Cəmiyyət

Hansı dərmanlar və qidalar birlikdə qəbul edilməlidir?

18 Mart 2017 23:50
0 Şərh     Baxış: 3 121
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qan təzyiqini salan dərmanlar (Ürək və böyrək xəstəliklərinin müalicəsində istifadə edilir): Bu qrupa daxil olan dərmanlar qanınızdakı kalium nisbətini artıracağı üçün kalium ehtiva edən qidalarla birlikdə qəbul etdikdə ritm pozulması və nəfəs çatışmazlığı meydana gələ bilər. Buna görə bu dərmanları qəbul edərkən banan, kartof, soya və ispanaq kimi qidalardan uzaq durmaq lazımdır.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, qan durulaşdırıcı dərmanlar (qan laxtalanmasının qarşısını almaq üçün istifadə edilir): Varfarin ehtiva edən qan durulducu dərmanları istifadə edərkən quşüzümü, sarımsaq, zəncəfil ilə acı bibər, darçın və sarıkök kimi bəzi ədviyyatların istehlakını məhdudlaşdırmalısınız. Bu qidalar varfarinlə bir araya gəldiyində qanınızı çox durulaşdıracaq.
Antibiotik (Bakteriya infeksiyalarda istifadə edilir): Tetrasiklin, siprofloksazin və pensilin ehtiva edən antibiotiklər istifadə edərkən kalsium qəbul etdikdə dərmanın təsirində ani bir eniş ola bilər. Süd və süd məhsulları ən zəngin kalsium mənbəyidir.
Ağrı kəsici (iltihab, əzələ ağrıları və baş ağrılarında istifadə edilir): İbuprofen ehtiva edən ağrı kəsicilər, turşulu mayelər ilə birlikdə qəbul edilməməlidir. Turşulu içkilərdə olan karbondioksid və turşu, dərmanın qatılığını artırır və dozasını dəyişdirir, bu da böyrəklərinizə zərər verir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.