Niyyət etmək bidət deyil, sadəcə niyyəti dil ilə tələffüz etmək bidətdir. İslama görə niyyətin yeri qəlbdir. Ümumiyyətlə, niyyət məqsəd deməkdir. Bir əmələ niyyət etmək o əməli yerinə yetirmək məqsədi olmaq deməkdir. Məqsəd varsa, artıq niyyət də var. Məsələn, səhər sübh namazı qılmaq məqsədilə yerinizdən durub dəstəmaz alırsınızsa, deməli, sübh namazı qılmağa artıq niyyət etmisiniz. Yəni, dil ilə deməyə ehtiyac yoxdur. Peyğəmbərimiz (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə buyurub: "Bütün əməllər ancaq niyyətlərə görədir. Hər bir insan niyyət etdiyini əldə edir". (əl-Buxari, 1). Nə Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun), nə də onun səhabələri (Allah onlardan razı olsun) niyyəti dil ilə deməmişlər. Bu barədə heç bir Quran ayəsi və ya səhih hədis yoxdur. Dinimizə görə niyyətin yeri qəlb, onu dil ilə tələffüz etmək isə bidətdir (dində yenilik). Niyyəti dilə gətirmək Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) sonra dinə gətirilən yenilikdir. Buna dində bidət deyilir. Milli.Az zikr.az-a istinadən bildirir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Kim bizim bu dinimizə onda olmayan bir şeyi icad edərsə, o qəbul olunmayacaq". (əl-Buxari, 2697).
İslam alimləri deyirlər: "Qüsl, təyəmmüm, namaz, oruc, zəkat və s. ibadətlərə niyyət edərkən, dil ilə tələffüzün olmamasında mötəbər islam alimləri ittifaq etmişlər, hətta onların ittifaqına görə niyyətin yeri qəlbdir. Peyğəmbər (salləllahu aleyhi və səlləm), nə də müsəlmanlardan heç kəs buyurmayıb ki, niyyəti dil ilə tələffüz edin. Əgər bu şəriətlə icazəli olsaydı, Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) onu əsla unutmazdı. Hətta niyyəti dil ilə tələffüz etmək ağla və dinə də bir nöqsandır. Belə ki, dində bu bidətdir (yenilikdir), əqli cəhətdən isə bu bir kəsin yemək yemək istəyinə bənzəyir və o deyir: Niyyət edirəm ki, əllərimi bu qaba salım bu tikəni götürüm və onu ağzıma qoyuram ki, onu çeyniyim, sonra uduram ki doyum. Kim belə bir şey edərsə, onun ədəbləndirilməsi və bidəti etiqad etməkdən çəkindirilməsi gərəkdir". (əl-Fətəva əl-Kubra kitabı, 1/214-215).
Niyyət dil tələffüz etmək yalnız həcc və ümrə ziyarətlərində isə icazəlidir. Bu da səhih rəvayətlərlə öz təsdiqini tapıb.
Milli.Az
Cəmiyyət
Niyyət etmək bidətdirmi?
18 Mart 2017 20:15
7 Şərh
Baxış: 967
DİGƏR XƏBƏRLƏR
- Bakının mərkəzində müəmmalı obyekt: Saatlar içində yox oldu - FOTO
- İtkin düşən qızın meyiti tapıldı - Cinayəti törədənin kimliyi dəhşətə gətirir - FOTO
- Efirdə gərgin anlar: Lalə o qadını studiyadan QOVDU - VİDEO
- İşə gedərkən qaçırılan qız tapıldı - Təfərrüat - YENİLƏNİB - FOTO
- Bakının mərkəzində yeni PUL TƏLƏSİ - VİDEO
- Deputata AĞIR İTKİ - FOTO
XƏBƏR LENTİ
- Bakının mərkəzində müəmmalı obyekt: Saatlar içində yox oldu - FOTO
- Hərbi Dəniz Qüvvələri və FHN Xəzər dənizində birgə təlimlərə başlayıb - FOTO
- Bu səhvlər bürclərin həyatını məhv edir
- Bu müəllimlərin NƏZƏRİNƏ!
- Bakı İrəvanı belə ağıllandırır: Ermənistanın daha bir simvolik gününü təqvimdən silir
- Cövdət Şükürov yenidən boşanır
- Nigarın dekolteli geyimi GÖZ OXŞADI - VİDEO
- “Təhsil haqqında” qanuna dəyişiklik edildi
- Laçında otuz ölkəni təmsil edən xarici ekspertlərin iştirakı ilə konfrans başlayıb
- Prezident Allahverən İsmayılovu təltif etdi
- Vüqar Kərəmov azadlığa buraxıldı
- Ana-oğul DSMF əməkdaşını aldadıb 162 min aldı
- Xalq artisti: "Mənə baxmayan yeganə kişi ilə evləndim"
- Evlənmə günü ailə həyatına inanılmaz dərəcədə təsir edir
- “Zirə” Qəbələ səfərində, Bakıda Azərbaycan derbisi
- AQTA-dan bazar rəhbərlərinə xəbərdarlıq
- Qadını benzinlə yandırdığı deyilən gənc bu məmurun oğlu imiş
- "Bayram Nurlunun əkiz taylarından biri olmusan" - Türkanın yeni halı bəyənilmədi - FOTOlar
- Bakıda məktəbdə yanğın - VİDEO
- İlber Ortaylıdan üzücü xəbər
- Kim Çen Inın bacısı ABŞ-ı hədələdi: Nüvə müharibəsi ssenarisi...
- Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası başlayıb - FOTO
- İtkin düşən qızın meyiti tapıldı - Cinayəti törədənin kimliyi dəhşətə gətirir - FOTO
- İtkin düşən uşağın meyiti çayda tapıldı