmaq istəmirəm. Mövludun ruhuna, özümün adıma olan hörmətimdən. Bir daha deyirəm, mən, sadəcə, acılıyam, narahat deyiləm. Amma narahat olanlar da sakitləşsinlər. Mən heç kimi suçlamıram.

Milli.Az

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

118 Şərh:

  • Anonim
    Bakll roya · 19 Mart 10:06110

    Allah gunahlarini baqiwlasin.Cox qeweng oqlan idi.hayif cavanliqina.

    Cavab yaz
    • Anonim
      Mən · 19 Mart 13:1668

      a xxx yəni belə gözəl oğlan bu qızdan ötrü..vay vay vay...Bizdə əksinədir. Mən çoooxx gözələm yoldaşım isə eybəcər..A ma mən də ona bağlıyam.Həyatıma elə yerləşib ki.məni dəfələrcə özünü öldürmək həddinə çatdırıb.mən də artıq onsuz yaşaya bilmirəm.Axı niyə həmişə belə olur.yaxşı insanların qarşısına pislər həm zahirən həm daxilən eybəcərlə çıxır?((

      Cavab yaz
    • Anonim
      Melek · 19 Mart 14:23200

      Salam moderatör niye menim şerhimi vermediz??mende hamı kimi eziyet çekib yazıram..SEVİNC FEDAİ XANIM kaşki milli aza meqaleler yerleşdirib qadınları ayaga qaldırıb yol göstermekdense öz yoldaşıvıza dayaq durardız...!!Kaş ki ister görnüş,ister yaş,isterse irade baxımından size uygun olmayan biri ile aile qurmayaydız.!!!Demekki her şeyi oxumaq qadın savadı hell etmirmiş..!!ALLAH MÖVLUD qardasıma rehmet etsin yeri mekanı nurla dolsun amin..

      Cavab yaz
  • Anonim
    Elxan · 19 Mart 10:15247

    Bu faciəni eşidəndən bəri özümə gələ bilmirəm,çox sarsıldım.Bu qadının sözlərində özü qədər də böyük saxtakarlıq var.Maddə 125.: Özünü öldürmə həddinə çatdırma Təqsirkardan maddi, xidməti və ya sair cəhətdən asılı olmuş zərərçəkmiş şəxsi onunla amansız rəftar etmə, onun ləyaqətini mütəmadi olaraq alçaltma, ona hədə-qorxu gəlmə yolu ilə özünü öldürmə və ya özünü öldürməyə cəhd həddinə çatdırma— — üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

    Cavab yaz
    • Anonim
      xxx · 19 Mart 10:55119

      Neyliyib ki, qadin o oglana, belke dòyüb, isgence verib, ayrilib oglanda zeif olub intihar edib. Camaatin ne derdleri var, bu iglanin ne derdi olub hecne. Ona göre günahkar axtarmaq lazim deyil, oglan zeif ve psoxoloji problemleri olub, bu günnolmasin sabah yenede xirda bir problemde bu addimi atacaqdi.

      Cavab yaz
    • Anonim
      mələy · 19 Mart 12:53124

      Salam. Mən sizin fikrinizlə razıyam. Belə bir deyim var qadın kişini rəzil də edər, vəzir də edər. Bunda isə nirbaşa ölümə aparıb. Sadəcə Mövlud həyat yoldaşından kömək istəyib. Həyat yoldaşı isə ona arxa cevirib. Sadəcə xala xətrin qalmasın deyə nəsə təskinlik verib. Onun da xeyri olmayıb. Gərək belə etməzdi.

      Cavab yaz
  • Anonim
    Resad · 19 Mart 10:16226

    Belesinden otru intihar etmeye deymezdi...

    Cavab yaz
    • Anonim
      Əsranur · 19 Mart 10:332414

      Nəolubki buna???Bir kişi özünü öldürəcək həddə çatırsa,demək zəifdir,problemləri var.Elə bilirsiniz problemli adamla bir evdə yaşamaq asandır?İmdi bu özünü öldürüb deyə,Mələkdir?O,özübü ailəsinə görə öldürməyib.Ailə ona bu qədər əziz olsaydı,o,mübarizəni seçərdi-nəinki ölümü..Psixoloji problemləri olub.

      Cavab yaz
      • Anonim
        eqon · 19 Mart 12:5232

        Allah rehmet elesin in şa Allah..hec kimi qinamag istemirem..sadece kecmişe analarimizin nenelerimizin heyatina baxanda gorursenki eziyetdi gunler olub amma aileleri ucun ovladlari ucun cox calişiblar..o muqeddes aileni qoruyublar ideal aile yoxdu butun ailelerde soz sohbet olur aile bir dovlet bir memleketdir...ama bu nesil biz gencler cox zeif olmuşug indi cuzi bir şey olan kimi her şeyi ayrilmagda goruruy beyem bu cixiş yoludu? heyat yolunda her cetinniy her xoşbextliy olur sadece bir birine deyer vermeli bir birinin qururuyla oynamamalidi hec kim.ister qiz ister oglan ferqi yoxdu...nese cox şeyler yazmag olar Allah hec bir aileye bele musibetler gostermesin ama her iki terefin xetalari var ...

        Cavab yaz
    • Anonim
      sena · 19 Mart 10:37206

      Butun gunah qadindadi ay axir gune kimi bir yerdeydik ay anamgile gelib gedirdi yalan palannar...ele mehriban qeydine qalan idin yaninda oturaydin

      Cavab yaz
  • Anonim
    Allah bendesi... · 19 Mart 10:2040

    Allah rehmet elesin.

    Cavab yaz
  • Anonim
    lady · 19 Mart 10:24171

    Xeyir yaninda idinse o canina qiymazdi onu mence teklik cetinlikler yorub. Kawki qardaw etmezdin.Uwaqda boyuyecek hami ozu ucun heyat quracaq.Yaziq o canina o cana qiydin. Kawki yaninda biri olaydi bu duwunceni aglindan cixarardi. Kawkiiii kawkiiiiiii yanindaaaa olardiiiiiiii ailennnnnn. Sen bunu etmezdin. Ve yene deyirem menevi dayaqqq....

