Cəmiyyət

"Bura Vətəndir" layihəsi yayıma başlayır - VİDEO - FOTO

17 Mart 2017 16:34
2 Şərh     Baxış: 928
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Lider TV-də yeni layihə yayıma başlayır. "Bura Vətəndir" adlanan layihə bu bazar tamaşaçılarla görüşə gəlir. Verilişin müəllifi və aparıcısı araşdırmaçı jurnalist Amil Xəlildir. Veriliş  həm tarixi məlumatlarla, həm milli mədəni dəyərlərlə, həm də bölgənin maraqlı faktları və araşdırması ilə zəngindir.

İlk bölüm Şamaxıya və şamaxılılara həsr olunub. Tarixlə bu günü birləşdirən, elm ocağı olan Şamaxı şəhəri haqqında ətraflı, dolu məlumat sizə təqdim olunacaq. Seyid Əzim Şirvaninin  son vəsiyyəti, M.Ə.Sabirin Şamaxı haqqında maraqlı yazıları, Şamaxı xanlığının bayrağı və başqa maraqlı nüanslar "Bura Vətəndir!" verilişində.

Bundan başqa Məlhəm kəndi haqqında da maraqlı faktlar sizi gözləyir. Bir kənd bu qədərmi insanlara  məlhəm olar?..

Həmçinin telejurnalist yollandığı bölgələrə xas olan maraqlı sualları elə onların özündən soruşur. "Sizcə şamaxılılar "qadou alım" sözünü hər adama deyərlər? 

"Bura Vətəndir" verilişinin  layihə rəhbəri, müəllifi və aparıcısı Amil Xəlildir. Veriliş bu bazar 19 mart saat 13-00 da Lider TV-də görüşünüzə gələcək . Mütləq izləyin. Çox maraqlı  olacaq
İnformasiya dəstəyi - Trend.az, Day.Az, Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Тайны Шамахы

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.