Cəmiyyət

"Bərakəllah" və "Təqva" sözləri nə deməkdir?

18 Mart 2017 23:55
52 Şərh     Baxış: 3 848

"Bəərakəllah" - Allah mübarək, xeyirli-bə­rəkətli etsin deməkdir. Peyğəmbər (sallallahu aleyhi və səlləm) bu ifadəni dualarında tez-tez istifadə edərdi.
"Təqva" - Allah qorxusu ilə günahlardan qorunmaq deməkdir. Mütttəqi də təqva üzrə yaşayan möminə, təqvalı müsəlmana deyilir: "Şübhəsiz ki, müttəqilər Cənnət bağlarında və çaylar kənarında, Qadir Hökmdarın hüzurundakı haqq məclisində olacaqlar!" (əl-Qamər, 54-55).
Həqiqətən, Uca Allah müttəqiləri sevir". (Ali-İmran, 76; ət-Tövbə, 4-7-44; Məryəm, 85).
"Uca Allah insanlardan təqvalı olmağı istəmiş və təqvanı bəndələrin bir-birindən üstünlük meyarı təyin etmişdir". (əl-Hucurat, 13).
Milli.Az zikr.az-a istinadən bildirir ki, təqvanın yeri qəlbdir. Əbu Hureyrə (radıyallahu anhu) rəvayət edir ki, peyğəmbərimiz üç dəfə (sinəsinə (yəni, qəlbinə) işarə edərək belə demişdir: "ət-Təqva həə hunəə" (Təqva buradadır)...". (Muslim, 2564).
Alimləri təqvanı üç mərtəbəyə bölüblər. Bunlar aşağıdakılardır:
Xeyirxah, əməli-saleh işlərdə çalışaraq, yarışaraq öndə gedənlər.
Xeyir əməllərdə çalışmadan, yarışmadan sadəcə vaciblər əməlləri yerinə yetirməklə haramlardan, günahlardan çəkinərək kifayətlənənlər.
Allahı şərik qoşmayan, lakin günahlar edərək özlərinə zülm edənlər.
Bunun dəlili aşağıdakı ayədir: "...Onlardan kimisi özünə zülm edər (pis əməlləri yaxşı əməllərdən çox olar), kimisi mötədil (pis əməlləri ilə yaxşı əməlləri bərabər) olar, kimisi də Allahın izni ilə yaxşı işlərdə (başqalarını ötüb) irəli keçər (yaxşı əməlləri pis əməllərindən çox olar). Böyük lütf də budur". (Fatir, 32).
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

52 Şərh:

  • Anonim
    Əli proqnoz.№ · 18 Mart 23:5720

    Quranı içlərində daşıyanlar (və əzbər bilənlər) Allahın rəhməti arasında olar və Allahın nuruna bürünərlər.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 18 Mart 23:5720

    Allah qarşısında tam və aşkar təvazökarlığa ən layiq olanlar Mənim ümətimin böyükləri və kübarları Quran daşıyanlar gecəni ibadətdə diri gözlü açanlardır.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 18 Mart 23:5820

    Övladım!Quran oxumaqdan qəflətdə qalma.Çünki Quran qəlbi dirildər və pozğunluq,pis əməl,zülm və günahdan saxlayar.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 18 Mart 23:5820

    Hər şeyin bir zivəri var və Quranın zivəri də gözəl səsdir.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 18 Mart 23:5930

    İmam Əli (ə) buyurmuşdur: “Ən fəzilətli zikr Quran oxumaqdır, çünki bu əməl qəlbin genişlənməsinə və batinin nurlu olmasına səbəb olur.”

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 18 Mart 23:5930

    Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Həddi-büluğa çatmamışdan qabaq Quran oxuyanlara, şübhəsiz ki, hikmət verilmişdir.”

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 19 Mart 00:0020

    Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hər kəs Allahın və Onun peyğəmbərlərinin dostu olmaq istəyirsə, Quranı üzündən oxusun.”

