Cəmiyyət

Piokokk qranuloması varsa, nə etməli?

18 Mart 2017 23:10
1 Şərh     Baxış: 1 676

Piokokk qranuloması kapilyarların zədələnməsi ilə dəridən xarıcə çıxmasıdır.Xəstəlik mikrobun dəri və dərialtı toxumaya düşməsi və kapilyarların ikincili zədələnməsi nəticəsində meydana çıxır.Xəstəlik xoşxassəli hesab olunur.
Piokokk qranulomasına bütün yaş dövrlərində rast gəlmək olur.
Xəstəliyin əmələ gəlməsində zədələnmiş dəridən mikrobun dəri və dərialı toxumaya keçməsidir.Xəstəliyi aşağıdakı mikroblar törədir:
- stafilokokklar
- streptokokklar
- müxtəlif virus infeksiyaları
Milli.Az immunitet.az-a istinadən bildirir ki, zədə nahiyəsindən dəri daxilinə düşən infeksiya dəridə çəhrayı-qırmızı rəngdə,üstü parıltılı,eroziyaya oxşayan,qanlı-irinli qabarma şəklində patologiya əmələ gətirir. Xəstəliyə diaqnozun qoyulmasında yara naiyəsindən götürülmüş yaxmann rolu böyükdür.Morfoloji müayinə  zamanı dəridə kaplyarların endotel qatla qarışıq xaricdə durması görünür. Xəstəliyin klinikası basilyar anqiomatoz və piqmentsiz melanoma ilə eynidir.
Piokokk qranulomasına diaqnozun qoyulması çətinlik törətmir. Müalicə məqsədilə elektrokoaqulyasiyadan və lazerlə müalicə metodundan istifadə edilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

1 Şərh:

  • Anonim
    i'ii · 18 Mart 23:1221

    Ama bu dodaqlar cox qesengdi.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.