Cəmiyyət

Qoltuğunuzun altında qızartı və qaşınmalar varsa...

18 Mart 2017 19:10
0 Şərh     Baxış: 1 539

Qoltuqaltı nahiyədə qızartının və qaşınmanın olması insanlarda narahatçılıq və diskomfort yaradır. Qoltuğun alt hissəsində qızartının olması estetik görüntünü pozmqla yanaşı, insanın gündəlik həyatına da təsir edir.Bu problemlə həm kişilər, həm də qadınlar üzləşə bilirlər. Bəzi hallarda isə qoltuqaltı problemlərlə uşaqlar da rastlaşırlar.
Milli.Az immunitet.az-a istinadən bildirir ki, qoltuğun altının qaşınması həmin nahiyənin həddindən artılq tərləməsi səbəbindən baş verir.Qaşınmanın səbəbi isə gündəlik bədən təmizliyinin yetrincə olmaması və bəzən də orqanizmdə baş verən müxtlif xəstəliklər səbəbindən baş verir. Bu səbəblərin arasında aşağıdakılar var:
* Tərləmə, gigyenik qaydalara əməl etməmək, vaxtında duş qəbul eləməmək qoltuqaltı nahiyənin qaşınmasına və qızarmasına səbəb ola bilir.
* Qoltuqaltı nahiyəyə istifadə edilən antipersperantlar həmin nahiyədə qaşınmalara və qızartılara səbəb ola bilir. Antipersperantlar qoltuq naqhiyəni qıcıqlandıraraq allergiya əlamətləri yarada bilir. Bunun səbəbi isə antiperspirantların tərkibində müxtəlif kimyəvi maddələrin olmasıdıdr.
* Müasir qadınların qoltuqaltı nahiyəni depilyasiya etməsi həmn nahiyənin qızarmasına və qaşənmasına səbəb olan amillərdən sayılır. Bunun baş verməməsi üçün mütəxəssislər qoltuqaltı nahiyənin depilyasiyadan sonra yumşaldıcı krem çəkməyi və ya losyonla silməyi məsləhət bilir.
* Sitetik paltarlar qoltuqaltı nahiyənin qıcıqlandırmaqla qızartılar və qaşınma meydana gətirə bilir.
* Əgər qoltuqaltı nahiyədə dəridə ləkə və ya səpgilər görünərsə bu isə dəri xəstəliyinin əlamətləri sayılır. Bu ən çox vərəmdən, şəkərli diabetdən, piylənmədən və hormonal pozulmalardan əziyyət çəkən xəstələrdə baş verir. Bəzi hallarda isə qida allergiyaları qoltuqaltı nahiyədə səpgilərin əmələ gəlməsinə səbəb olur.Əlaməti aradan qaldırmaq üçün həkimə müracit etək lazımdır.
* Hidrodenit əzələ bölgəsində səpgilərin meydana çıxmasına səbəb ola biliur. Bunun baş verməsinə qızılı stafilokokk və ya tər vəzilərinin fəaliyyətinin aktivlşməsi səbəb ola bilir.Xəstəliyin əmələ gətirdiyi əlaməıtləri aradan qaldırmaq üçün mütləq həkimə müraciət etmək lazımdır.
* Bəzən qolun altında psoriaz xəstəliyinin əmələ gətirdiyi səpgilər də qaşınma və qızartılara səbəb ola bilir.
* Kadidoz xəstəliyi də qoltuq altında səpgilərə və qaşınmalara səbəb ola bilir.
* Qoltuq altında qaşınma və səpgilərə səbəb olan xəstəliklərdən biri də furunkulyoz xəstəliyidir. Furunkulyoz xəstəliyi bu zaman özünü qoltuq altında iri ölçüdə tötəmənin əmələ gəlməsi ilə göstərir. Bu zaman mütləq cərrahın müayinəsi və müalicəsi vacib sayılır.
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.