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 19 Mart 00:0020

    İmam Sadiq (ə) buyurmuşdur: “Quranı üzündən oxumaq valideynin əzabını kafir olsa da belə yüngülləşdirir.”

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 19 Mart 00:0220

    Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Quranın mətninə və yazısına baxmaq ibadətdir.”

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 19 Mart 00:0230

    İmam Sadiq (ə) buyurmuşdur: “Sənin yanında Quran oxunulanda, sakit qalıb qulaq asmaq sənə vacibdir.”

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 19 Mart 00:0340

    Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Quranı uca səslə oxuyan şəxs sədəqəni aşkar şəkildə verən, yavaş səslə oxuyan şəxs isə sədəqəni gizli şəkildə verən şəxsə bənzəyir.”

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 19 Mart 00:0330

    İmam Əli (ə) buyurmuşdur: “Quran haqqında düşünün və onu yaxşı başa düşün; çünki Quran qəlblərin baharıdır.”

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 19 Mart 00:0430

    Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Quran oxuyanların ən yaxşısı, şübhəsiz ki, Quran oxuyanda qəmgin olanlardır.”

    Cavab yaz
    • Anonim
      .. · 19 Mart 14:1100

      Allah seni de Quran oxuyanlardan qerar versin .ELI.Bayramın mübarek.

      Cavab yaz
      • Anonim
        Əli proqnoz.№ · 19 Mart 20:3100

        Cox sagol Seninle Bahem Allah razi olsun.

        Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 19 Mart 00:0430

    İmam Sadiq (ə) Allaha dua edərək demişdir: “(İlahi!) Quran oxumağı mənim üçün elə qərar ver ki, onu oxuyanda Sən məndən razı qalasan.”

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 19 Mart 00:0530

    İmam Əli (ə) buyurmuşdur: “Quran gündüzdə yol göstərən, qaranlıq gecədə isə işıq sacandır.”

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 19 Mart 00:0530

    İmam Sadiq (ə) buyurmuşdur: “Quran (insanı) behiştə göndərib, cəhənnəmdən saxlayır.”

    Cavab yaz
  • Anonim
    Muherrəm · 19 Mart 08:5210

    Xanım Zəhra (s.ə) şənində nazil olan “Kövsər” surəsi Bağışlayan və mehriban Allahın adı ilə Biz Sənə Kövsər(çoxlu xeyir və bərəkət) əta etdik. (1) ️Odur ki,pərvərdigarına namaz qıl və qurban kəs. (2) ️(Və bil) həqiqətəndə Sənin düçmənin nəsli kəsilmiş və sonsuzdur. (3) Əhli beyti (əs) sevən bütün insanları, başda Analarımız və xanımlar olmaqa , Xanım Zəhranin (s.ə) MOVLUD günü münasibəti ilə təbrik edirəm. BAYRAMNİZ MUBARƏK OLSUN.

    Cavab yaz
    • Anonim
      .. · 19 Mart 13:0000

      ,,Kövser,, suresi.Bismilləhir Rahmenir Rahiym.İnnə əətəynə kəl KƏVSƏR.Fə sallı lıRebbike venher.İnnə şəniəkə huvəl əbtər. Sizinlə birgə,Müherrəm qardaş..Hamını Fatimə s.ə.mövludu munasibətilə təbrik edirəm.

      Cavab yaz
  • Anonim
    Muherrəm · 19 Mart 13:0600

    Bahəm bacım.

    Cavab yaz
  • Anonim
    Muherrəm · 19 Mart 13:0700

    Fəna mülkündə ey könlüm, fərar et bunca qəflətdən, Çıxıb nəfsin diyarindən, gözün çək nazu-ne'mətdən. Tamahkar eyləsən nəfsin, çəkərsən bir ömür nazın, Həyat yoxdur qədərdən çox, yeməzsən artı qismətdən. Olar insan mələklərdən uca nəfsin müti etsə, Gəzər şən ilə Me'raci, olar ən ali xilqətdən. İbadət eyləsə Həqqin hüzurunda üsulunca, Alar əcrin kənar olmaz, İlahi lütfi-rəhmətdən. Məhdi Müzəkkir

    Cavab yaz
    • Anonim
      N▪ · 19 Mart 13:1200

      Qardaş məndə sizi, ailənizəki xanımları və burdakı digər bacı-qardaşlarımızın bayramını təbrik edirəm!