    Cavab yaz
    • Anonim
      Azeri · 19 Mart 12:2040

      Tesekkur.cox dogru qeyd etdiniz.

      Cavab yaz
  • Anonim
    Balakenli · 19 Mart 10:30145

    Gunah olendedi onda bele cixir ki her ailesi dagilan her cetinliye dusen ozunu oldursun geride qalan ceza ceksin oldurmuyerdi dunya qiz qehetiydi

    Cavab yaz
    • Anonim
      Balakenli · 19 Mart 12:14115

      Nedi beyenmediyiniz duz deyiremde kimse ozunu oldurecek geride qalan teyziq gormelidi istemeyib ayrilib mecburdu aileni davam etdirmeye neyse sebeb olubki ayrilib hec bir qadinda onu deli kimi seven kisiden ayrilmaz qaranliq sebebler coxdu

      Cavab yaz
    • Anonim
      Azeri · 19 Mart 12:2132

      Qirakdan her seyi danismak asandir.

      Cavab yaz
  • Anonim
    . · 19 Mart 10:3260

    Bu Sevinc bina yananda oğlu evdə qalan Sevincdir?

    Cavab yaz
    • Anonim
      . · 19 Mart 15:3410

      Ay ağlayacam e,sualima cavab yazin,tanimadim axi bu kimdir?

      Cavab yaz
      • Anonim
        mələy · 19 Mart 16:4220

        Salam. O xanımdır. Yanan binadan axırıncı çıxan xanımdır.

        Cavab yaz
      • Anonim
        He · 19 Mart 16:5210

        Odu ozude o binada idi

        Cavab yaz
        • Anonim
          . · 19 Mart 18:2610

          Çox sağ olun.Neçə gündü xəbərlər gedir,ancaq qadini oxşatmışdım.Dəqiq olsun deyə soruşdum.16-42,16-52 çoooooooox sağ olun.

          Cavab yaz
          • Anonim
            mələy · 19 Mart 19:0610

            Xoşdur. Buyurun.

            Cavab yaz
  • Anonim
    Alimardan · 19 Mart 10:41133

    Bu gadin hele cox seyi derk elemir

    Cavab yaz
  • Anonim
    $$$Yeraz · 19 Mart 10:49161

    Nese hec semimilik yoxdu .inandirici gelmedi daniwiqlari. Tez tez size gelirdise sizde qalirdisa sozunuz duz gelirdise niye ayrilirdin? Movlud butun isteyini bu xanima baglamiwdi. Vallah deymezdi kimese gore canina qiymaq. Bu qadin heyatina davam edecek. Olan olene oldu. Cox heyf.

    Cavab yaz
  • Anonim
    xxx · 19 Mart 10:51108

    Sebeb oglanin zeifliyi, psixoloji problemleri olub, bawqa sebebe axtarmayaq. Adam var ki, ne problemleri var, esasende qadinlar var ki, cehennemde yasayirlar, er döyür, qaynana incidir, evde zülüm eliyirler, köle kimi işledirler, bir yannan qadinin agir xesteliyi ve .s amma o qadin özünü öldürmür. Amma hansisa kisinin xirda problemi olur, özünü öldürür. Ona göre bu intiharda hec kimi günahlandirmaq, zeif olub sadece rehmetlik

    Cavab yaz
  • Anonim
    asi · 19 Mart 10:591613

    Nə bilim...Inandırıcılıq qabiliyyəti zəifdir...Indi ailə dağıtmaq su içmək qədər asan olub..Hiss olunur ki, rəhmətlik ailəsinə bağlı insan olub..Qadın hər şeydən əvvəl bir az da diplomatik olmalıdır..Elə əlində sənəti var deyə o saat mən getdim deməməlidir.Oğlanın o xanıma və uşağına qarşı laqeydliyi olsaydı nə gizirdi qızın atası gildə?.Camast can dediyi arvadının atası evinə belə gedib gəlmir heç...Sevinc xanım çox eqaistlik edib...

    Cavab yaz
  • Anonim
    Emi · 19 Mart 11:02120

    Iki nefer arasinda olanlari ozlerinden ve Allahdan basqa kimse bilmez.Her ne ise Movlud bu dunyadan nakam getdi.Allah rehmet elesin,yaxinlarina sebr versin.

    Cavab yaz
    • Anonim
      UNAN NOVU · 19 Mart 12:1052

      En deqiq AnaLiZ VE CAVAB # iNTiHARIN Sebebin Goyde ALLHU TALADAN #ve heyat yoLdawIndan Bawqa hec kim BiLe Bilmez ! O xanimin daNIwdIqLarI MeLikmemmed NaqILiNaa Benzeyir Nece atasI gile Rehmetlik gedib geLirde elaqeLeri var idi mehribancILiq var idiss bes AYrilmaq evden cIxIb Ketmek Nedir ! BeLkede Gunah RehmetLikde imiw ! Her haLda BeLe mehribancIliq var idise ayrIliq ne idi ?

      Cavab yaz
  • Anonim
    MiruMir · 19 Mart 11:1567

    Rehmetlide psixoloji problemlerin oldugu bellidir.Heyf oglundan ...

    Cavab yaz
  • Anonim
    Ayse · 19 Mart 11:17124

    Mence brablem Sende olub Onda Yox cunku o seni doymuyub soymuyub aldatmiyib neye gore terk etmisen seni de nece cox isdeyib. Mence sen eqayistsen heyif o oqlana

    Cavab yaz
    • Anonim
      Əsranur · 19 Mart 11:271912

      Maraqlıdır-hardan bilirsiniz ki,döyməyib,söyməyib?Məgər elə hər şey döyüb-söyməkdir?Bəzən elə söz deyilə bilərki döymək,söymək onun yanında bayram olar.Qınamayaq..Heç.kim bilmir onların arasındakını.Həm mən bu qadınla çox vaxt razılaşmasam da,bir şeyi bilirəm-heç bir qadın onu sevən insandan qaçmaz,hələ bu insan onun balasının atasıysa.

