Cəmiyyət

Azərbaycanda 3 mindən çox ailə Facebook-a görə boşanıb

18 Mart 2017 18:45
8 Şərh     Baxış: 2 379

"Əsassız səbəblərdən boşanmaya gedirlər. Bir-biri ilə yarışmaya çıxan insanlar var ki, bir nəfər müraciət edib, deyir ki, mənim dostum artıq iki dəfə boşanıb, mən bir dəfə boşanmışam, artıq ikinci dəfə boşanmaya müraciət etmək istəyir. Deyir, mən ondan geriyə qalıram. Gülünc bir şeydir, ancaq cəmiyyət üçün həyəcan təbili çalınacaq bir hadisədir".

Milli.Az bildirir ki, bu fikirləri APA TV-yə açıqlamasında vəkil Xəyal Bəşirov deyib. Onun sözlərinə görə, son zamanlar əsassız boşanmaların sayı artıb. 2016-cı ildə 13 min ailənin nikahına xitam verilib. Onlardan 20-30 faizinin boşanmasına sosial şəbəkələr səbəb olub:  

"Əvvəllər boşanmaların sayı ciddi səbəblərdən olurdu amma son dövrlərdə bəzi gülünc səbəblərdən də ailələrin boşanması hallarına rast gəlirik. Son dövrlər diqqətinizə çatdırım ki, bir çox hallarda bir-birini xəyanətdə ittiham edirlər. Bu xəyanətin də əsaslı sübutu və dəlili yoxdur. Kişi və yaxud qadın olmasından asılı olmasına baxmayaraq, digər tərəfi internetdə, sosial şəbəkələrdə, sosial mediada hər hansı bir şəxslərlə yazışmasını və yaxud virtual olaraq münasibətdə olduğunu əsas gətirib və bu da ona xəyanət etməsi fikrinə gəlir ki, sonda boşanmaya səbəb olur".

Xəyal Bəşirov deyir ki, hətta bir layk və şərhə görə də boşananlar var. Kişilər həyat yoldaşlarının sosial şəbəkələrdəki fəallığının kənardan yanlış anlaşılacağından çəkinirlər: "Əks cinsin nümayəndəsi bir məlumat paylaşır və yaxud bir hadisə ilə bağlı bir fikir bildirir, digər şəxslər qadın ona şərh yazarsa bu, artıq qloballaşdırılıb boşanmanın əsası kimi gətirilir və boşanmaq üçün kişi tərəfindən məhkəməyə müraciət etmək üçün əsas olur. Bəzən heç o insan heç o adamı tanımır, sadəcə, fikirdir, baxır, maraqlı olur, şərh yazır".

Vəkil deyir ki, qanunvericilikdə nikah könüllülük prinsipləri əsasında qurulduğu üçün boşanmalar da eyni əsasla həyata keçirilir.

Şəhər sakinlərinin məsələyə fikri müxtəlifdir:

- Birincisi baxır nəyi like eləyir,  şərh yazır.  Elə şey olsun ki, qısqanılacaq şey olmasın. Mənim xoşuma gəlməyəcək şey olmasın. Məsələn, İnstagram-ı götürək də, oğlanların follow da olması, kimə lazım olar ki, həyat yoldaşının şəkillərinə tanımadığı adam baxsın.

- Oğlan yol verməməlidir belə problemlər yaransın. Qadın status yazmasın, girməsin heç.

- Mənə qadağa qoyub, mən də istifadə etmirəm. Ancaq WhatsApp istifadə edirəm. Ailəli adam istifadə etməməlidir.

- Boşanmaların əksəriyyəti sosial şəbəkələrə görədir. Bizim kişilər çox qısqancdır da, kişiyə hər şey olar, qadına yox. Tanış biri var idi, ona ağlına gələni yazırdılar, yoldaşı da sosial şəbəkələri bağladı.

Psixoloq Təhminə Çələbi deyir ki, sosial şəbəkələrin bilavasitə ailəyə təsiri var. O, psixoloji olaraq sosial şəbəkələrə hazır olmağın vacibliyini vurğulayır: "Müəyyən düşüncələr, dəyərlər Avropa ilə bizdə üst-üstə düşmür. Onlar o like və yaxud şərhə normal baxırlarsa, bizim özümüzün dəyərləri mental inanclarımız var ki, üst-üstə düşmür. Bunu qəbul edə bilməyəcəyimiz təqdirdə, bu şəbəkələrdən istifadə edirik və nəticəsi təbii ki, xoşagəlməz olur. Kiçik bir şeydən insan öz eqosuna, şəxsiyyətinə, hətta namusuna belə toxunulduğunu düşünür. Bu müasirlik deyil, irəli getmək, dünyagörüşü deyil, sadəcə, xarakter və mental dəyərlərlə əlaqəlidir".

Psixoloq deyir ki, cütlüklərin bir-birinə, yaxud övladlarına ayırdığı vaxt sosial şəbəkələrə ayrılan vaxtdan daha az olur. Bu da münasibətlərdə uçuruma gətirib çıxarır. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

8 Şərh:

  • Anonim
    xxx · 18 Mart 19:0450

    Men şexsen nufret edirem sosial şebekelere, iyreclikden, exlaqsizliqdan başqa bir şey deyil. Exlaqsizliqda sosial sebeklerin sayesinde artir. Baglasalar bu exlaqsizliq menbelerini yaxsi olar.

    Cavab yaz
  • Anonim
    ? · 18 Mart 19:1240

    Sosial şəbəkələri cixardanin Allah evini yixsin

    Cavab yaz
  • Anonim
    melik · 18 Mart 19:1750

    nefsinize yenilmeyin dine namaza gelin Allah seytana lenet elesin

    Cavab yaz
    • Anonim
      Teymur · 18 Mart 19:4851

      Cahıl olmayın usaqlar.Goturek bıçagı onunla hem ınsan oldurmek olar,hem de corek dogramaq..Insan da eger sosıal sebekeden yaxsı meqsedlerle ıstıfafe edırse ne problemı,yox basqa meqsedle ıstofade edırse bu artıq onun yanaşmasıdır

      Cavab yaz
      • Anonim
        . · 18 Mart 20:5201

        Ay sagol.insanlarin pozgunlasmasina sosial sebeke neylesin.sadece bir cox qadagalar qoyula biler.men olsaydim ele ederdim.tam arasdiraradim sonra noqtesini qoyardim

        Cavab yaz
  • Anonim
    Terxun · 18 Mart 20:4810

    Ancaq watsapdan istifade edirem.Basqa yoldasim icaze vermir.Deyir sene nese lazimdi menim feysbukumdan axtar bax.Men de ele edirem.Instagramdan ise vapse istifade etmirem.Here oz terbiyesine gore istifade edir.

    Cavab yaz
  • Anonim
    xxx · 18 Mart 22:2410

    Sosial sebekeler insanlarun tanimadigi insanlarla yazişmasina, hetta şekillerini qoyanlar varsa onlarin sekillerini görmeye imkan verir. Buda hecde yaxsi bir sey deyil.

    Cavab yaz
  • Anonim
    İİ · 18 Mart 23:3001

    Kim neye meyillidirse onun arxasınca gedir.Sosial şebeke behanedir.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.