Cəmiyyət

Valideynlərə itaət etmək Cənnətə girməyə səbəb ola bilərmi?

19 Mart 2017 22:55
3 Şərh     Baxış: 1 112

Valideynlərə şəriətə zidd olmayan məsələlərdə itaət etmək, onlarla xoş davranmaq və onların üzlərinə ağ olmamaq müsəlmanın Cənnətə girməsinə ən böyük səbəblərdən biridir.

Milli.Az zikr.az-a istinadən bildirir ki, Taysələ ibn Məyyəs (Allah ondan razı olsun) rəvayət edir ki: "Mən Nəcdatlarla (Nəcdat - hərurilərdən olan Nəcdə ibn Amir əl-Xaricinin havadarlarıdır) eyni fikirdə idim. Bir gün böyük günahlardan hesab etdiyim bir günahı işlətdim, sonra da bunu Abdullah ibn Ömərə (Allah ondan da razı olsun) dedim. İbn Ömər: (radıyəllahu anhumə): "Nədir o?" - deyə soruşdu. Mən dedim: "Filan, filan işi görmüşəm". O dedi: "Bu ki, böyük günahlardan deyil. Böyük günahlar doqquzdur; Allaha şərik qoşmaq, adam öldürmək, cihaddan qaçmaq, ismətli qadına böhtan atmaq, sələm yemək, yetimin malını yemək, məsciddə haqdan yayınmaq, (dini) məsxərəyə qoymaq və valideynlərin üzünə ağ olub onları ağlatmaq". (Sonra) İbn Ömər (Allah onların hər ikisindən də razı olsun) mənə dedi: "Cəhənnəm odundan çəkinib Cənnətə girmək istəyirsənmi?" Mən: "Əlbəttə!" - deyə cavab verdim. O soruşdu: "Valideynin sağdırmı?" Dedim ki: "Bircə anam sağdır!" O dedi: "Allaha and olsun! Əgər onunla mülayim danışsan və ona yemək-içmək versən, böyük günahlardan çəkinsən, mütləq Cənnətə girəcəksən!" (əl-Buxari: "Sahih əl-Ədəbul-Mufrad": 6-8; Yəhya ibn Əbi Kəsir: "Təhzibul-Kəməl" kitabı, 13/468).
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

3 Şərh:

  • Anonim
    Əli · 19 Mart 23:2130

    Allah anamın atamın günahlarını bağışlasın və bizi layiqli övladlardan qərar versin inşaallah.......Atamıda Anamıda çox sevirəmmmmmm

    Cavab yaz
  • Anonim
    Nərmin yeraz · 19 Mart 23:5720

    Allah anama dəyməsin,anam mənim ürəyimdir

    Cavab yaz
  • Anonim
    SEVDA · 20 Mart 15:0100

    Həyatın gözəlliyini,mənasını atanın ,ananın şağlığında görūrem.Əgər həyatı tezeden yaşamaq şansım olseydı atalı gūnlerimdə hec olmasa bircə dəfə onun ayaqlarının altından öpərdim...Atanızın ananızın qədrin bilin atası anası olanlar.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.