      Cavab yaz
  • Anonim
    VTNDŞ · 19 Mart 11:172418

    Bu qadın Mövluddan çoox yaşlı görünür. Məncə bütün problemlər bundan qaynaqlanır. Yaşlandığını görən bəziləri cavan saf oğlanları "zibilə" salıb bədbəxt edirlər. Bu da onlardan biri. Oğlanlar gözü açıq olun qartımış biri üçün dama çıxmağa dəyməz!

    Cavab yaz
    • Anonim
      ........ · 19 Mart 11:5698

      Özünüzden uydurmayin hec ne.Hardasa 28 yawi olar bilirem.yazanda düwünün yazin!

      Cavab yaz
    • Anonim
      vtndşya · 19 Mart 13:001215

      Terbiyesiz danişma ha. Qartmiş nedi, ayib deyil danişdigin sözden? Sene 15 yaşlı qizlar xoş gelir? Onda sen get 15 yaşlıdan ötrü dama cix. Bunun danişigina bax. Belke evindekiler hamisi 15 yaşındadir. Yaşlanmirlar?

      Cavab yaz
    • Anonim
      vtndşya · 19 Mart 13:141211

      Bu ne danişdigini bilmeyenin şerhini like edenler de ele onun aglindadir. Xanima qartmiş deyeni like edene söz tapmaq cetindi

      Cavab yaz
      • Anonim
        , · 19 Mart 15:1200

        Şerhime di

        Cavab yaz
        • Anonim
          , · 19 Mart 15:2634

          Vtndşnin şerhine oglanlar yigilib yaman like vurur. Yaziqlar qizlarin elinden cana doyunlar. Yeqin növbe onlarindiku bele likelar dislikelae sel kimi gelir

          Cavab yaz
    • Anonim
      vtndsya · 19 Mart 13:4377

      Qadin oglanin dalinca düşmeyib,.oglan onun dalinca düsübmüş gördüyün kimi. Qadin kiwisiz yasiya bilir, kisilerdi qadinlarsiz yasaya bilmirler.

      Cavab yaz
    • Anonim
      vtndşya · 19 Mart 15:1634

      Sen ama qartimiyacaqsan. Cavan gedeceksen.

      Cavab yaz
    • Anonim
      vtndşya · 19 Mart 15:1725

      Seni gözü açıq ol. 12 yaşlı qizdan ötrü at özünü damdan. Sene qoca nene de heyifdir.

      Cavab yaz
    • Anonim
      vtndsya · 19 Mart 15:1935

      Əşi sen az danış. Siz oglanlar onsuzda zibildesiz.

      Cavab yaz
  • Anonim
    Ayse · 19 Mart 11:17122

    Cixib indi necede soyuq danwir. Eqayist

    Cavab yaz
  • Anonim
    Zuzu · 19 Mart 11:2862

    Оglan ruhen cox zeif olub.Qizda yeqin her seydan ustuna gedib,bu da netica.Allah rehmat elasin!

    Cavab yaz
  • Anonim
    QQ · 19 Mart 11:3098

    Beke basa dusdum ki Sevinc Fedai Movluddan yasca belke de boyuk , cesaretli ,iradeli ,guclu qadin olub belke de .Movlud da ona bir guvenc yeri bir istinad noqtesi kimi guvenim siginib.Ancaq problemlerle yuklenende Sevinc de zeifleyib sinib deye ayrilmaq noqtesine gelende Movlud izunu caresiz arxasiz bilib .Cunki Sevinc guclu xarakterli Movlud ise istedadli amma xarakterce bir az zeif olub .Men Sevinci anladim nedense .....Belke Movludun ailesi de Sevinci istemeyibler bu da Sevince elave yuk ezab verib deye o da bu cur inadla Movludu tek qoymaga calisib .Ki ondan istediyi iradeli addimi ala bilsin .Ne ise cox perisanedici bir hadisedir .Ve taleyi dagilan bu iki genc de o qeder dugumlu savadli insanlardirlar ki hetta bu boyda facienin de fovqunde dayanirlar .Ali esq .Ali dugum terzi .ve ....olumun de dahitanesi .....Olumumle sene her seyi subut ederem ....

    Cavab yaz
    • Anonim
      Jale · 19 Mart 11:50117

      Tamamile raziyam, Bir qadin aile quranda yaninda mohkem,merd, problemleri hell ede bilecek, qadinin guvene bilecek birisi olsun ister(maddi durumundan asili olmayaraq), Iller,aylar kechir ve qadin kishide bu xususiyyetlerin birinide gormeyende, qelbi sinir. Gorun ,neche defe men indi hissizem deyir,yeni ki,qelb sinib,sevgi olub, Men Sevinci gozel anlayiram, Guclu qadin yaninda guclu birisini ister, Bir omur boyu elinden tutub, suruyeceyi eri istemez,Movlud ,gorunur,chox sakit,fagir, zeif birisi olub.Amma,intihar etmeyine deymezdi. Dunya qizlarla doludur.Zaman kecherdi ve ozune uygun bir xanimla evlenerdi.Zaman her sheyi yerine qoyur.

      Cavab yaz
  • Anonim
    Ziya · 19 Mart 11:32111

    Mence bu oğlan çox dürüst biri olub aileye çox deyer verib. Indiki dovr üçün nadir haldir. Qiz da eqoistlesIb. Sevgi qarsiliqli olanda her şeye qalib gelir.

    Cavab yaz
    • Anonim
      wirin · 19 Mart 11:4894

      Qadinin elinde senet olmaqda beledi derd elemir hecneyi iwliyerem qazanaram uwaq varda eri neynilerem deyenlerde var. Teessuf deymezdi.

      Cavab yaz
    • Anonim
      mələy · 19 Mart 13:37610

      Salam. Oğlan qıza cox dəyər verib sevgi göstərib. Qızda bunlardan bezib. Sadəcə gərək yanında olardı. Oğlanı ailəsi tərk edibsə ailəsi yoxdusa bəs həyat yoldaşı nə üçündür? İnsanın pis günündə yanında həyat yoldaşı yoxdusa. Ona dəstək durmursa bəs bu həyat yoldaşının anlamı nə ücündür? Yaxşı gündə hamı yanımızda olur. Amma pis günümüzdə hec kəs olmur. Mövlud da qıza cox bağlanıb. Qızı anası bacısı dostu sevgilisi həyat yoldaşı kimi baxıb. Qızda bundan bezib.