      Cavab yaz
  • Anonim
    Muherrəm · 19 Mart 13:3100

    N nikinə. Çox sağ ol hörmətli bacım Allah sizlərdən razi olsun insəAllah.Allah Əhli beytin əs səfaətini nəsib etsin bütün Əhli beyti qəbul edib sevənlərə.

    Cavab yaz
    • Anonim
      .. · 19 Mart 13:5100

      N.xanim sizi de tebrik edirem.Dualariniz müstecab olsun.Ailənizlə birgə.Allah saleh övladlar nəsıb eləsin.

      Cavab yaz
      • Anonim
        N▪ · 19 Mart 14:0300

        Amin! Çox sağ olun duanız üçün. ALLAHdan nə xoş dilədikləriniz varsa İnşəAllah sizə də nəsib etsin bacım.

        Cavab yaz
        • Anonim
          .. · 19 Mart 14:1200

          Minnətdaran size.

          Cavab yaz
    • Anonim
      .. · 19 Mart 14:0400

      Sag olun.Bu qəzəlı tapıb ,ərsəyə gətirdiyiniz ücün.Anladıgım qederiylə insanın nəfslə mübarizəsinə həsr olunub.Son misralarda Merac deyəndə insanın nəfsinə qalıb gəlməsindən gedir söhbət ki,istese Allah tanında en uca mərtəbələrə yuksələr.Əllərivizə saglıq.Cox bəyəndiyim şairdir. Nizami Gəncəvinin də,, Merac ,,baresinde ,,Sirlər xəzinəsi ,,əsərində yazdıgını yeqin oxumusuz. ,,Vardır,lakin müeyyen bir yerdə deyil, Hər kəs ki,belı deyil Allah deyil.,,Son misranı yazdım.Cox maraqlıdi.Minnettaram.

      Cavab yaz
  • Anonim
    Muherrəm · 19 Mart 14:0600

    Bacı və qardaşlar insəAllah Xanım Zəhraya 2 rükət hədiyyə namazı qılmağı unutmayın. Allah əcrini verər insəAllah.

    Cavab yaz
    • Anonim
      .. · 19 Mart 14:1500

      Necə və nə vaxt zəhmət olmasa.İki ruket subh namazi kimi ?Və niyyət ancaq fərqli?fərq varmı?

      Cavab yaz
  • Anonim
    Muherrəm · 19 Mart 15:2600

    Hə bacim iki rükətli sübh namazı kimi qılınır.-- Niyyət : Xanım Zəhraya hədiyə namazı qılıram qürbətən iləllah.Və bugün haçan istəsəz qıla bilərsiz. Adətən sübh namazindan sonra qilinsa yaxşıdır amma bir fərqi yoxdur. Sübhün öz gözəlliyi var ona görə deyirəm. Şirin yuxudan durub vacib namazı yerinə yetirdikdən sonra Əhli beytə hədiyyə etmək gözəl əməldir. Çünki Allahda bəndələrinin ruzilərini günəş doğana qədər əta edər.Ona görə gərək vacib namazdan sonra çalışıb yatmaya insan. Allah qəbul etsin insəAllah.Allah Xanım Zəhra səfaətini nəsib etsin sizlərə.

    Cavab yaz
    • Anonim
      .. · 19 Mart 16:0400

      Çox sag olun.Bilirem qardaş. Vacibləri yerinə yetirirem.Amma bayram namazlarında caşıram.Dogrusu qılmıram.Amma xanım Fatimeye göre mutləq.Sag olun ki,mövludu xatırlatdiz..

