Cəmiyyət

Bakıda sərnişin dolu avtobus təhlükəli sürdü, qayda pozdu - VİDEO

17 Mart 2017 21:45
0 Şərh     Baxış: 1 340
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avtobus sürücüsü öz həyatı ilə yanaşı, məsuliyyət daşıdığı sərnişinlərin də həyatını təhlükəyə atıb. Bakıda bir marşrutdakı avtobus sürücüsü kobud şəkildə qayda pozur.

Qarşıdan gələn avtomobillərə məhəl qoymadan yoluna davam edir. İçində olan sərnişinlərin həyatını təhlükəyə atsa da, heç nə olmamış kimi yola davam edir. Bu kadrlar Bakıda bir sərnişin tərəfindən lentə alınıb. Göründüyü kimi 38 nömrəli marşrutda hərəkət edən avtobusun sürücüsü kobud şəkildə qayda pozur.

Hərəkət yolu onun olmasa da yoldan şütüyən maşınlara məhəl qoymur və xeyli insanın həyatını təhlükəyə ataraq qəza şəraiti yaradır.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, 38 nömrəli maşrutun dispetçeri Elçin Vəliyev hadisəni araşdıracaqlarını bildirib. Onun sözlərinə görə sübuta yetirilərsə o zaman sürücü işdən azad ediləcək.

Dizpetçer bildirib ki, işə ancaq müəyyən təcrübəyə malik sürücülər götürürlər və onları sınaq mərhələsinə cəlb edirlər. Daha sonra isə işlə təmin edilirlər.

Sərnişinlər bunun tək olmadığını bənzər hallarla dəfələrlə üzləşdiklərini deyir.
Bakı nəqliyyat agentliyinin sözçücü Mayis Ağayev isə deyir ki, daim belə sürücülərlə mübarizə aparırlar və belə hallara yol verənlərin cəzalandırılmasına səy göstərirlər.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Bakıda sərnişin dolu avtobus təhlükəli sürdü

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.