Cəmiyyət

Azərbaycana Ermənistandan xəstə heyvan əti gətirilib?

18 Mart 2017 22:34
10 Şərh     Baxış: 5 614

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) guya Gürcüstan vasitəsilə Ermənistan mənşəli vərəm xəstəliyinə yoluxmuş diri heyvan və heyvan ətlərinin Azərbaycana idxal edilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Dövlət Xidmətinin mətbuat katibi Yolçu Xanvəlinin dediyinə görə,bu məlumatların heç bir əsası yoxdur və Ermənistandan heç bir heyvan və heyvan mənşəli məhsullar ölkəmizə idxal edilməyib:

"Gürcüstan və digər ölkələrdən Azərbaycana gətirilən heyvan və heyvan mənşəli məhsullara həmin ölkələrin baytarlıq xidmətləri tərəfindən sağlamlığına dair baytarlıq sertifikatı və digər müvafiq sənədləri təqdim edildikdən sonra onların idxalına icazə verilir. Respublikaya idxalına icazə verilmiş heyvandarlıq məhsulları müvafiq laboratoriya müayinələrindən keçirildikdən sonra istifadəsinə icazə verilir. Bu müddət ərzində laboratoriyada müvafiq analizləri aparılan idxal edilən məhsullarda vərəm və digər infeksion xəstəliklərin törədiciləri aşkar edilməyib".

DBNX bu məlumatların həqiqəti əks etdirmədiyini, heç bir fakta əsaslanmadığını və şayiə xarakterli olduğunu bildirir. Dövlət Xidməti bəyan edir ki, respublikaya idxal olunan bütün heyvan və heyvan mənşəli məhsullara nəzarət olunur və ölkədə epizootik vəziyyət sabitdir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

10 Şərh:

  • Anonim
    Tovuzlu E · 18 Mart 22:4360

    Od olmasa tustu cixmaz Teki yalan olsun, deyildiyi kimi

    Cavab yaz
  • Anonim
    .... · 18 Mart 22:4940

    biyabirciliq

    Cavab yaz
  • Anonim
    Tenqidci · 18 Mart 22:5030

    daha bu qeder yoxda....

    Cavab yaz
  • Anonim
    Baku · 18 Mart 22:5540

    Birce bu qalmiwdi...pulcun her wey ederler ..ne yeyek????bilmirik

    Cavab yaz
  • Anonim
    Esra ibrahimli (Samaxi) · 18 Mart 22:5770

    Bunu getirenler hansi mezhebe qulluq edir ????Yəni yaddaslarimiz pozulubda onlarin bize neler elediyi, indi o gune qalmisiq dusmen olkeden mal ixrac edek olkemize.Dehsetttttt.

    Cavab yaz
  • Anonim
    Ilham · 18 Mart 23:2320

    O,bes manata satilan etler deqiq ele o etlerdi.

    Cavab yaz
  • Anonim
    Ilham · 18 Mart 23:2640

    He ey millet.Alin ucuz etleri,yeyin.Sehhet neyivize lazim?ucuz olsun,ne olur olsun.

    Cavab yaz
  • Anonim
    M.R · 18 Mart 23:4510

    Olar olar

    Cavab yaz
  • Anonim
    SEVIL BALAKEN · 19 Mart 19:5710

    yani biz ermenilerle bariwdiq ki, oradan buraya et de getirilir????

    Cavab yaz
  • Anonim
    Mən · 19 Mart 21:2300

    Mənim şərhimi niyə vermirsiz?Dediklərim xoşunuza gəlmədi,gedin su için...

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.