      Cavab yaz
  • Anonim
    Azerbaycanli · 19 Mart 11:46112

    Gizin dediklari neca da geyri-samimi saslanir. Cox saxta bir musahiba! Amma tabii ki,masuliyyati tam ona yixmag olmaz. Sadaca o gadar manasiz cumlalar idi ki,hec yanimcillig bela hiss etmadim. ALLAH rahmat etsin! ALLAH gunahlarini bagislasin oglanin!

    Cavab yaz
  • Anonim
    ........ · 19 Mart 12:0845

    Bes niye hec doguldugu ailesinin adini bele ceken yoxdu? Niye anasini,atasini hec daniwdirmirlar? Bacisi qardawi varmi göresen? Niye günahi tek heyat yoldawinda görürler?Kecen defe de yazdim.Bu insanin teklenmesinde sebeb ne olub onu da desinlerde.

    Cavab yaz
  • Anonim
    Ahu · 19 Mart 12:2284

    Qadında halal erinen boşanar? Ayıb olsun yeqin pullusun tapıb yadında saxlasın o uşaq böyüb bilecek ki anası Atasın atıb Atada ayrlıqa dözmeyib intar Edib bes dediler xumarın bacısı oğludu yalandı???!

    Cavab yaz
    • Anonim
      Əsranur · 19 Mart 12:38107

      Məncə düzgün yanaşma deyildi.Hardan bilirsən başqasını tapıb?Elə də dəqiq danışanlar var burda-şoka düşürəm lap..Bilmədən necə danışa bilirsiniz?

      Cavab yaz
      • Anonim
        Ahı · 19 Mart 15:2121

        Esranur-a doğru sefimi boyun aldımki men sef etdim tanımadığım insane berkede tapıb Öz günahımı bildimse ALLAH meni bağışlayar İNŞEALLAH yazandan sonra peşmanclıq cekdim en esasıda odu Ölen ücün pis oldum bilmedim ne deyem

        Cavab yaz
    • Anonim
      Ahu ya · 19 Mart 17:5312

      Ayibiun boyuyu size olsun ki bilib bilmeden camaatin haggina girursiz ser atib bohtan yagdirirsiz

      Cavab yaz
    • Anonim
      Ahu ya · 19 Mart 17:5802

      Bagislayin siz sehvinizi derk etmisiz, sonra gordum

      Cavab yaz
  • Anonim
    Toğrul · 19 Mart 12:27101

    Uca Tanrı baxışlasın senin günahını ! Bu cür xanımın sözlərini oxuduqca adam təhşətə gəlir ki insanı adım adım ölümə sürüklüyüb ...Uca Tanrım bizləri bu cür layqeyit insanlardan qorusun ! Ömürünün sonuna kimi bu intihar hadisəsi səni peşman edəcək istəsən təzədən ərə getsən belə ... Mənim əziz həmvətənlilərim Sizdən cox xahiş edirəm mübariz olun bu hayatda düzdür sosial vəziyyətimiz axırlaşsada bu intihar cıxış yolu deyil ay mənim əzizlərim axı fikirləşin ki ən azından 100 il bundan qabaq bizim insanlarımız neçə yaşayıblar ehtiyac icində yəni kotanla yer əkib ələri ilə bicib işıq kimi cıraxdan nə bilin və laxır amma intihar etməyiblər yəni sözümün canı odur ki insanlarımız özləri özlərini pisxaloji durumunu təmzimləməlidirlər yəni xoş günlərdə pis günləri fikirləşməli və ya pis günlərdədə yaxşı günləri fikirləşməlidirlər ki mənəvi cəhətdən möhkəm olsunlar ! Azərbaycanımın gözəl ailə sahibləri bacı və qardaşlarım ! Ailə bizim hamımızın müqədəs hesab etdiyimiz varlıqlardan ayırmamalıyız

    Cavab yaz
  • Anonim
    mələy · 19 Mart 12:4471

    Salam. Mənim fikrimcə həyatda belə aciz olan kişiyə qadın dayaq olmalıdır. Bəs özümüzü tərifləyirik biz güclü qadınlarıq. Gücünü belə bir vaxtda da göstərərdin. Sən bilirsən ki o səninlə nəfəs alır, səninlə xoşbəxtdir. Sənin dəstəyinə köməyinə ehtiyacı var. Səni yanında görmək istəyir. Tək qoymazdın. Hər şeyi bir kənara qoyub onun yanında olub ona kömək edərdin. Telefonda hamımız deyirik yanındayıq. Özünə bir şey etmə. Amma gərək gedib onunla bir yerdə qalıb ona dayaq olardın.

    Cavab yaz
  • Anonim
    Şalimar · 19 Mart 12:521410

    Təbii ki, güclü bir qadındır Sevinc xanım. Rəhmətlik isə bir kişi kimi çox zəif olub. Bir qadın ki, ərinə balası kimi baxırsa demək ki, ər kimi ondan heç nə çıxmaz. Üstəlik oğlanın psixoloji problemləri varmış. 15 yaşından intihar edəcəyini deyən biri imiş. Bu da azmış kimi içkiyə meylli imiş. Və s. Və ilaxır. Hər gün belə ərlə bir evdə qalıb uşağının da psixikasını pozmalıydı qadın?! Bunumu demək istəyirsiz?! Qadın özümü intihar həddinə gəlməliydi?! Bunumu demək istəyirsiz?! Çox düz edib ayrılıb. Ola bilər insan kimi humanist oğlan olsun. Amma beləsindən adama ər, uşağa ata olmur. Əminəm. Üstəlik kimsəsiz (yazılanlardan belə çıxır ki, valideyn-filan dəstəyi yoxmuş oğlsnın) olduğu üçün qızdan belə yapışıbmış. Qadını onun güvənc yeri imiş. Halbuki əksinə olmalıdır. Qadın arxalanacaq kişi çiyni arzulayar. Mənimlə razılaşmayanlar özü bilər. Bu mənim fikrimdir. Əlbəttə cavan istedadlı birinin vaxtında tez həyatdan getməsi üzücüdür, təəssüf doğurur. Amma burda qadında heç bir günah yoxdur. Yaxşı ərdən heç kim

    Cavab yaz
    • Anonim
      Əsranur · 19 Mart 14:0533

      Təşəkkür edirəm.Eynən mənim fikirlərim.Yazandan sonra oxudum yazınızı..

