Cəmiyyət

Xoşqədəm Türkiyədə "ən yaxşı" oldu - VİDEO

17 Mart 2017 12:54
1 Şərh     Baxış: 2 269

"Səni axtarıram" verilişinin layihə rəhbəri və aparıcısı Xoşqədəm Hidayətqızı Türkiyədə beynəlxalq mükafata layiq görülüb.

Milli.Az ölkə.az-a istinadən məlumatına görə, o, qardaş ölkədə Azərbaycanın ən yaxşı televiziya aparıcısı seçilib. Mükafatlandırma mərasiminə həyat yoldaşı, müğənni Doğuşla qatılan aparıcı övladlarının vətənindən mükafat almağın onun üçün çox önəmli olduğunu diqqətə çatdırıb:

"Ən böyük iki mükafatı Azərbaycanda media sektorunda xidmətlərimə görə Prezident tərəfindən almışam. Ancaq bu mükafat da mənim üçün çox önəmlidir. Çünki qardaş Türkiyədən, uşaqlarımın vətənindən aldığım mükafatdır. Allah türkü qorusun!"

Mükafatlandırma mərasimindən sonra X.Hidayətqızı təəssüratlarını belə paylaşıb:

""Səni axtarıram" ağır layihədir. Bu proqramın Türkiyədə də belə qiymətləndirilməsi bu layihəni 7 il əvvəl yaradan biri kimi mənim üçün çox qürurvericidir. "Səni axtarıram" heyətini təbrik edirəm. Bu mükafatı onlar üçün almışam. Proqramın yaranmasında əməyi keçən hər kəsə minnətdaram".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Türkiyədə Azərbaycanın ən yaxşı teleaparıcısı seçildi

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Keder ocağim · 17 Mart 12:5511

    Tebrikler!

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.