Cəmiyyət

3 günə 5 kilo arıqlayın - KARTOF PƏHRİZİ

16 Mart 2017 23:25
7 Şərh     Baxış: 3 921

Pəhriz siyahısına biri də əlavə olunub - kartof pəhrizi. Kartof pəhrizi 3 gündə 5 kilo arıqladır, lakin sağlamlığınızı da göz önünə almalısınız.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, sağlam qidalanma ilk növbədə balanslı qidalanma deməkdir. Balanslı qidalanma isə qida qruplarından bədənin ehtiyacı olan qədərini kifayət qədər qəbul etməkdir. Daha dəqiq desək, yediyimiz hər yeməyin olduğu bir qida qrupu varı və bədənin də bu yeməklərin olduğu 5 əsas qida qrupuna ehtiyacı var.

Bu qida qruplarındakı yeməklərin tərkibinə karbohidrat, zülal, mineral, vitamin və liflər daxildir. Balanslı qidalanma da burada ortaya çıxaraq bütün bu vitamin, mineral və liflərin hamısından kifayət qədər yemək deməkdir.
 
5 əsas qida qrupu:
 
* Süd və süd məhsulları
* Ət qrupu
* Tərəvəz və meyvələr
* Taxıl qrupu
* Yağ və şəkər qrupu
 
İndi isə keçək kartof pəhrizi və onun təhlükəli olmasının səbəblərinə. Yuxarıda da qeyd etdiyimiz kimi, qidaların qruplaşdırılmasına səbəb ehtiva etdikləri karbohidrat, zülal, mineral, vitamin və liflərdir. Bütün bunlardan kifayət qədər qəbul etmədikdə və ya birinə digərindən daha çox üstünlük verdikdə sağlamlıq təhlükə altına düşür. Kartof pəhrizində isə karbohidrat ağırlığı çoxdur. Bu səbəbdən də yalnız kartofla sağlam qidalanma təmin etmək olmaz.
 
Kartof pəhrizi
 
Bu pəhrizdə qaynadılmış kartofdan istifadə edilir. Həftəlik pəhriz siyahısı aşağıdakı kimidir.
 
 
1-ci gün
 
- Səhər yeməyi: Qaynadılmış kartof və 4 qaşıq qatıq
- Günorta yeməyi: Qaynadılmış kartof və 4 qaşıq qatıq
- Axşam yeməyi: 8 qaşıq qatıq
 
2-ci gün
 
- Səhər yeməyi: 4 qaşıq qatıq
- Günorta yeməyi: Qaynadılmış kartof və 3 qaşıq qatıq
- Axşam yeməyi: 8 qaşıq qatıq, qaynadılmış kartof
 
3-cü gün
 
- Səhər yeməyi: Qaynadılmış kartof
- Günorta yeməyi: Qaynadılmış kartof və 3 qaşıq qatıq
- Axşam yeməyi: 4 qaşıq qatıq
 
Bu pəhrizi etməzdən əvvəl mütləq mütəxəssislə məsləhətləşin. Elə isə, sağlam və qalıcı necə arıqlamaq olar?
 
* Pəhriz, sizə və sizin sağlamlığınıza zərər verən qidalanma vərdişlərindən xilas olmaq deməkdir və həyatınızın hər dövründə uyğunlaşa biləcəyiniz bir nizam olmalıdır.
* Su içməyə əsla laqeyd yanaşmayın.
* Pəhrizə boşqabınızdakı yemək payını kiçildərək başlaya bilərsiniz.
* Duzu və şəkəri həyatınızdan çıxarın. Yağı isə məhdudlaşdırın.
* Xüsusilə də evdə mayalanmış qatıq yeməyə üstünlük verin.
* İdmanı həyatınıza daxil edin.
* Səhər yeməyi və ara paylara biganə yanaşmayın.
* Süfrəyə əsla çox ac oturub çox tox durmayın.
* Bitki çayları ilə bədəndə olan şişləri aradan qaldıra bilərsiniz. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

7 Şərh:

  • Anonim
    Adi insan · 16 Mart 23:3260

    onsuzda 2 ile yaxindir ki ele kartof pehrizindeyik de

    Cavab yaz
  • Anonim
    teselli · 17 Mart 00:1410

    istah kesen ne bilirsinizse yazinda

    Cavab yaz
  • Anonim
    ilayda · 17 Mart 00:3910

    bilmirem Azerbaycanda var ya yox.men gano kahvesi içirem sabah ac qarnina işdahimi kesir.tevsiye ede bilerem.70kiloydum 1ayda 10 kilo ariğladim.

    Cavab yaz
  • Anonim
    as · 17 Mart 01:0120

    Kokelmeyimizin sebebi kartof ve makaron mehsullari olub axir zamanlarda,elhemdulilleh yenede ac deyilik cox sukur!imkanimiz daxilinde tebiiliye usdunluk verek sexsen men sor corek yeyerem broyler yey bilmirem heqiqetende ziyanlidir qeni deishdirilmish mehsullardir bizleri pis hala salan.27 yashim var artiq sekerim qalxib.Allah bizlere rehm edsin ishbazlar etmir...amin

    Cavab yaz
  • Anonim
    bhbh · 17 Mart 07:3400

    Bu pehrizi ən çox 3 gūn tutmalısan .3 gūnede insana heç bir ziyan vere bilmez

    Cavab yaz
  • Anonim
    Resid -32 · 17 Mart 07:5900

    Kartovu,qatiqi basa dusduk amma ardicilliqla buqeder Sade yemekden sonra inasanda idman etmeye taqetin olmasi qeyri mumkundur!

    Cavab yaz
  • Anonim
    Gün · 17 Mart 10:0100

    Südlə darçında iştahın azalmasına kömək edir mənimdə 4 ya 5kq arıqlama ehtiyacım var axşam yatanda deyirəm səhər duranda az yeyib diyeta saxlayacam dahada çox yeyirəm

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.