      Cavab yaz
  • Anonim
    Şalimar · 19 Mart 12:5334

    ayrılmaz. Üstəlik hər arvadından ayrılan kişi də canına qıymaz. Mən bunu bilir və bunu söyləyirəm.

    Cavab yaz
    • Anonim
      UZAQ DIYAR · 19 Mart 13:1039

      Chox düzgün qeyd etmisiniz.!.Fikirlerinizle tamamile raziyam.!.Güclü bir qadini,bu hedde chatdiran,heyat yoldashi olub.!.Yene de onu günahlandirmayib,kömeyini davam etdirib.!.Bundan bashqa ne etmeliydi??

      Cavab yaz
  • Anonim
    UZAQ DIYAR · 19 Mart 13:03612

    Esranurcum,bütün yazdiqlarinla raziyam.!.Qadin da günah yoxdur.!.Aile proplemleri güclü oldugundan ailenin menevi yükünü tek qadin daşidigindan,arxa -arxaya aldiqlari psixoloji zedelerden (hansi ki,zerersiz kechmir) bir müddet sonra gücü qalmayib.!.Ayrilib ,ayrilib ki,yeniden güc toplayib ,hem özünü ,hem övladini hem de,ayri qalsalar bele,qaygisini chekmeye davam etdiyi zeif xarakterli,hemishe menevi dayaga ehtiyaci olan,heyat yoldashini qorumaga güc toplasin.!.Ayri yashasalar da,hele de müdafiesini esirgemeyen ,dost kimi qalmagi bacaran ,bir heyat yoldashi olub, hansi ki,özü tam psixoloji gerginlikden, xilas olmuyan bedbext qadin.!.Evvel baci,sonra dost ve heyat yoldashi kimi qoruyub,dayaq olub,bacardigi qeder.Öz valideynlerinden görmeyen qaygini bu qadinda görüb.Bele zeif,iradesiz insanlar adeten etrafi terefinden,yaxinlari terefinden yalniz qoyulmamali,bu depressiya bitene kimi müdafie ,müalice olunmalidirlar.!.Ancaq xilas bundadir.!.ALLAH günahlarini bagishlasin ve rehmet etsin.!.

    Cavab yaz
    • Anonim
      Əsranur · 19 Mart 14:0377

      Salam,bacı.Mən şərh yazanda həmişə həmin adamın yerinə özümü qoyuram.Mən güclü qadınam-yanımda zəif xasiyyətli,özünü toparlaya bilməyən,iynə vurduranda əlini arvadı tutan,uşağına düzəməlli ata ola bilməyən kişini ömür boyu yanımda ər deyib,gəzdirə bilmərəm.Kişi və qadın bir-birini tamamlamalıdır.Ancaq belə olarsa,bir ömrü ikilikdə yaşamağa dəyər.Qadınlar həmişə onları müdafiə edə biləcək kişiləri sevirlər.Bir kişinin ki,əlini tutub itnə vurduracam,şəxsən məndə alınası söhbət deyil.Bunlarda uşaq hələ körpədir.Bu uşağın böyüməyi var.Hələ bilinmir Allah irəlidə adama nə syürprizlər edir.Bəlkə Allah uzaq eləsin-uşaq xəstələnəsidir,əməliyyat olunasıdır,ya qadın xəstələnəcək..Belə olan vəzoyyətdə bu rəhmətlik 40 dəfə onda dama çıxardı ki..Qadını günahlandıranlar,bilmədiyiniz işi danışmayın.Bu qadın sadəcə,rəhmətliyin anasının-atasının eləməli olduğu işi etməyib..O işi ki,onu ancaq canı canından olan ana-ata edər..O daki səbr,onu dəlicəsinə sağaltmaq arzusu.Bu işi də etmək hər qadının işi deyil.Heç bir kişi mən

      Cavab yaz
      • Anonim
        Yolaverdiyev · 19 Mart 15:0951

        Ele kuwin arvadi olmaga hqzir olan qadin elinden de tutmlidi ayagindan da.

        Cavab yaz
    • Anonim
      Əsranur · 19 Mart 14:0451

      onu sevmirəmsə,məni öz ölümüylə şantaj edib yanında saxlaya bilməz.Bilinir ki,eqoizm bunların ikisində də güclü olub.Allah rəhmət eləsin.Heyf..

      Cavab yaz
      • Anonim
        qorxu · 19 Mart 16:5260

        onda sen tez tez evlen boşan taki ozuve uygun bir heyat yoldaşi tapincaa...bu ne mentiqdi bu ne yaşayişdi bilmirem bu curne dar duşunceli bir abu havaynan hara gedeciy bilmirem..ailenin temeli birinci kişiden sora ise qadinnan asilidir.rehmetliy duz hereket elemiyib ozunu yalniz aciz adamlar oldurer ama qadinda aile quranda ailenin xoşbextliyi ucun her bir cetinniye hazir olmalidi...sadece ne bilim bilmediyim bir şey haqqinda danişmag istemire........sadece ....

        Cavab yaz
        • Anonim
          Əsranur · 19 Mart 20:2233

          Bura bax,gicbəsər,ağzının danışığını bil.Mənim gül kimi ailəm var.Necəki onun haqqında danışa bilmirsən,mənim ailəm haqqında da qələt elə ağzının zibilini dağıtma!!!!Axmağın biri axmaq!!!!

