Cəmiyyət

Kompasdakı "S" hərfi qibləni bildirirmi?

18 Mart 2017 21:55
8 Şərh     Baxış: 1 797

Qibləni müxtəlif üsullardan istifadə edərək müəyyənləşdirmək olar. Başqasının evində namaz qılarkən qiblə istiqamətini bilmirsinizsə, ilk növbədə evin yiyəsindən və ya qonşulardan soruşun. Hal-hazırda telefonlarda namaz vaxtlarını və qiblə istiqamətini göstərən proqramlar yayılmışdır. Bir neçə dəfə qibləni bildiyiniz yerlərdə bu proqramları sınayın, doğru göstərsə istifadə edə bilərsiniz. Həmçinin qibləni kompasla da təyin etmək olar. Azərbaycandasınızsa, kompasa baxaraq cənub istiqamətindən azca sağa dönmək lazımdır.

Milli.Az zikr.az-a istinadən bildirir ki, Bakıda kompasla bu rəqəm 207 dərəcəni göstərir. Həmçinin, havaya baxıb günəşin çıxma-batma istiqaməti ilə tapmaq olar. Azərbaycandasınızsa, sol çiyniniz gün çıxan tərəfə (şərqə), sağ çiyniniz isə gün batan tərəfə (qərbə) doğru durun. Bu zaman üzünüzü cənuba tutmuş olacaqsınız. Sonra azca sağa dönsəniz qibləyə yönəlmiş olacaqsınız. Digər bir üsul isə günəşli havada qibləni günəşə baxaraq tapmaqdır. Belə ki, qiblə saatı deyilən vaxt var. Həmin saatda günəş qiblə istiqamətində olur. Bakıda qış mövsümündə bu təqribən 14:00 radələrində, yay mövsümündə isə 14:30 radələrində olur. Qibləni müəyyənləşdirə bilməsəniz, təxmini bir istiqamət götürüb qıla bilərsiniz. Uca Allah buyurur: "Məşriq də, məğrib də Allahındır! Hansı səmtə yönəlsəniz, Allahın Üzü orada olar. Həqiqətən, Allah (hər şeyi) Əhatəedəndir, Biləndir". (əl-Bəqərə, 115). Əgər namaz qılıb qurtarandan sonra bəlli olsa ki, qibləni səhv təyin etmisiniz, namaz səhihdir və yenidən qılmağa ehtiyac yoxdur. Cabir (Allah ondan razı olsun) deyir: "Biz, Allahın Rəsulu (ona Allahın salavatı və salamı olsun) ilə yürüşə çıxmışdıq və (hava) dumanlandı. Qiblənin istiqamətini müəyyən etməyə çalışdıq və bu barədə ixtilafa düşdük. Hər kəs öz bildiyi kimi namazını qıldı və bizdən bir nəfər yönəldiyi istiqaməti nişanladı ki, sonradan bunu yoxlasın. Növbəti səhər biz baxıb gördük ki, biz qiblədən digər istiqamətə yönələrək namaz qılmışıq. Biz bu barədə Peyğəmbərə, Allahın ona salavatı və salamı olsun, bildirdik və o, bizə namazı təkrar qılmağı əmr etmədi və dedi: "Namazınız səhihdir". (əl-Hakim, 743).
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

8 Şərh:

  • Anonim
    Prince of Persia · 18 Mart 22:0970

    S herfi Cenubu bildirir,Qibleni yox. Bu ise ongilisce South sözünün baş herfidir.Qibleni göstere biler, eger qible bizden cenubda olarsa.Erebistandan cenubda, meselen Yemendekiler üçün Qible kompasin N(North)-şimal hissesini gösterecek

    Cavab yaz
  • Anonim
    Prince of Persia · 18 Mart 22:1070

    Hebeşistanlilar Qiblebi bilmek üçün kompasda E(East)-Şerq herfine istinad etmelidir.Çünki Kebe onlardan şerqdedir...

    Cavab yaz
  • Anonim
    Prince of Persia · 18 Mart 22:1171

    Hindistanda ise Qibleni kompasin W(West) herfi ile müeyyen etmeli.Axi onlardan qerbdedir

    Cavab yaz
  • Anonim
    Prince of Persia · 18 Mart 22:1232

    Her halda Çinliler kompasi icad edende ne İslam dini var idi, ne de Çinli dahi Syuan Syan Kebenin varligini bilirdi.....

    Cavab yaz
    • Anonim
      Abc · 18 Mart 23:2650

      Zehmet olmasa diqqetle oxuyun Prince. Meqalede deyilmir ki S qibledir, deyilir ki, Azerbaycandasinizsa kompasda S-den yeni Cenubdan azca saga donseniz uzu Qibleye yonelmiw olarsiniz

      Cavab yaz
      • Anonim
        Prince of Persia · 18 Mart 23:3570

        Salam. İndise siz mene deyin,meqale çoxmu başadüşülendir? Sade adamlar ordan bir şey anlayacaq ya yox?

        Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.