Cəmiyyət

Şəxsiyyət pozuqluğu olan insanı necə təyin etmək olar?

18 Mart 2017 22:10
1 Şərh     Baxış: 943

Şəxsiyyət pozuqluğuna sahib olan adamlar insanlara qaynayıb-qarışmağı sevmir, soyuq duyğulara sahib olur, içinə qapanır. Belə insanlar psixoloji xəstələr hesab edilir və tibbdə belələri şizoidlər adlanır.Bu cür insanların səsə, ətrafında olan çoxlu insanlara, istiyə, gur işığa davamlılığı olmur. Belə insanlar şizoid adlanır və müalicə tələb edir.
Milli.Az immunitet.az-a istinadən bildirir ki, Yer kürəsi əhalisinin 1,5 %-i şizoiddir.Ətrafdakılar belə insanları normal qəbul eləmir vəı onlara qəribə yanaşırlar.
Bəs ətrafınızdakı insanların şizoid olmasını hansı əlamətlərindən təyin edə bilərsiniz?
1 Fikirlərini izah etməkdə çətinlik
Şizoid insanlar öz fikirlərini qarşısındakı adama çatdlırmaqda çətinlik çəkirlər. Onlar fikirlərini asanlıqla izah edə bilmirlər.Belə ki, onlardan yenicə baxdığı film haqqında və ya qulaq asdığı mahnı haqqında soruşan olsa onlar diqqətlərini cəmləyə bilmir və həyəcanlanıb narahat olurlar.
2 Ünsiyyətdə çətinlik
Şizoid insanlar öz daxili aləmlərini kimsəyə açıb söyləyə bilmirlər. Bu səbəbdən də onlar öz fikirlərini qarşısındakına çatdırmaq üçün müxtəlif yollardan istifadə etməyə çalışırlar. Ən çox da psixoloqun məsləhətinə ehtiyac duyurlar. Onların ətrafdakılarla ünsiyyətə girmıəsi üçün isə aylar, illər lazım gəlir.
3 Ürkək olmaq və kontaktlardan uzaqlaşmaq
Şizoid insanlarda ətrafdakılardan qorxma və hürkmə olur.Onlar yeni insanlarla tanış olmaqdan çəkinir və insanlara etibar etmirlər. Amma, onlar daxili aləmlərində daima insanlarla əlaqədə polmaqdan xoşlanır və ətrafdakıların onları normal insan kimi qəıbul etmələrini istəyirlər.
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Prince of Persia · 18 Mart 22:2741

    Şizoidizm psixoloji travmanin neticesi deyilmi?Eger körpeye atasi ya diger qeyyumu ciddi fiziki-menevi işgenceler veriblerse başqa cür de olmayacaqdir.Şizoidler 1,5% deyil, çoxdur, lap çox....

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.