          Cavab yaz
  • Anonim
    Elxan · 19 Mart 13:2620

    "Mən" çoooox gözəldi,əri isə çirkin:)))))).3-4 cümlə yazmısan hamısı bir-birinin əksi)))

    Cavab yaz
  • Anonim
    2017 Lalə · 19 Mart 13:4941

    ƏSLA QINAMAYIN, ÇÜNKİ QINADIĞINIZ ŞEY BAŞINIZA GƏLMƏDİKCƏ ÖLMƏZSİNİZ (Hədis)

    Cavab yaz
    • Anonim
      Lale'ye · 19 Mart 14:2101

      Hansı hedisdedi? Bilmek olar ?her bir ailede Söz söhbet olurbizlerdevaldeyinler aile dağılmağına pis baxırlar ailede söz söhbet olanda böyükler işe qatışır sülh yaradır hecne deye bilmerik kiminse günahına batırıq en esası bavalı öz boyununa olsun Uşaq böyüdükce yene 13 14 yaşa catsın Atasın isteyecek niye oğlanın Atası Anası qohum eqrebesi yoxdu? Her yükü arvadın üstede atmaq olmaz

      Cavab yaz
      • Anonim
        2017 Lalə · 19 Mart 16:2211

        Bir çox hədis qaynaqlarında, o cümlədən Beyhaki, Şuabu'l-İman, 5/315, no: 2778; Keşfu'l-Hafa, 2/265 mənbələrində bu hədis var.

        Cavab yaz
  • Anonim
    Mehbube · 19 Mart 13:5940

    Ele sen xowbextik desende senin inadkarliginan oznu oldurub bacara bilmediyi ucun intihar eden odu deyiller allah oznu oldureni qebul elemir ama eksine allah seni qebul etmeyecek cunki senin inad karligin senin merhemetsizkiyin ucbatinan oznu oldurub allah rehmet elesin mekani cennet olsun onu bu hedd3 catdiranlarda lenet elesin

    Cavab yaz
  • Anonim
    ....nöqtəli yazana · 19 Mart 14:1676

    Yazırsan 28 yaşı var.Mövludun isə 23 yaşı var idi. Düzünü danışaq hansı ata-ana 23 yaşlı oğluna 28 yaşlı gəlin arzulayar? Hərə tayını tapmalıdır. Bu saat ən böyük problemlərdən biri də budur. Bəziləri ərə getmək naminə özündən cavan saf gəncləri bədbəxt edirlər. Çox guman bu gənc də növbəti qurbandır. Valideyin xeyir duası olmadan evlənib sonra qadın da onu atıb.Geriyə ailəsinə qayıtmağa üzü oımadığından ontihar edib. Ona görə də hər kəs tayını tapmalıdır.(türkiyəyə iş dalınca gedibmiş...)

    Cavab yaz
    • Anonim
      14:16 ya · 19 Mart 15:1526

      Ona kim mecbur etdiki 23 yaşında evlenirdi? Qiz ona zorla gelib? Yoxsa zorla gelib evinde oturub? Yaşın aile xoşbextliyine hec bir dexli yoxdur. Bunu tepende saxla.

      Cavab yaz
      • Anonim
        14:16ya · 19 Mart 15:3323

        Onda arvadi özünden böyuk olan kişiler intihar etmelidir? Agil yaşda deyil başdadir. Yaşla agil, xoşbextlik ölçülmür. Görmüşük 16 yaşında qizla evlenen 30 yaşlı kişilerin aqibetini de. Burda xeberlerde de oxuyursuz ele kişilerin taleyini.

        Cavab yaz
    • Anonim
      ??? · 19 Mart 16:2432

      Sevgili peygemberimizin de xanimi bildiyimize göre ondan yaşda böyük olub. Bunun meseleye ne maneçiliyi var

      Cavab yaz
  • Anonim
    1.2.3.4. · 19 Mart 14:4321

    Bu xanim bir muddet evvel Samiraldo ve onun kimileri mudafie eden bir meqale cizma-qara elemisdi.

    Cavab yaz
  • Anonim
    ... · 19 Mart 14:5041

    Buqeder qayhikeslik mehribanlig vardisa ayrilig niye ??yeqin evdekiler mudaxile edibler.yanece

    Cavab yaz
  • Anonim
    Yolaverdiyev · 19 Mart 15:0171

    Yox ee.day butun gun atanin evinde erini qonaq kimi qarwilayirdinsa birdefelik oturardin evinde de.nr bilim ee bu qizin meqalelerini ocuyanda ele bilirdim bu subaydi.o cur duwuncesi olan bir qadina er olmaq ucun koroglu olub deliowrw bawciliq etmek lazim idi.ne bilim.oglan saf insana oxwayir.allah rehmet elesin

    Cavab yaz
  • Anonim
    Fondaki wekil · 19 Mart 15:2154

    Ele Bill anasini qucaqlayib .

    Cavab yaz
    • Anonim
      15:21 e · 19 Mart 16:5414

      Bill anasini qucaqlayib?Bill kimdi? Bill ingilis adidir. Yeqin dostlarindandir senin. Fondaki şekli deyirsen? Yaxşı eleyib qucaqlayib. Seni qucaqlasin?

      Cavab yaz
    • Anonim
      15:21e · 19 Mart 16:5603

      Bill Klinton anasini qucaqlayib? Ya Bill Qeyts? Bir cümlenide yazammirsan.

      Cavab yaz
  • Anonim
    Turac · 19 Mart 15:4260

    Her ailenin ozunemexsus sirleri var.Esl sebebi ne bilmek olar.Menen guclu adam olmasa da,gorunur daxili alemi temiz insan olub Movlud bey.Allah rehmet elesin

    Cavab yaz
  • Anonim
    Fondakı şəkil yazana VTNDŞ -dan · 19 Mart 15:5023

    İstəyirdim yazım sən məni qabaqladın.

    Cavab yaz
    • Anonim
      vtndşya · 19 Mart 16:4923

      Sen sakit dur. Hecne yazma, yazib camaatin üreyini bulandirma.

      Cavab yaz
  • Anonim
    Аyan · 19 Mart 16:0734

    Insan bezir, yorulur danismaqdan basa salmaqdan, ne istediyini demekden bu xanimdada bele olub yeqinki .. qinamiram men xanimi ..

