Cəmiyyət

Şeytanı lənətləmək olarmı?

18 Mart 2017 22:35
22 Şərh     Baxış: 2 055

Milli.Az zikr.az-a istinadən bildirir ki, bir gün səhabələrdən (Allah onlardan razı olsun) biri Peyğəmbərlə (salləllahu aleyhi və səlləm) yol gedirdi və qəflətən heyvanın ayağı büdrədi. Həmin səhabə (radıyəllahu anhu) dedi: "Lənət olsun şeytana!" Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: - "Şeytanı lənətləmə, çünki sən onu lənətləyəndə, o, ev kimi böyüyür və deyir: "Bu mənim gücümdür!". Sən əksinə "Bismilləəh" de, çünki "Bismilləəh" deyəndə şeytan balacalaşır və milçək boyda olur". (İmam Əhməd, 20068; Əbu Dəvud, 4982).
Uca Allah buyurur: "Əgər sənə şeytandan bir vəsvəsə gəlsə, Allaha sığın. Çünki O, Eşidəndir, Biləndir". (Fussilət, 36).
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

22 Şərh:

  • Anonim
    Əli proqnoz.№ · 18 Mart 22:3671

    Cinlər zahiri gözlə görünməyən varlıqlardır.Cinlər gözlə görülməyəcək qədər sürətli varlıqlardır.İnsanlar kimi Allaha qulluq və ibadət üçün yaradılmışlardır.Uca Rəbbimiz:"Mən cinləri və insanları ancaq mənə qulluq etsinlər deyə yaratdım"(Zəriyət 56) hökmü ilə cinlərin həm varlıqlarını həm də vəzifələrini bizə bildirmişdir."Cinlər insanlardan öncə yaranmışlar.Allah Taala onları zəhərli atəşdən yaratmışdır".(Hicri 27,Rəhman 15)

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 18 Mart 22:3771

    Şeytan da cin tayfasındandır.Gözlə görünməyən lakin varlığı dəqiq olan,ağlı qarışmış,tərs,xaraktercə zəif olan insanları yolundan azdırmağa çalışan cinlərə şeytan adı verilir.Əsil adı İblisdir. İblis Rəbbinin buyruğuna uymayan,isyan edərək yoldan azmış cinlərdir."Biz mələklərə Hz.Adəmə səcdə edin demişdik,iblis istisna olmaqla hamısı səcdə etdilər.O üz çevirdi və kafirlərdən oldu".(Əl-Bəqərə 2.34)

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 18 Mart 22:3971

    Bütun pis əməllərdə adı olan şeytan insanların ən qorxulu düşmənidir.İlk insan Hz.Adəmə görə ilahi hüzurdan qovulan şeytan Allahdan qiyamətə qədər ömür istəmişdir.Allah Taala bu istəyini ona vermiş və İblis insanları yoldan azdıracağına and içmişdir.(Sad 76-85)

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 18 Mart 22:4071

    "Qurani Kərim"də cinlər haqda coxlu məlumatlar,həmçinin onlardan qorunmaq üçün dualar verilmişdir.Cinlər və şeytanlar insana ölənə qədər vəsvəsə yolu ilə sıxıntı verir,şübhə içinə salar,haqq yolundan və xeyirlərdən uzaqlaşdırmağa çalışar,haramı bəzəyər,pis əməlləri yaxşı göstərər.Lakin Allaha sidq ürəklə dua edəni,inananı Allah cin və şeytanlardan qoruyar.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 18 Mart 22:4171

    Peyğəmbərimiz hər insanın yanında mələk olduğu kimi,şeytanın da olduğunu vurğulamışdır.Quranda şeytandan qorunma yollarının ən yaxşı vasitəsi təmiz ürəklə,qəlbdən oxunan dualardır.Dilucu,boş ürəklə oxunan dualar bir fayda verməz.Quranda cin və şeytanın şərindən qorunmaq üçün ən çox İhlas,Fələk və Nas sürələri oxunur.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 18 Mart 22:4271

    Ixlas surəsi. Bismillahir-rəhmanir-rəhim "Qulhuvəllahu əhəd.Allahussəməd.Ləm yəlid vələm yuləd.Və ləm yəkun ləhu kufuvən əhəd. De o Allah birdir.Allah möhtac deyildir.O nə doğmuş,nə də doğulmuşdur.Onun heç bir tayı-bərabəri yoxdur."