      Cavab yaz
  • Anonim
    ika.e · 19 Mart 16:0200

    Salam mende bacılarımızı mövlud münasibeti ile tebrik edirem qelbinizde Allah sevgsi iman gözelliyi eksik olmasın İnşallah .Muherrem bey bir daha sizin de ailenizde olan xanımları da tebrik edirem.Men de 2 reket hediyye namazı qıldım Allah qebul etsin İnşallah

    Cavab yaz
    • Anonim
      .. · 19 Mart 16:1000

      Salam .İka.e x.Sizin de.

      Cavab yaz
      • Anonim
        ika.e · 19 Mart 16:1800

        Sagolun bacı

        Cavab yaz
    • Anonim
      N▪ · 19 Mart 16:4700

      Bahəm bacı.ALLAH namazınızı qəbul etsin. Amin!

      Cavab yaz
  • Anonim
    Muherrəm · 19 Mart 16:4200

    İka.e yə. Çox sağ ol bacım təbriklərinizə görə minnətdaram. Allah sizlərdən razı olsun. Namazlarıniz da insəAllah Allah qəbul etsin. Allah bu dəyərli hədiyyənizi qiyamət günü dəyərləndirsin insəAllah.Əlinizi açıb Allahdan bu gün nə istəsəz Xanımın hörmətinə xatir Allah nəsib edər sizlərə insəAllah. Etinasız olmayın Allahdan istəyin çünki gözəl bir gündür bu gün.

    Cavab yaz
  • Anonim
    Muherrəm · 19 Mart 17:0100

    ...Karvandan arxada qalmış Abdulla Mübarək adlı biri deyir ki, səhrada bir nəfər yalqız qadın gördüm. Mən dəvə ilə onun yanına gedib hər nə soruşurdumsa, «Quran» ayəsi ilə cavab verirdi. Ondan soruşdum: - Sən kimsən? Dedi: - “Və de salam olsun sizlərə, tezliklə biləcəklər”. (Zuxruf, 89) Ona salam verib dedim: - Sən burada neyləyirsən? Qadın cavab verdi: -“Allah-təala hər kəsi hidayət etsə, yolunu azmaz”. (Zümər, 37) Başa düşdüm ki, yolu azıbdır. Soruşdum: - Cinlərdənsən, yoxsa insanlardan? Dedi: - “Ey Adəm övladları, bəzəklərinizi, zinətlərinizi götürün”. (Əraf, 31) Əmin oldum ki, Adəm övladıdır. Soruşdum: - Haradan gəlirsən? Dedi: -“Onlar uzaq yerdən səslənərlər”. (Fussilət,44) Anladım ki, uzaq yoldan gəlir. Dedim: -Hara gedirsən? Dedi:

    Cavab yaz
  • Anonim
    Muherrəm · 19 Mart 17:0100

    “Allah-təala imkanlı şəxslərə Kəbənin həccini vacib etdi”. (Ali-İmran,97) Onun Məkkəyə getdiyini bilib dedim: -Karvandan nə vaxt ayrı düşmüsən? -“Biz göyləri və yeri və yerin altında olanları altı günə yaratdıq”. (Qaf, 39) Ayədən məlum oldu ki, altı gündür, karvandan ayrı düşüb. Sual etdim: -Yemək istəyirsənmi? -“Biz onları yemək yeməyən cəsədlər tək yaratmadıq”. (Ənbiya, 8) Başa düşdüm ki, acdır. Dedim: -Tələs, tez gəl. -“Allah-təala heç kimin boynuna gücündən artıq yük qoymaz”. (Bəqərə, 286) İndi də yorulub, yeriməyə taqəti olmadığını anlayıb dedim: -Gəl dəvəyə min, arxada əyləş. -“Əgər yerdə və göydə yeganə Allahdan başqa allahlar olsaydı, yer-göy bir-birinə dəyərdi”. (Ənbiya, 22) Demək, mənimlə birgə dəvədə oturmağa həya edir. Dəvədən düşüb onu təkcə mindirdim. Elə ki dəvəyə mindi, dedi: -“Pak və münəzzəhdir o Allah ki, bunu bizə müti etdi”. (Zuxruf, 13) Karvana çatan zaman ondan soruşdum:

