Cəmiyyət

Sınaq və rus bölməsi abituriyentlərinin Azərbaycan dili imtahanlarının vaxtı açıqlanıb

16 Mart 2017 22:11
1 Şərh     Baxış: 1 008

Dövlət İmtahan Mərkəzi (DİM) bu il keçiriləcək daha bir neçə imtahanın tarixini açıqlayıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, rus bölməsinin abituriyentləri üçün Azərbaycan dili imtahanında (ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi və 11-illik təhsil bazasında orta ixtisas təhsili müəssisələri üçün) ilk imtahanda iştirak üçün qeydiyyat 16-31 mart tarixlərində aparılacaq. 1-ci imtahan 9 aprel, 2-ci imtahanda iştirak üçün qeydiyyatın aparılması (1-ci imtahanda "qeyri-məqbul" alan və ya iştirak etməyən abituriyentlər üçün) 20 - 31 may, 2-ci imtahan (1-ci imtahanda "qeyri-məqbul" alan və ya iştirak etməyən abituriyentlər üçün) 11 iyun tarixlərində keçiriləcək.

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (I-IV ixtisas qrupları üzrə) sınaq imtahanlarının keçiriləcəyi tarixlər də məlum olub. Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üçün sınaq imtahanları 27 may və 11 iyunda olacaq.
 
Qeyd edək ki, DİM bir müddət əvvəl buraxılış, magistratura, rezidentura, orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında, orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında və ali məktəblərə qəbul imtahanlarının keçiriləcəyi tarixləri elan edib.
 
Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul ounmaq üçün ərizə qəbulu 10-17 mart, imtahana buraxılış vəsiqəsinin çap edilməsi 5-8 aprel, qəbul imtahanı I mərhələ 9 aprel, proqram seçimi 15-22 may, imtahana buraxılış vərəqəsinin çap edilməsi 31 may - 3 iyun, qəbul imtahanı II mərhələ 4 iyunda, ali təhsil müəssisələrinin tibb ixtisaslarının rezidentura səviyyəsinə ərizə qəbulu 10 - 17 mart, imtahana buraxılış vərəqəsinin çap edilməsi 5 - 8 aprel, qəbul imtahanı I mərhələ 9 aprel, imtahana buraxılış vərəqəsinin çap edilməsi 1 - 4 iyul, qəbul imtahanı II mərhələ 5 iyulda keçiriləcək.
 
Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə ərizə qəbulu  (I- IV qruplar) 16 mart‑10 aprel, ərizələrində qəbul imtahanlarının birincisində iştirak etmək istədiklərini qeyd edən abituriyentlərin ikinci imtahanda da iştirak etmək üçün elektron qeydiyyatı 15 - 22 may, qəbul imtahanı (ilk imtahan) - I-IV  qruplar üzrə aprel‑may, qəbul imtahanı (ikinci imtahan) - I-IV qruplar üzrə iyul, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə elektron qeydiyyat 7 - 18 iyul, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanları, 25 iyul - 3 avqust, jurnalistika ixtisasını seçən abituriyentlərin qeydiyyatı 21 - 24 iyulda aparılacaq.
 
Orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında ərizə qəbulu 14 mart - 4 aprel, qəbul imtahanı I mərhələ (əvvəlki illərin məzunları) 16 aprel, qəbul imtahanı II mərhələ (əvvəlki illərin məzunları) iyul, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə  elektron qeydiyyat 7 - 18 iyul, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanı 19 - 23 iyul, orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında ərizə qəbulu 16 mart‑10 aprel, qəbul[u1]  imtahanı (əvvəlki illərin məzunları) iyul, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə elektron qeydiyyat 7 - 18 iyul, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanı 25 iyul - 3 avqustda keçiriləcək.
 
Ümumi orta təhsil bazasında I mərhələ, 1-ci istiqamət (region) 5 mart, ilk peşə-ixtisas təhsili müəssisələri və ümumi orta təhsil bazasında, I mərhələ, 2-ci istiqamət  (region) 12 martda keçirilib. Ümumi orta təhsil bazasında, I mərhələ, 3-cü istiqamət (region) 18 mart, ümumi orta təhsil bazasında II mərhələ və tam orta təhsil bazasında buraxılış imtahanları iyunda olacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

1 Şərh:

  • Anonim
    . · 16 Mart 23:2100

    Bu ne bolmesidi azerbaycan sektorada aiddi?

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.