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 18 Mart 22:4371

    Fələq surəsi Bismillahir-rəhmanir-rəhim "Qul əuzu birəbbil fələq.Min şərri ma xələq.Və min şərri ğasiqin iza vəqəb.Və min şərrin-nəffasati fil-uqəd.Və min şərri hasidin iza həsəd. De pənah aparıram sülhün rəbbinə.Yaratdıqlarının şərindən.Zülmətə bürünməkdə olan gecənin şərindən.Düyünlərə üfürən qadınların şərindən.Və bir də paxıllığı tutan zaman paxılın şərindən."

    Cavab yaz
    • Anonim
      Akif · 19 Mart 07:2040

      Sağ ol qardaş, Allah razı olsun

      Cavab yaz
      • Anonim
        Əli proqnoz.№ · 19 Mart 20:3400

        Deymez xosdur Allah sizden de razi olsun insallah.

        Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 18 Mart 22:4471

    Nas sürəsi Bismillahir-rəhmanir-rəhim "Qul əuzu birəbbinas.Məlikinnas.İlahinnas.Min şərril -vəsvasil-xənnas.Əlləzu yuvəsvisu fi sudurinnas.Minəl cinnəti vənnas De pənah aparıram insanların Rəbbinə.İnsanların ixtiyar sahibinə.İnsanların tanrısına.Vəsvəsə verən,qaçıb gizlənən şeytanın şərindən.O şeytan ki,insanların ürəklərinə vəsvəsə salır.İstər cinlərdən olsun,istər şeytanlardan."

    Cavab yaz
    • Anonim
      .. · 19 Mart 00:0471

      Tewekkur Eli.Weytanin vesvesesinnen uzaqlawdiran dualar yazdin.Ellerin var olsun.

      Cavab yaz
      • Anonim
        Əli proqnoz.№ · 19 Mart 00:2570

        Deymez xosdur.Oxudugun ucun tesekkur edirem.

        Cavab yaz
  • Anonim
    VTNDŞ · 18 Mart 23:08350

    Şeytanın bir adı da BABAYKA- dır.(yorulmadız də səviyyəsiz mövzulardan)

    Cavab yaz
    • Anonim
      Əli proqnoz.№ · 19 Mart 00:2670

      Seviyyesiz seni Bu serhindir.Niye bele edirsiz.Senin dinin islamdir.Niye bele edirsiz????

      Cavab yaz
  • Anonim
    VTNDŞ · 18 Mart 23:11250

    Bu proqnozun da maşallah hər şeydən başı "çıxır".

    Cavab yaz
    • Anonim
      Əli proqnoz.№ · 19 Mart 00:2670

      Maşallah

      Cavab yaz
  • Anonim
    SEVDA · 18 Mart 23:46101

    Sağ ol Əli Allah köməyin olsun.

    Cavab yaz
    • Anonim
      Əli proqnoz.№ · 19 Mart 00:27100

      Deymez xosdur.Oxudugunuz ucun tesekkur edirem.

      Cavab yaz
  • Anonim
    Iman · 19 Mart 00:2060

    VTNDW ya dislike etmek istedim cawib like etdim.Allah Eliye can sagligi versin.hemiwe komeyi olsun

    Cavab yaz
  • Anonim
    Farid123 · 19 Mart 01:4670

    Allaha canim feda ele Allaha siqindim men o bilendit herseyi Allah olsun komeyimz

    Cavab yaz
  • Anonim
    *Amin* · 19 Mart 01:5770

    Əli qardaş Allah köməyin olsun. Gecənin bu vaxtında gözəl dualar oxuduq.

    Cavab yaz
    • Anonim
      Əli proqnoz.№ · 19 Mart 20:3400

      Tesekkur edirem.Allah sizden de razi olsun insallah.Amin.

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.