Cəmiyyət

Yuxudan daha rahat və gümrah oyanmaq üçün..

18 Mart 2017 19:40
0 Şərh     Baxış: 910

İnsanların ömrünün təxminən 25 ilini yuxuda keçirdiyini bildirən mütəxəssislər, yuxudan yeni günə daha sakit və sağlam oyanmaq üçün düzgün yataq və yastıq seçiminə ehtiyac olduğunu deyiblər.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, mütəxəssislər yataq və yastıq seçimi qədər, yataqdan qalxmaq mövqeyinin də mühüm olduğunu qeyd edirlər. Həm bel ağrısından əziyyət çəkən, həm də sağlam insanların yataqda arxası üstə yatdıqları təqdirdə, ani olaraq belini dikəldərək qalxmamalı olduğunu söyləyirlər.
 
Əvvəl yana çevrilməsini deyən mütəxəssislər, sonra qol və dirsəkdən yardım alaraq, ayaqlarını aşağı sallayıb gövdəsini qaldırmaq və ayaq dabanlarını yerə qoyduqdan sonra qalxmağın sağlamlıq baxımından mühüm olduğunu vurğulayıb.
 
Mütəxəssislər yastıq seçiminin insanın bədəninə görə dəyişkən olduğunu, çox yumşaq yataq və yastıqların bel-boyun ağrılarına səbəb olduğunu bildirirlər.
 
Bel, kürək və boyun ağrımızı artıran amillərin ən başlıcası, təxminən 7-8 saat vaxtımızı keçirdiyimiz yatağımızın və yastığın doğru seçilməmiş olmasıdır.
Bel və boyun ağrıları hal-hazırda çox tez-tez rast gəlinən narahatlıqlardan biridir.
 
Xüsusilə kompüter istifadəsinin artması pis ofis iş prosesindən asılı olaraq bel və boyun ağrıları getdikcə genişlənir. Bunlarla yanaşı, bədən formasına uyğun olmayan yastıq və yataqlar da onurğaya əziyyət verərək, bel və boyun ağrılarına səbəb olur.
 
Davamlı olan bu ağrılar isə onurğada bir sıra ziyanlara səbəb olub, vaxtaşırı bel və boyun yırtıqlarına şərait formalaşdırır.
 
Bədən növünə uyğun, tam ortopedik və ya yarım ortopedik yataqları, xüsusilə başını yatağa paralel olmasını təmin edən və yan üstə yatma mövqeyində çiyin-boyun boşluğunu tam əhatə edən, orta sərtlikdə yastıqların istifadə edilməlidir.
 
Yataq və yastıq seçimi ilə yanaşı yatmaq forması da mühümdür. Daha çox yan üstə yatış mövqeləri sağlamdır.
Xüsusilə zəif insanlarda bel çuxurunun hədsiz dərəcə artmasına yol açan və uzun müddətdə bu çuxurun onurğa yırtığına çevrilə bilməsinə səbəb olan üz üstü yatmaq isə, təhlükəlidir.
 
Sağlam onurğa üçün insanlar həyatlarından idman etməyi çıxarmamalıdırlar. Düzgün yatmaq mövqelərində yatın, çəkinizə nəzarət edin və üzərində özünüzü rahat hiss etdiyiniz orta sərtlikdə yarı və ya tam ortopedik bir yataq modelinə üstünlük verin.
 
Yastıq və yataq seçiminə baxmayaraq ağrı davam edirsə, bel, kürək və boyun hissəsində mexaniki bir narahatlıq ola bilər. Problemin erkən aşkar edilib müalicə edilməsi də çox vacibdir.
 
Bel və boyun yırtıq xəstələrinin 98%-nin əməliyyatsız olaraq, fizioterapiya müalicəsi ilə də yaxşılaşmaq olur.
 
Fizioterapiya müalicəsi isə xəstə olan bölgəyə bir neçə basma, çevirmə və gərmə manevrləri ilə həyata keçirilir

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.