Cəmiyyət

Yuxuda rəqs etmək necə yozulur?

18 Mart 2017 20:35
14 Şərh     Baxış: 951

Ümumiyyətlə dinimizə görə yuxular üç növdür: Allah Təaladan olan sevindirici yuxu, insanın fikirlərindən meydana gələn yuxu və şeytandan olan yuxu. Uca Allahdan olan yuxu aydın, insana ruh yüksəkliyi gətirən, müjdə verən yuxudur. Bu cür yuxular gördükdə Allaha həmd etmək və ümid etmək lazımdır.

Milli.Az zikr.az-a istinadən bildirir ki, həmçinin, insan bu yuxunu sevdiyi insanlara danışa bilər. İnsanın fikirlərindən və şeytandan meydana gələn yuxulara isə fikir vermək lazım deyildir. Pis yuxu gördükdə bilmək lazımdır ki, bu şeytandandır. Oyandıqda həmin yuxunun şərindən və şeytanın şərindən Allaha sığınmaq lazımdır. Yuxu yozmağa gəlincə, hər görülən yuxunu yozmağa ehtiyac yoxdur. Ümumiyyətlə, dinimiz bizə yuxularla hərəkət etməyi vacib buyurmayıb. Yuxuda görülən hadisələr rəmzi məna daşıya bilər. Ona görə də hər bir yuxunu gerçəyə yozmaq da doğru deyildir. Həmçinin, bilmək lazımdır ki, yuxunu hər adam yoza bilməz.
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

14 Şərh:

  • Anonim
    Əli proqnoz.№ · 18 Mart 20:3900

    1) Allahın Peyğəmbəri (s): «Yuxu ölümün qardaşıdır. Cənnət əhli ölmür». (Kənzul-ummal, hədis 39321)

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 18 Mart 20:4000

    2) İmam Rza (ə): Yuxu beyinin hökmdarı, bədənin bərqərarlıq və qüvvət mənbəyidir. (Biharul-ənvar, c.62, səh.316)

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 18 Mart 20:4000

    3) İmam Hadi (ə): Gecə oyaq qalmaq yuxunu daha da ləzzətli və şirin edir.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 18 Mart 20:4100

    4) Allahın Peyğəmbəri (s): çox yatmaqdan çəkinin. çünki çox yatmaq sahibini qiyamətdə əliboş qoyar. (əl-İxtisas, səh.218)

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 18 Mart 20:4200

    5) İmam Əli (ə): Nə çox (gecə) yuxular(ı) var ki, gündüzün qərarlarını bir-birinə vurub. (Nəhcül-bəlağə, hikmət 440, xütbə 241)

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 18 Mart 20:4200

    6) İmam Əli (ə): çox yatmaq din və dünyanın əldən çıxmasına səbəb olur. (əl-Kafi, c.5, səh.84, hədis 1)

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 18 Mart 20:4300

    7) İmam Kazim (ə):Gözlərini çox yatmağa öyrətmə. çünki gözlər bədənin ən naşükür üzvüdür. (Təfsiri Əyyaşi, , c.2, səh.115, hədis 149)

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 18 Mart 20:4300

    8) İmam Kazim (ə): Allah-Taala çox yatan bekar bəndəyə nifrət edir. (əl-Kafi, c.5, səh.84, hədis 2)

    Cavab yaz
  • Anonim
    Muherrəm · 18 Mart 20:4400

    Əhsən Əli qardaş .

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 18 Mart 20:4400

    9) İmam Əskəri (ə): Kim çox yatsa, pərişan yuxular görər. (əd-Durətul-Bahirə, səh.43)

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 18 Mart 20:4500

    İmam Əli (ə): Müsəlman cənabətli halda yatmaz və yalnız pak halda yatar. çünki möminin ruhu Allaha tərəf gedir və Allah onu qəbul edərək bərəkət verir. Əgər əcəli çatmış olsa, onu Öz rəhmətinin pənahına daxil edir. Əgər əcəli hələ çatmamış olsa, onu Özünün etibarlı mələkləri ilə birlikdə göndərir və onlar onu bədəninə qaytarırlar. (Biharul-ənvar, c.81, səh.153, hədis 8)

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 18 Mart 20:4600

    11) Allahın Peyğəmbəri (s): Kim dəstəmazlı yatsa və həmin gecə onun əcəli çatsa, Allahın yanında şəhid sayılar. (Biharul-ənvar, c.76, səh.183, hədis 7)

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 18 Mart 20:4600

    12) İmam Sadiq (ə): Kim paklanıb (dəstəmaz alıb) sonra yerinə girsə, həmin axşam onun üçün məscid kimi olar. (Səvabul-əmal, İmam Sadiq (ə), səh.35, hədis 1)

    Cavab yaz
  • Anonim
    Meri · 18 Mart 20:5500

    Yuxuda tez tez Ixlas suresin oxuyuram bes bunun menasi nedi ?

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.