Cəmiyyət

Mehribanlığın möcüzəvi təsiri

18 Mart 2017 22:50
2 Şərh     Baxış: 978

Milli.Az deyerler.org-a istinadən bildirir ki, günlərin birində İmam Həsən (ə) atla gedərkən gözlənilmədən Şam əhalisindən olan bir şəxs onun qabağını kəsir və o Həzrətə (ə) qarşı xoşagəlməz sözlər deməyə başlayır. Lakin İmam Həsən (ə) ona bir söz deməyib, axıra qədər dinləyir və sonra son dərəcə mehribanlıqla buyurur: "Mənə belə gəlir ki, kiminləsə məni səhv salmısan. Hər nə istək və ehtiyacın varsa, söylə, çalışaram səni razı salam. Əgər yolu azmısansa - sənə yol göstərim.

Köməyə ehtiyacın varsa - gəl sənə kömək edib evə aparım.
Əgər acsansa - yemək verim.
Əgər paltar və geyimə ehtiyacın varsa - paltar verim.
Yoxsul və pulsuzsansa - pul verim.
Yox, əgər sığınacağa ehtiyacın varsa - səni onunla da təmin edə bilərəm və başqa hər nəyə ehtiyacın olarsa, əlimdən gələni əsirgəmərəm.
Yaxşı olar ki, yol yoldaşlarınla birlikdə mənim evimə gələsiniz. Sizə yer verib, qulluq etməyə hər bir imkanımız var".
Həmin şəxs gözləmədiyi bu sözlərin qarşısında bir söz deyə bilməyib, İmam Həsənin (ə) qarşısında diz çökdü. Xəcalət hissi onun bütün vücudunu bürüdü və ixtiyarsız olaraq göz yaşları tökməyə başladı və həmin an sanki qəlbinə mehr-məhəbbət və səmimiyyət nuru saçdı.
Özünə gəldikdən sonra ayağa qalxdı və İmam Həsənin (ə) imamlığına şəhadət verib dedi: "Bu günədək sənə və atana hamıdan çox nifrət edərdim, lakin indi hiss edirəm ki, sizə qarşı kin və ədavətlə dolu olan qəlbimdə sizə qarşı sevgi və məhəbbətdən savayı bir şey yoxdur. İmamətə layiq olan şəxslər məhz sizsiniz".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

2 Şərh:

  • Anonim
    mən · 18 Mart 22:55160

    Şübhəsiz.

    Cavab yaz
  • Anonim
    gul · 18 Mart 23:03150

    MEHRIBANCILIQ ALLAHIN INSANLARA VERDIYI EN BOYUK HEDIYYESIDIR MEHRIBANCILIQ OLAN YERDE RUZI BEREKET SAGLAMLIQ OLUR RAHAT YAWAYA BILIRSEN XOWBEXTLIYIN NE OLDUDUNU HISS EDIRSEN EN VACIB STRESSIZ YAWAYIRSAN

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.