Cəmiyyət

Dinin bütün yaxşılıqları – həyadadır

18 Mart 2017 19:50
13 Şərh     Baxış: 501

İmam Əli (ə) buyurur: "İnsanların ən aqili - onların ən həyalısıdır".

Həya - gözəl bir geyimdir ki, Allah onu bəndələrinə əta etmişdir. O insanın ki, fitrəti təmizdir, həya və iffət onun gözəl geyimidir.
İmam Əli (ə) buyurur: "Həya - bütün yaxşılıqların xəmir mayasıdır".
"Həya, bütün yaxşılıqların açarıdır".
"Dünyanın ən gözəl libası - həya libasıdır".
İmam Sadiq (ə) buyurur: "İmanı yoxdur o kəsin ki, həyası yoxdur".
Milli.Az deyerler.org-a istinadən bildirir ki, Həzrət Peyğəmbər (s) buyurur: "Dinin bütün yaxşılıqları - həyadadır". (Tebyan)
İmam Əli (ə) buyurur: "Həya, insanı pis işdən saxlayar".
"Həya - iffət amilidir".
Ona görə də o kəs ki, həya libasını əynindən çıxardar, əql və imandan uzaq olar. Hər nə qədər insanın ağlı və kamalı çox olarsa, həyası da çox olar. Allahdan, insanlardan, özündən həya edər.
İmam Əli (ə) buyurur: "Ağıl - sağlam ağacdır ki, şirin meyvəsi səxavət və həyadır".
Valideyn gərək övlad tərbiyəsində həya mövzusuna diqqət göstərsin və övladının bu fəzilətli sifətə yiyələnməsinə yardım etsin. Çünki o qız və oğlan ki, həyanı öyrənməz, hicabı öyrənməz, özünü kontrol etməyi öyrənməz, güzəşti, məhəbbəti, ehtiramı öyrənməz - insan olmağı öyrənməz. Bu da insanlığın ölməsi deməkdir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

13 Şərh:

  • Anonim
    Əli proqnoz.№ · 18 Mart 20:0110

    İman, təqva, dünya sevgisini azaltmaq, Allahı yada salmaq, saleh əməllər - kamala çatmağın gözəl vasitələri

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 18 Mart 20:0100

    “İnsanın kamalı nədədir?” sualına müxtəlif cavablar verilmişdir. Lakin Quran ayələrinin və hədislərin buyurduğuna görə, insanın kamalı Allaha yaxın olmasındadır. Ona görə də insan elə əməl və rəftarlar etməlidir ki, onu Allaha yaxınlaşdırsın. Kamala çatmağın yolları:

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 18 Mart 20:0300

    1. Allaha iman bəsləmək. İnsanın İlahi qürb məqamına addımlamasına yardım edən ilk amil - imandır. İman bütün layiqli işlərin və rəftarların ruhudur. İman olmadan kamala tərəf hərəkət etmək olmaz. İmanın öz dərəcələri vardır. Hər nə qədər iman dərəcəsi yüksək olarsa, insanın tutumu da bir o qədər çoxalar. O kəslərin ki, imanları zəifdir, nəfsani istəkləri ilə mübarizədə kifayət qədər iradayə malik olmurlar. Ola da bilsin ki, nəfslərinin əsiri olsunlar, günahla çirklənsinlər. Ona görə də hər bir insan mütaliə və Allahı tanıma yolları ilə öz imanını artırmağa çalışmalıdır. Hər nə qədər iman ağacı çox meyvə verər, insan daha çox kamal əldə edər.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 18 Mart 20:0400

    2. Təqvaya riayət etmək və günahdan uzaq olmaq. Təqva insanı günahdan saxlayar. O insan ki, kamala çatmaq istəyir, hədəfinə mane olan işlərdən uzaq olmalıdır. Təqva - yeganə amildir ki, insanı günahdan uzaq saxlaya bilər. Ona görə də Quran ayələri və hədislərimiz bizə təqvanı bu qədər tövsiyə edirlər.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 18 Mart 20:0500

    3. Dünya sevgisini azaltmaq. Kamala çatmaq üçün insanın dünyaya olan meyli və əlaqəsi zəifləməlidir. Çünki dünya sevgisi və istəkləri onu kamala çatmaqdan saxlayır. İnsandan mənəviyyat ruhunu alır. İmam Sadiq (ə) buyurur: “Dünya sevgisi bütün günahların kökü və əxlaqi süqutun əsl amildir”.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 18 Mart 20:0600

    4. Allahı yada salmaq. İnsanın kamala çatmasına yardım edən mühüm amillərdən biri də Allahı yada salmaq və zikr etməkdir.“Ey iman gətirənlər, Allahı çox zikr edin!”. (“Əhzab” 41). Allahı zikr etmək – böyük ibadət və insanın özünü tərbiyə etməsi üçün mühüm yollardan biridir.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 18 Mart 20:0700

    5. Saleh əməllər yerinə yetirmək. İman, mərifət və təqva olduqdan sonra insan gərək saleh əməllər yerinə yetirsin ki, kamala çata bilsin. Çünki saleh əməl sayəsində iman kamil olar. Allah buyurur: “Pak sözlər (pak sözlərdən ibarət olan tövhidə və əqidə üsullarına etiqad) On(un dərgahın)a tərəf yüksələr və pak sözü isə yaxşı əməl yuxarı qaldırar”. (“Fatir” 10). Mərifət əhlinin kamilliyə çatmaqla bağlı bəzi tövsiyləri:

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 18 Mart 20:0800

    1. Tövbə niyyəti ilə qüsl almaq.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 18 Mart 20:0800

    2. Özünü daima Allah dərgahında hiss etmək.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 18 Mart 20:0800

    3. Nəfsi tərbiyə etmək.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 18 Mart 20:0800

    4. Çox yeməkdən çəkinmək.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 18 Mart 20:0900

    5. Həmişə dəstəmazlı olmaq.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 18 Mart 20:0910

    6. Hər gün Quran oxumaq və mənasına diqqət etmək. (İslami saytlara istinadən)

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.