    Cavab yaz
  • Anonim
    Alimardan · 19 Mart 16:1652

    Mence bu gadin texellusunu deyismelidir. Erinin , Usaginin atasininin, dostunun fedaisi ola bilmeyene bu ad yarasmir. Ozunnen boyuk ad secib ozune.

    Cavab yaz
    • Anonim
      Melek · 19 Mart 18:0740

      Alimardan inanın o günnen onu fırladıram beynimde ki 1aile uğrunda neyise feda ede bilmeyen birine fedai texellüsü layiq deyil

      Cavab yaz
  • Anonim
    Sev · 19 Mart 16:4920

    Usaq boyuyende goresen ne cavab verecey.????????.

    Cavab yaz
  • Anonim
    Monika · 19 Mart 16:5550

    Ğözəl danışır özünü təmizə çıxarmaq üçün..Gəl burda atamgildə qal,mən o evə gedə bilmərəm nə deməkdi?Sanki evdən küsüb gəlib.Mən bəzi qadınları başa düşə bilmirəm. Insan səni bu qədər istəyir, daha nə istəyirsən? Ayrılmağa qalsa o qədər səbəb tapmaq olar ki..Yaşamaq istəyəndə heç nəyi şişirtmir insan,yox əgər birgə yaşamaq istəmirsənsə, ayrılığa hər şey bəhanə olur

    Cavab yaz
  • Anonim
    Monika · 19 Mart 17:0441

    Elə yoldaşına qələt eliyərsən deməyin hər şeyi dedi.Allah ölənə rəhmət eləsin .Ancaq səni istəmiyənə gəl-gəl demək əvəzinə onunla maraqlanma, xoşbəxt ol gör necə axtaracaq səni.

    Cavab yaz
  • Anonim
    [[ · 19 Mart 17:3421

    Cox sevmek adami acizlewdirir.

    Cavab yaz
  • Anonim
    QQ · 19 Mart 17:5043

    Kim ne deyir desin men hemise kisini huclu gormek istemisem.Baxmayaraq ki ozum heyatda cox guclu xarakterli qadinam , amma hemise arzulamisam ki kisi guclu olsun.Kisi guclu xarakterli olanda qadin ozunu qadin kimi hiss eleyir .Kisi zeif olanda qadinin ciyinlerine agir yuk dusur .Hiss olnmadan qadin yavas yavas kisilesir .Sevinci de qinamaq lazim deyil .Axi o ere getmemisdi ki erini de ovladi kimi bilmelidir .

    Cavab yaz
    • Anonim
      orbet. · 19 Mart 18:3283

      Ümumi olaraq bəli kişi güclü olmalıdır. Amma elə güclü kişilər olub ki həyatda axmaq keyfiyyətsiz qadını olub və uşaqlara görə ailəni dağıtmayıblar. Lakin həmin axmaq qadınlar onların dilini qıssa başını alçaq ediblər. Həmçinin elə zəif kişilər olub ki, ağıllı qadınları olub və ailəni dağıtmayıblar ərlərinin səhvi olsa belə onları hər kəsin yanında hörmətli ediblər. Zəif insanları ayaqlamaq sındırmaq insanlıqdırmı??? Əlbbətə xeyir! Güclü insan zəifin əlindən tutub ayağa qaldırar yoxsa itələyib cəhənnəm dibinə salmaz Ümumiyyətlə gücün var pislərə göstər zəiflərə deyil

      Cavab yaz
    • Anonim
      Abdulla · 19 Mart 19:1910

      Şərhləri kim və nə əsasla silir? Problem var?

      Cavab yaz
  • Anonim
    Seva... · 19 Mart 17:5340

    Gunahiniz var Sevinc xanim.o normal halda olsaydi siz onu qoyub getseydiniz bu bawqa.ama onun nece zeif, iradesiz, bezgin bir halda oldugunu bilerek onu qoyub getmemeliydiniz.var sizin gunahiniz. Cetin anda atmamaliydiniz onu.tenhaliqdan qorxub yeqin

    Cavab yaz
  • Anonim
    Abdulla · 19 Mart 18:1130

    Ailənin problemini tam şəkildə yalnız iki nəfər bilə bilər- ər və arvad. Amma belə qənaətə gəlinir ki, istintaq bu məsələdə Sevincin rolunu müəyyənləşdirməlidir. O zaman yəqin ki, çox məsələlərə aydınlıq gətirilər.

    Cavab yaz
  • Anonim
    Sev · 19 Mart 18:2530

    Goresen boyuyende ovladina ne cav verecey.??? Eyer bele bir adamnan yasamaq onu dasimaq gucun yoxuydu sa senin gerek ilk basdan aile qurmaga raziliq vermezdin. Indide seni kiminse intiharinda hansisa korpenin yetim qalmasinda gunahlandirmazdilar.

    Cavab yaz
  • Anonim
    16-54 e · 19 Mart 18:5952

    Senin savadin qicqirib ?! Olsun, ele bil anasini qucaqlayib.

    Cavab yaz
    • Anonim
      18:59a · 19 Mart 20:5412

      Qicqiran senin savadindir ki yazi yazammirsan. Hem de insanligin qicqirib senin.

      Cavab yaz
    • Anonim
      18-59a · 19 Mart 21:0022

      Yaxşı ta dincel. O artiq qebirdedir. Birde qucaqlamayacaq. Sag eli senin de başında

      Cavab yaz
  • Anonim
    ???-ya · 19 Mart 19:0331

    Peyğəmbərin vaxtında hündürmərtəbəli binalar yox idi.....!!!

    Cavab yaz
    • Anonim
      19:03e · 19 Mart 20:5711

      Hundurmertebeli binalarin dine adetlere tesiri var? Eger varsa onda ailendeki qadinlar qoy avropalilar kimi geyinsinler şortikde gezsinler. Axi dünya deyişib Avropa şeherlerine oxsayir şeherlerimiz.

