Cəmiyyət

Elçi gələn oğlanın yanında baş örtüsünü açmaq olarmı?

18 Mart 2017 21:25
10 Şərh     Baxış: 896

Müsəlman qadın ona elçi gəlmiş kişinin yanında baş örtüsünü aça bilər. Yəni evdə adəti üzrə necə gəzirsə, o halda da məhrəmi ilə birlikdə elçi düşən oğlanın qarşısına çıxa bilər. Həmçinin bəzənməməli və zinət əşyalarından da istifadə etməməlidir.
Milli.Az zikr.az-a istinadən bildirir ki, Muğirə ibn Şöbə (Allah ondan razı olsun) bir qadınla evlənmək istədikdə Peyğəmbərimiz (Ona və ailəsinə Allahın salamı və salavatı olsun) ona belə buyurmuşdur: "Ona bax, görüş. Çünki bu, aranızda sevginin davamına vəsilə olar". (Tirmizi, Nəsai, İbn Macə). Lakin naməhrəmlə yanında məhrəmi olmadan görüşmək olmaz: "Allah və axirət gününə iman edən yanında məhrəmi, bir yaxını olmayan qadınların yanına girməsin. Çünki belə olduğu halda üçüncüsü şeytandır". (İmam Əhməd).
Qeyd edək ki, bəzi alimlər bu halda baş örtüsünü açmağı qadağan etmişlər.
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

10 Şərh:

  • Anonim
    ika.e · 18 Mart 21:3920

    Birinci defedi bele bir yazı oxudum teecüblendim .Menim fikrimce qetiyyen düzgün deyil elçi düşübse o insan mehrem sayılmır axı..

    Cavab yaz
  • Anonim
    N▪ · 18 Mart 21:4720

    Məndə bu barədə oxumuşam. Amma doğru olub olmadığını bilmirəm. Çünki naməhrəm sayılır.

    Cavab yaz
    • Anonim
      Real · 18 Mart 21:5404

      Bunlar hansi esrde qalib goresen?

      Cavab yaz
    • Anonim
      ika.e · 18 Mart 21:5620

      Mence de qanunlarımıza göre namehrem sayılır bu yazını hansı menbeden götürübler

      Cavab yaz
  • Anonim
    Muherrəm · 18 Mart 23:0611

    Əziz hörmətli bacılarım İka.e və N niki salam. vəhabi saytidirda bəs nə gozləyirsiz bunlardan???

    Cavab yaz
    • Anonim
      ika.e · 18 Mart 23:1400

      Salam Muherrem bey men de teecüblendim ki bizim şerietde bele qanun yoxdu axı qarışıq menbelerden melumat verilir çox vaxt burda bilmirem belkede meqsedyönlü şekilde ediller..

      Cavab yaz
  • Anonim
    Muherrəm · 18 Mart 23:0710

    Real-a. Sən Nikinin qabağına Madirid də yaz səni transfer edək İspaniyaya. Get Orda oz əsrini yaşa.

    Cavab yaz
    • Anonim
      N▪ · 18 Mart 23:2900

      Aleykum Salam qardaş. Yazdığınız üçün çox sağ olun.

      Cavab yaz
  • Anonim
    Muherrəm · 18 Mart 23:3930

    Bu arada Sabah Xanım Fatimeyi Zəhranin movludu münasibəti ilə sizləri və cəmi müsəlman xanımları təbrik edirəm əziz bacılar.

    Cavab yaz
    • Anonim
      ika.e · 18 Mart 23:4600

      Çox sagolun Muherrem bey siz de evdeki xanımları tebrik edin..Allah razı olsun!!

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.