Cəmiyyət

Zehni gücləndirmək üçün nə etmək lazımdır?

18 Mart 2017 20:25
6 Şərh     Baxış: 1 177

Zehni gücləndirmək üçün bəzi səbəblər:
1. Günahlardan çəkinmək. Kiçik yaşlarında Quranı əzbərləmiş, yüz minlərlə hədisi isnadları ilə əzbər bilən böyük islam alimi İmam Şafii (Allah ona rəhmət etsin) öz müəlliminin ona hifzlə bağlı nəsihətini şeirlə belə ifadə etmişdir:
"Şikayət etdim Vəkiyə hifzimin zəyifliyindən,
tövsiyəsi bu oldu: "Əl çək asiliyindən".
Sonra bəyan eylədi: "Elm deyərlər nura,
Bil ki, Allahın nuru verilməz asi qula". (əl-Xatib əl-Bağdədi: "Cəmiu-l-Əxlaq" kitabı, 5/57; əl-Beyhəqi: "əş-Şuab" əsəri, 2/272).
2. Uca Allahı çox zikr etmək. "Subhəənəllaah", "Əlhəmdulilləəh", "Allahu Əkbər" demək. Uca Allah buyurur: "...Unutduğun zaman Rəbbini yada sal...". (əl-Kəhf, 24).
3. Quran əzbərləmək.  Çünki Quran əzbərləmək zehni iti edir.
4. Az yemək. Milli.Az zikr.az-a istinadən bildirir ki, çox yemək insanı çox yatmağa və tənbəlliyə aparır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Ümmətim üçün ən çox qorxduğum şeylər: "qarın böyüklüyü (qarın bağlamaq), çox yatmaq, tənbəllik və yəqinliyin azlığıdır". (əs-Suyuti: "Fəthul-Kəbir", 1/58).
5. Bal və kişmiş yemək. Səhərlər acqarına bal yeməyin, həmçinin kişmişin yaddaş üçün faydalı olduğu sübut olunmuşdur.
6. Başdan qan aldırmaq (hicamə). İbn əl-Qeyyimin (Allah ona rəhmət etsin) "Tibb ən-Nəbəvi" kitabında bunun faydası haqqında daha ətraflı məlumat verilmişdir.
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

6 Şərh:

  • Anonim
    Əli proqnoz.№ · 18 Mart 20:3410

    Hz. Məhəmməd (s.a.s) buyurdu: “Allah əvvəl ağılı yaratdı və dedi ki “qarşıya dön” döndü. “Geriyə dön” buyurdu, geriyə döndü. Sonra isə belə dedi: “Səndən daha çox sevdiyim bir əsər yaratmadım. Yaratdıqlarım içində səni ən çox sevdiyimə verəcəm”.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 18 Mart 20:3510

    Hz. Məhəmməd (s.a.s) buyurdu:“Əsl alim, insanlara Allahın rəhmətindən ümid kəsdirməyən, əzabından əmin qılmayan, Allahın haramlarına icazə verməyən şəxsdir. İçində elm olmayan ibadətdə xeyir yoxdur. İçində qavrayış olmayan elmdə də xeyir yoxdur. İçində düşünmə olmayan oxumaqda da xeyir yoxdur”.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 18 Mart 20:3610

    Hz. Məhəmməd (s.a.s) buyurdu:“elmli adamlarla boş şey danışma, sənə hirslənərlər. Axmaqlara hikmətli sözlər danışma ki, sənə yalançı deməsinlər. Uyğun olan insanlardan elmi əsirgəmə ki, günaha girməyəsən. Laiq olmayana elmi öyrətmə ki, sənə pis davranmasın, çünki elmin sənin üzərində bir haqqı vardır.”

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 18 Mart 20:3710

    Hz. Məhəmməd (s.a.s) buyurdu: "İnsanlar sizin ardınızca gedər. Sizə dünyanın hər tərəfindən adamlar gələr, dinin incəliklərini öyrənmək istəyəcəklər. Onlarla iyi davranın, onlara xeyir əməlləri öyrədin."

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 18 Mart 20:3810

    Hz. Məhəmməd (s.a.s) buyurdu:: "kim elm almaq üçün yola çıxarsa, dönənə kimi o Allah yolundadır."

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 18 Mart 20:3810

    Hz. Məhəmməd (s.a.s) buyurdu: "Kim birinə bir elm öyrədərsə, əməl edəndə, elmi verən də savab qazanar."

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.