Cəmiyyət

Azərbaycanda tragikomik hadisə - VİDEO

17 Mart 2017 22:14
1 Şərh     Baxış: 5 526

Diridir, nəfəs alır, yaşayır, hətta məktəbdə müəllimlik edir. Amma rəsmi sənəddə ölüdür.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, tragikomik halın qəhrəmanı Bərdənin Bəcirəvan kəndində müəllim işləyən 54 yaşlı Maral Əliyevadır. O, ötən il aprel ayında xəstəliklə əlaqədar işə gedə bilmədiyinə görə bülletenə çıxıb. Bülleten gecikəndə isə rayon təhsil şöbəsinə və Sosial müdafiə fondunun rayon şöbəsinə müraciət edib. Qurumda ilk olaraq onun şəxsiyyət vəsiqəsi ilə əlaqədar problem oldugunu bildiriblər. Ancaq bir bu yoluna qoyulduqdan sonra da məsələ həllini tapmayıb. Araşdırma nəticəsində məlum olub ki, Maral Əliyeva fondda ölü kimi qeydiyyatdadır.

Müəyyən edilib ki, eyni ad və soyad hətta ata adı olan başqa qadının ölümü onun adına sənədləşib, nəticədə o rəsmi olaraq ölü kimi qeydiyyata salınıb. Buna görə də 54 yaşlı qadın hələ də problem yaşayır.

Burada digər problem də ortaya çıxıb. Maral Əliyəva rəsmən ölü kimi qeydiyyatda olsa da maaşından həm vergi, həm də pensiya fonduna pul ödənir.

Rayon təhsil şöbəsindən bildirilib ki, pul köçürülən kart mövcuddur. Sadəcə şəxsin adı müəyyən olunmayıb. Məsələ ilə bağlı Dövlət Sosial müdafiə fondunun Bərdə rayon şöbəsindən bildirilib ki, həmin vətəndaşın ölü kimi göstərilməsi elektron qaydada aparılan qeydiyyat zamanı texniki sənv olub. Bu araşdırılıb aradan qaldırılacaq.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Rəsmən ölüdür, maaş alır, vergi və pensiya fonduna pul ödəyir TRAGİKOMİK HADİSƏ

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Xalid · 18 Mart 07:2900

    Men de o veziyyetdeyem. Nele ki, men 2005¬2007¬ci illerde Weki weherinde iwlemiwem ve ordan da sosial sigorta lafti almiwam. Lakin bu gune kimi kokurulen vesait menim hesabima oturulmyib. Bu batede DSMF fefelerle mutaciyet etmiwem. Bu tewkilat oz qanunlari ile iwleyir...

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.