      Cavab yaz
    • Anonim
      19-03e · 19 Mart 21:0111

      Pehh hündürmertebeli bina oldu demeli adetler de deyişmeıidir? Bakida da hündürmertebeli binalar var. Di onda şortikde gez.

      Cavab yaz
  • Anonim
    Azeri · 19 Mart 19:4130

    Ezizlerim Qardasimizin olumu hem qismetdir,hemde netice.Olum hakdir.Acida olsa sirinde olsa her kes mutleq ki dadacak. Bilirsiniz daha cox insan her seyi ovladlari ucun edir.Insanin ailesi onun her zaman qayitmak isteyidi yerdir.Aile muqeddesdir, amma derk edenler ucun. Dusunun en yaxinlarimizi elmizden alib basqa yere aparirlar. Onun ailesi dagidilib tek ovladi elinden alinib , heyatim dediyi ise onu yaraliyib bosanmis. Qisacasi o qadinin onun heyatini alt ust edib , bir gun gelecek oda etdiyinin belasini gorecek. Onun olumu qismet , sebebkar ise ... heqieti bilseydim Kim oldugunu yazardim. Sizce biz ozumuz neceyik? Her gun ailleler dagilir korpeler atasiz yada anasiz qalir. Hara baxirsan insan amma adam az. Eh cox yazmak olar. Baxiram qadinlar erlerini erlerde qadinlarini aldadir , her gunde artir . Bes boyunu bukuk usaklarin gunahi ne? Evveller boyuk kicik vardi abir heya vardi. Muharibe vaxti qadinlar yad adamlarla danismazlarmis ki eri doyusdedir. Indi bezi evli qadinlar neler edir. Kisiler de.

    Cavab yaz
  • Anonim
    19-03 ə yazana · 19 Mart 21:5100

    Rusların bir universal sözü var "tupoy" tərcüməsini bilmirsənsə lüğətə bax. Şortik nədi zad nədi? Hündürmərtəbəli bina yoxdu deyəndə ona işarə etdim ki, peyğəmbərin dövründə sən intellektdə həyat yoldaşı olanlar canı boğazına yığılanda özlərini atmağa hüdür binalar yox idi...FERŞTEYN???

    Cavab yaz
    • Anonim
      21:51e · 20 Mart 00:0500

      He ele bildim bina deyende inkişafi nezerde tutub dedin. Pardon. Ama intihar hemişe olub. O zamanlarin da özünə məxsus intiharlari olub. Qayadan atma, denize atma, xencerle, biçaqla. Menim heyat yoldaşım yox sevdiyim var. İnsallah men bu Sevinc kimi olmaram.

      Cavab yaz
  • Anonim
    14.16 da yazana · 19 Mart 21:5400

    Oglan 89 cu ilden idi. 23 nece olur? Hesablayinda. Mence eyni yaw olardilar.

    Cavab yaz
  • Anonim
    asi · 19 Mart 22:0994

    Şərhləri izlədim tezdəndən..Maraqlı fikirlər, maraqlı yanaşmalar...Adətən deyirlər ki, hər bir güclü kişinin arxasında güclü qadın dayanır..Bəs qadın zəif(iradəcə) kişinin yanında dayana bilməzdimi??Çox şərhçi kişilərin güclü olmasını qeyd edib..Məncə isə bu hadisədə məhz qadın güclü olmaq iddiasında olub.Və mənə elə gəlir onun ailəsini tərk etməsi mərhumun zəif olası ilə əlaqəli deyil..Sadəcə olaraq özü həyat yoldaşı olmadan tək dominant olmaq istəyib...Xanımın yazılarına da fikir verilsə, hardasa tipini müəyyən etmək olar..

    Cavab yaz
    • Anonim
      Azeri · 19 Mart 23:1701

      Qadin eger bosanmak isteyirse bunun duz mentiqi:but qadina er lazim deyil.eger evladi varsa ana yok kim oldugunu sizler deyin.

      Cavab yaz
  • Anonim
    hali · 19 Mart 23:0272

    qiz nə gündədi.heç yaraşmır oglanA.allah rəhmət eləsin

    Cavab yaz
  • Anonim
    raya · 20 Mart 02:0600

    qismeti bele yazilib

    Cavab yaz
  • Anonim
    Deniz · 20 Mart 02:3910

    Indi hansi ailede maddi sixintilar gerginlikler dava dalas olmurki onda aile dahada mohkem yapismalidi bir birinnen.xanim siz ne ayrilan kimi ayrilmisiz nede barismisiz bu yazici sair qismi qeliz dusunceye malik olure heqiqetende.travma aldim asa bilmedim ailedie bu oglunuzun atasidi onu qoyub getmek bu qeder asan olmamaliydi.őlene allahdan rehmet sadece.

    Cavab yaz
  • Anonim
    Mən · 20 Mart 08:2400

    MƏNCƏ DƏ GÜNAHKAR OĞLANIN HƏYAT YOLDAŞIDIR.

    Cavab yaz
  • Anonim
    Mən · 20 Mart 08:2510

    ALLAH HEÇ BİR ANANIN QARŞISINA BU CÜR SAVADDA GƏLİN ÇIXARTMASIN.

    Cavab yaz
  • Anonim
    Mən · 20 Mart 09:0500

    Dogrudur oglan zəif olub,amma bu qədər ki axıra qədər yaxın olublar niyə qəz bir dəfə bagışlamırdı onu,şans vermirdi,İndi aglıyır?Yəni oglanın günahı o qədər çox idimi?Mən qıza haqq vermirəm,qadın bir az psixoloq olmalıdır.Bagışlanmalı deyildisə,niyə axıra qədər yaxınlıq edirdin?

    Cavab yaz
  • Anonim
    Mən · 20 Mart 09:1000

    "Mən"13:16-da yazan mənim nikimlə yazma!!!

    Cavab yaz
  • Anonim
    Eldar · 20 Mart 09:3100

    Mence xanimin musahibesi ictimai qinax yaradib cinayet iwinde adinin hallanmasindan qutarmaqdir.ele cixiwin bawligi onu deyir. Amma narahatcilix yoxdu bee weyler 40 gune cixir.mence istintaq her weyi aydin edecek

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.