Cəmiyyət

Evdə divardan Kəbənin şəklini asmaq olarmı?

18 Mart 2017 19:45
14 Şərh     Baxış: 1 377

İslam dininə görə evdə divardan bu və buna bənzər şəkillər asmaq bəyənilmir. Çünki çox vaxt əksər insanlar bu cür şəkilləri və ərəbcə yazılan Quran ayələrini asmaqla onlardan xeyir-bərəkət umurlar.

Milli.Az zikr.az-a istinadən bildirir ki, lakin bilmək lazımdır ki, bu cür şeylər ilə bərəkət əldə olunmur. Bərəkət diləmək bir ibadətdir, ibadət isə yalnız Allaha məxsus edilir. Odur ki, bu cür şeyləri asmaqdan çəkinmək lazımdır, istər bu Kəbənin şəkli olsun, istər Allahın adları olsun, istərsə də Rəsulullahın adı və yaxud Qurani Kərimdən ayələr olsun. Səhabələr (Allah onlardan razı olsun) və onlardan sonra gələnlər belə etməmişlər.
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

14 Şərh:

  • Anonim
    Əli proqnoz.№ · 18 Mart 19:4911

    Kəbə evinin göydən nazil olması

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 18 Mart 19:5021

    Həzrət Sadiq (ə) buyurur: “Mənim hədisim - atamın hədisidir. Atamın hədisi isə cəddimin hədisidir. Allah Təala asimanlardan ev nazil etdi, onun dörd qapısı var idi və hər qapının üzərində qızıldan çıraq asılmışdı. Həzrət Adəm behiştdən yerə enmişdi və Əbu Qəbis dağında, Səfa torpağına enmişdi. Adəm (ə) Allah Təalaya şikayət edir ki, behiştdən ayrıldığına görə dəhşət içindədir. Behişt əhlindən və mələklərdən eşitdiklərini burada eşitmədiyinə görə Allaha şikayət edir. Allah Təəla ona yaqutdan qırmızı ev göndərir. Kəbə evinin yerinə qoyur. Həzrət Adəm o evi təvaf edir və onun nuru dörd fərsəxə qədər çatırmış, həmin dörd fərsəxə nişan qoyurlar. Allah Təala həmin dörd fərsəxi hərəm qərar verir. Həmin ev Nuhun tufanında göyə qaldırılır”.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 18 Mart 19:5111

    İmam Sadiq (ə) buyurur: “Allah Təala əmr edir ki, Həzrət İbrahim Kəbə evini inşa etsin. Həzrət buyurur: “Allahım, harada inşa edim?”. Ona xitab olunur ki, elə yerdə inşa et ki, Həzrət Adəmə (ə) qübbə nazil olmuşdur”.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 18 Mart 19:5211

    İmam Sadiqdən (ə) soruşmuşdular ki, Kəbə evini niyə Kəbə adlandırırlar? Buyurur: “Çünki kvadrat şəklindədir. Soruşular ki, niyə kvadrat şəklindədir? Çünki Kəbə Beytul-Məmurun qarşısında yerləşir və o da kvadrat şəklindədir. Soruşdular ki, niyə o da kvadrat formasındadır? Buyurur: Çünki o, ərşin qarşısında yerləşir. Ərş də kvadrat şəklindədir. Soruşdular: Bəs ərş niyə kvadratdır? Buyurdu: Çünki İslam dörd sözün üzərində qurulmuşdur və həmin dörd söz də “Sübhənallah və əlhəmdulillah və Lə iləhə illəllahu və Allahu Əkbər”-dir.”

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 18 Mart 19:5311

    İmam Sadiq (ə) buyurur: “Allah Təalanın yanında ən sevimli yer - Məkkə-Müəzzəmədir. Allah Təala yanında heç bir torpaq ondan sevimli deyildir. Allah Təala yanında heç bir daş orada olan daşdan sevimli deyildir. Heç bir dağ orada olan dağdan sevimli deyildir. Heç bir su oranın suyundan sevimli deyildir”.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 18 Mart 19:5400

    Nəql edilir ki, İmam Baqir (ə) Kəbəyə işarə edərək, buyurur: “Allah-Təala yer üzərində Ona bu torpaqdan sevimli olan başqa bir torpaq parçası xəlq etməmişdir. Yer üzərində elə bir torpaq yoxdur ki, Allah Təala yanında Kəbədən əziz olsun. Allah Təala Kəbəyə xatir Öz kitabında yerləri və göyləri yaratdığı günləri haram ay adlandırmışdır”. İmam Sadiq (ə) buyurur: “Allah Təala hər şeydən bir şey seçmişdir, yer üzərindən isə Kəbəni seçmişdir. Ondan alisi ola bilməz ki, peyğəmbərlər və övliyalar ona üz tutaraq, ibadət ediblər”.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 18 Mart 19:5400

    Kəbənin sahibini tanıtmaq

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 18 Mart 19:5600

    İmam Sadiq (ə) buyurur: “Bir daş tapmışdılar ki, üzərində yazılmışdı: “Mən Məkkənin sahibi Allaham və Mən Kəbəni yerləri və göyləri xəlq etdiyim gün, Ayı və Günəşi xəlq etdiyim gün xəlq etmişəm. Onun ətrafına yeddi mələk qərar vermişəm ki, onu qorusunlar. Onun əhlinə çatan su və südünə bərəkət vermişəm. O gün ki, üç tərəfdən gələr, onun yuxarısında, aşağısından və arxa tərəfindən”. Ərzaq daha çox Misir, Yəmən və Şam tərəfindən gələr, həmçinin Tayif tərəfdən müxtəlif cür meyvələr və dənli bitkilər gətirirlər. Aşağı tərəfdən xurma və başqa şeylər də İraqdan, Nəcddən, Ləhsadan gəlir. Özü heç nəyi hasil edə bilmədiyinə baxmayaraq, İlahi nemətlərlə təmin edilir.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 18 Mart 19:5800

    İmam Sadiq (ə) buyurur: “Qureyş Kəbəni dağıdandan sonra orada bir daş tapdılar ki, üzərində yazılar var idi. Ancaq onu oxuya bilmədilər, nəhayət onu oxuyan bir şəxsi tapdılar ki, bu xətti oxumağı bacarırdı”.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 18 Mart 19:5800

    İmam Sadiq (ə) buyurur: “Din o zamana qədər ayaqda olacaq ki, Kəbə ayaqdadır. Quranı göylərə qaldıran Həzrət Sahib-əmrin vəfatından sonra Kəbəni də göylərə qaldıracaqlar”.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 18 Mart 19:5900

    İmam Baqir (ə) buyurur: “Məkkədə bir il qalmaq yaxşı deyildir. Soruşdum ki, nə etmək lazımdır ki, bu qədər Məkkədə qalmayasan? Buyurdu: il ərzində başqa yerlərə getmək lazımdır, Mədinə şəhəri kimi bir yerə. Hündürlüyü Kəbə evindən yüksək ev tikmək də yaxşı deyildir”.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 18 Mart 20:0000

    Əmirəl-möminin (ə) buyurur: “Allahdan qorxun və Pərvərdigarın evinə görə Allahdan qorxun. Nə qədər ki, sağsınız, onu boş buraxmayın. Əgər tərk edilərsə, buraxılarsa - möhlət verilməyəcəkdir

    Cavab yaz
    • Anonim
      aybeniz · 18 Mart 23:1500

      Allah Sizden razi olsun!

      Cavab yaz
      • Anonim
        Əli proqnoz.№ · 19 Mart 00:2800

        Cox sagolun ALLAH sizden de razi olsun insallah.

        Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.