    Cavab yaz
  • Anonim
    Muherrəm · 19 Mart 17:0200

    Karvanda sənin qohum-əqraban varmı? Dedi: -“Ey Davud, biz səni Yer üzündə öz xəlifəmiz etdik (qərar verdik)”. (Sad,26) -“Mühəmməd Peyğəmbərdən başqa bir şey deyildir”. (Ali-imran, 144) “Ey Yəhya, kitabı möhkəm tut”. (Məryəm, 12) “Ey Musa, mənəm Allah”. (Qəsəs, 30) Başa düşdüm ki, karvanda ona qohum olan Davud, Mühəmməd, Yəhya və Musa adında şəxslər vardır. Onları çağırdım. Dörd nəfər cavan o qadına tərəf gəldilər. Ondan soruşdum: - Bunlar sənin nəyindir? - “Mal və övlad dünya həyatının bəzəyidirlər”. (Kəhf, 46) Məlum oldu ki, onlar qadının övladlarıdır. Əzizləri qadının yanına gələndə o dedi: -“Ey ata, onu qulluğa götür. Çünki yaxşı bir insanı qulluğa götürürsən. O, qüvvətli və əmin bir şəxsdir”. (Qəsəs, 26) Qadın bununla onlara deyir ki, mənim muzdumu versinlər.Onlar mənə bir miqdar pul verdilər. Mən onlardan soruşdum: -Bu xanım kimdir? Dedilər: - Bu qadın həzrəti-Zəhra (سلام الله علیها)-nın kənizi, bizim anamız Fizzədir. O, iyirmi ildir ki, Quran ayələrindən başqa bir söz danışmır. Ş

    Cavab yaz
  • Anonim
    Muherrəm · 19 Mart 17:0400

    Səbəbe xilqət olub qudrəti var Fatimənin. Zinəti ərşi səma şöhrəti var Fatimənin. Atası təzim edib ummi əbiha çagırıb. Madəri xətmi rəsul nisbəti var Fatimənin. Onu bəxş etdi Xuda Əhmədə Kövsər misalı. Biz`əti cani nəbi izzəti var Fatimənin. Məryəmi heyrətdə qoyub on bir İsanı doğub. Madəri nəsli vila hörməti var Fatimənin. Ona xatir yaradıb cənnəti rizvanı Əhəd. Ayağı altda bilin cənnəti var Fatimənin.

    Cavab yaz
  • Anonim
    Muherrəm · 19 Mart 17:1700

    Bir uşaq, anasına üz tutub dedi: - Anacan! Deyirlər cənnət Anaların, qədəmləri altındadır. Nə üçün onu öz əllərinlə isti qoynuna almırsan? Ana gülümsəyərək - əzizim behişti yerə qoydum, səni həmişə sevərək bağrıma basa bilim, deyib oğlunun üzündən öpüb onu öz sinəsinə sıxdı. Analarımız hələ sağdırlarsa, gəlin onların qarşısında diz çöküb, əllərindən öpmək fürsətini əlimizdən verməyək .

    Cavab yaz
  • Anonim
    Muherrəm · 19 Mart 17:2500

    من رزقه اللهُ حبَّ الأئمة من أهل بيتي فقد أصاب خير الدنيا والآخرة فلا يشكَّنَّ أحدٌ أنّه في الجنة. النبي محمد (ص) الخصال, ج 2, ص 515 "Allah hər kimə mənim Əhli-beytimdən olan İmamların məhəbbətini ruzi əta edərsə, şübhəsiz dünya və Axirətin xeyrini qazanmışdır. Belə ki, heç kəs onun Cənnətdə olmağına qətiyyən şəkk etməsin !" Hz. Muhəmməd (s) əl-Xisal, c 2, səh 515

