Cəmiyyət

"Məni xilas edin, yaşamaq istəyirəm" - Xalq artisti

16 Mart 2017 21:39
8 Şərh     Baxış: 15 339

Xalq artisti Sabir Ələsgərovun səhhəti pisləşdi.

Milli.Az-ın xəbərinə görə, bu barədə Yeniçağ.az-a açıqlama verən diktor Sabir Ələsgərov yenidən dava-dərman qəbul etdiyini deyib:

"Səhhətim düzəlmişdi, mart ayı gələndən yenidən pisləşdim. Tibb Universitetinin Tədris Terapevtik Klinikasına gedib-gəlirəm, həkim nəzarəti altında müalicə olunuram. Həkim deyir ki, havalar soyuq keçdiyinə görə xəstəliyim ağırlaşıb. Sifətim əyilib. Üzümün sağ tərəfi, gözüm, alnım şişib, əlimi vururam, heç nə hiss etmirəm. Bilmirəm, nə vaxt sağalacam, dava-dərman qəbul etməkdən bezmişəm".

Bəs görəcən diktor müalicə olunmaq üçün xaricə getməyi düşünürmü?

"Burda həkimlər çox yaxşıdır, harasa getmək fikrim yoxdur. Böyrəyimdə olan çirki təmizlədilər, bütün problemləri əməliyyat yoluyla həll etdilər; ümid edirəm ki, bu xəstəlikdən də qurtulacam. Deyirlər ki, xəstəliyim əsəblə əlaqədardır. İnanın, həyat o qədər şirindir ki, insan yaşamaq istəyir"- deyən Sabir Ələsgərov ümidini üzmədiyini bildirir.

Xatırladaq ki, S.Ələsgərov iki dəfə boyrəyindən əməliyyat olunub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

8 Şərh:

  • Anonim
    Ayla · 16 Mart 21:51150

    Allah size şefa versin Sabir müellim.Uşaqlıq illerime qayıtdım nece gözel idi.Aztv ve siz eh gidi günler

    Cavab yaz
  • Anonim
    Konul Ehmedova · 17 Mart 00:5520

    ALLAH sefa versin

    Cavab yaz
  • Anonim
    Elf · 17 Mart 08:1720

    Allah komey olsun!

    Cavab yaz
  • Anonim
    efshan · 17 Mart 09:3210

    Allah sefa versin size S

    Cavab yaz
  • Anonim
    efshan · 17 Mart 09:3330

    Allah sefa versin size Sabir muellim.sizin kimi insanlar dunyaya cox az sayda gelir.usaqliq illerim yadima dusdu.elbetdi ki sizin cixislariniz.Allah komek olsun Amin

    Cavab yaz
  • Anonim
    * · 17 Mart 18:4910

    İDMAN VƏ CAXIR İCMƏK --QANI SAFLAŞDIRIR--İSTİFADƏ EDİN GÜMRAH OLARSIZ.

    Cavab yaz
  • Anonim
    Keder ocağim · 17 Mart 19:2600

    Bu insani ilk defedir gorurem.Amma nese qanim qaynadir,nur yagir sifetinden.

    Cavab yaz
  • Anonim
    ADAW · 17 Mart 20:4100

    allah wefa versin amin inwallah sabir muellim sizi o qeder cox sevirikki ailelikle

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.