Cəmiyyət

Əfv sərəncamının icrasına başa çatdı - Zakir Nəsirovun cəzası azaldıldı - YENİLƏNİB - FOTO

17 Mart 2017 14:35
1 Şərh     Baxış: 2 199
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

14:35

Prezident İlham Əliyevin dünən imzaladığı əfv sərəncamının icrasına başa çatıb.

Milli.Az-ın APA-ya istinadən məlumatına görə, sərəncam ümumilikdə 423 nəfərə şamil olunub.

Məhkumlardan 412-i azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsindən azad edilib.

Ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 1981-ci ildə anadan olmuş, Azərbaycan vətəndaşı, Hüseynov Ceyhun Zakir oğlunun cəzası 25 il müddətə, ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 1947-ci ildə anadan olmuş, Azərbaycan vətəndaşı, Nəsirov Zakir Əsəd oğlunun cəzası 15 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəzlənib.

Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış, 1982-ci ildə anadan olmuş, Azərbaycan vətəndaşı, Kərimova Tükəzban Əlihüseyn qızı cəzadan azad edilib.

Dörd məhkum şərti azadlıqdan məhrumetmə, bir məhkum islah işləri, üç məhkum isə cərimə cəzasından azad olunub.

----------

08:48

Azərbaycanda əfv sərəncamının icrasına başlanılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, prezident İlham Əliyevin martın 16-da imzaladığı sərəncam ümumilikdə 423 nəfərə şamil olunub.

Məhkumlardan 412-i azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsindən azad edilib.
 
Ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 1981-ci ildə anadan olmuş, Azərbaycan vətəndaşı, Hüseynov Ceyhun Zakir oğlunun cəzası 25 il müddətə, ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 1947-ci ildə anadan olmuş, Azərbaycan vətəndaşı, Nəsirov Zakir Əsəd oğlunun cəzası 15 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəzlənib.
 
Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış, 1982-ci ildə anadan olmuş, Azərbaycan vətəndaşı, Kərimova Tükəzban Əlihüseyn qızı cəzadan azad edilib.
 
Dörd məhkum şərti azadlıqdan məhrumetmə, bir məhkum islah işləri, üç məhkum isə cərimə cəzasından azad olunub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.