    Cavab yaz
  • Anonim
    Muherrəm · 19 Mart 18:2600

    1).Peyğəmbər (s. a. a) buyurmuşdur ki: "Fatimə (ə.s), ilklərdən və sonrakılardan bütün cənnət qadınlarının ən üstünüdür. Kəşf'ul- Ğummə c. 2, s. 76, Bihar-ul Ənvar c. 14, s. 206, c. 43, s. 21, 37. 2). Hz. Rəsulullah (s. a. a) buyurmuşdur ki: "Əgər yaxşılıq və gözəllik bir şəxs olmaq istəsəydi, o mütləq Fatimə olardı; halbuki Fatimə ondan daha üstündür. Qızım Fatimə soy, ucalıq, kəramət və hədiyyə baxımından yer üzündəki insanların ən üstünüdür." Fəraid'us- Simtayn, c. 2, s. 68.

    Cavab yaz
  • Anonim
    Muherrəm · 19 Mart 18:2700

    3). Əmirəl-Muminin Əli (ə.s) belə buyurmuşdur: "Allaha and olsun ki, indi elə bir söz deyəcəyəm ki, məndən başqa kim o sözü söyləsə yalançıdır: Mən aləmlərə rəhmət olan Peyğəmbərdən miras götürdüm, yoldaşım (Fatimə) ümmətin qadınlarının ən üstünüdür; mən də qəyyumların ən üstünüyəm." Bihar'ul- Ənvar, c. 43, s. 143. 4). İmam Hüseyn (ə.s) Rəsulullah (s.a.a)ın belə buyurduğunu nəql edir: "Fatimə ürəyimin sevincidir; iki oğulu ürəyimin meyvəsidir; yoldaşı gözlərimin nurudur; övladlarından olan İmamlar, Rəbbimin əminləri və Onunla varlıqları arasında əlaqə bağıdırlar; kim o bağa sarılsa xilas olar, kim də ondan ayrı qalsa həlak olar. " Fəraid'us- Simtayn, c. 2, s. 66.

    Cavab yaz
    • Anonim
      ♌Nara♌ · 19 Mart 18:5200

      Əssaləmu əleykum eziz ve deyerli momin xanimlar.Sizi xanim ZEHRA ( s.a ) movludu munasibeti ile tebrik edirem.Bu gozel gunde Allahdan isteyiremki,bizleri xanim ZEHRA ( s.a ) laiqli xanimlardan qerar versin.Xanim ZEHRA ( s.a ) yaninda xecaletli olmayaq in wa Allah.Rebbim bizleri Qiyamet gununde Xanim ZEHRA ( s.a ) şefaetinden mehrum etmesin.Amin.

      Cavab yaz
  • Anonim
    Muherrəm · 19 Mart 18:4000

    Mövluddir ey dostlar,Zəhrayə salam olsun, Həm Əhmədi-Muxtarə,Ta-ha,ya salam olsun. Söylərdi Rəsulum ki,Sən Ümmi- Əbihasən, Ey xoş belə sövdayə,hurayə salam olsun. Övladi Peyəmbərdi,həm zati mütəhhərdi, Həmsərdi Yədullahə,Mövlayə salam olsun. Ey səbrdə ümmanım,ey dərdlərə dərmanım, Sonsuz belə ümmanə,dəryayə salam olsun. Bəxş eylədi dünyayə,on bir gözəl övladın, Əhsən bu gülüstanə,şeydayə salam olsun. Aləm yaradılmışsan,aləmlərə zivərsən, Xəllaquva mən qurban,Ə'layə salam olsun. Gəl kəsmə Səfayindən,lütfi nəzərin bir an, Varimdu səhər-axşam,Zəhrayə salam olsun.

    Cavab yaz
  • Anonim
    Muherrəm · 19 Mart 19:5100

    Bayramıniz mübarək Nara xanım .

    Cavab yaz
    • Anonim
      ♌Nara♌ · 19 Mart 20:3300

      Cox sag olun Muherrem bey.

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.