Cəmiyyət

"Yoldaşım məni həddindən artıq qısqanır..."

19 Mart 2017 20:55
15 Şərh     Baxış: 1 406

Həddi aşmadan qısqanmaq, ailəsinin qeyrətini çəkmək hər bir müsəlmana vacibdir. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: "Üç nəfər Cənnətə girməz: valideynin üzünə ağ olan, dəyyus (yəni ailəsinin qeyrətini çəkməyib, onların qayğısına qalmayan) və özlərini kişilərə bənzədən qadınlar". (ən-Nəsəi, 5/80-81; əl-Həkim, 1/72).
Siz yoldaşınıza gözəl tərzdə izah edin ki, insanı heç bir əsas olmadan nədəsə ittiham etmək olmaz. Bu böyük bir günahdır. Uca Allah bu barədə belə buyurmuşdur: "Ey iman gətirənlər! Zənnə çox qapılmayın. Çünki zənn edilənlərin bir qismi günahdır". (əl-Hucurat, 12).
"Mömin kişiləri və qadınları etmədikləri bir işdən (günahdan) ötrü incidənlər, şübhəsiz ki, öz üzərlərinə böhtan və açıq-aydın bir günah götürmüşlər!" (əl-Əhzəb, 38).
Milli.Az zikr.az-a istinadən bildirir ki, Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) buyurub: "Allahın qısqanclığın bəzisini sevir, bəzisinə də qəzəblənir. Allahın sevdiyi qısqanclıq şübhə doğuran işlər haqqındakı qısqanclıqdır. Allahın qəzəbləndiyi qısqanclıq isə şübhə doğurmayan işlərdən kənar olan qısqanclıqdır. Allah təkəbbürün bəzisinə qəzəblənir, bəzəsini də sevir. Sevdiyi təkəbbür insanın müharibə vaxtı və sədəqə verərkən təkəbbürdür. Allahın qəzəbləndiyi təkəbbür isə azğınlıq və lovğalanaraq özünü çəkməkdir". (Əbu Dəvud, 2659).
Şəriətin ümumi qaydasına görə ittiham edən tərəf öz ittihamına sübut gətirməlidir. Müdafiə olunan tərəf isə yalandan and içməyin böyük günah olmasını və Uca Allahın cəzasına səbəb olacağını başa düşərək and içməlidir. Ona görə də, siz and içdikdən sonra ərinizin sübut olmadan sizi günahlandırmağa haqqı yoxdur. Qurana əl basaraq and içmək isə qadağandır.
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

15 Şərh:

  • Anonim
    ika.e · 19 Mart 21:0000

    Fondakı şekil ne gülmeli alınıb))

    Cavab yaz
  • Anonim
    Esra ibrahimli (Samaxi) · 19 Mart 21:0350

    Şukur Allaha qisqanc birine rast gəlməmişəm. Ən zehləmm geden kişi tipi qısqanc olanlardı. İllahda deyə ki aton evinə getmə aman Allah.

    Cavab yaz
    • Anonim
      Esraya · 19 Mart 21:3705

      Senin kisin qisqanmirsa eyer,meslehetdir hekime getsin.Kiside qisqancliq hissi yoxda,demeli bu kisi qusurludur

      Cavab yaz
      • Anonim
        Esra ibrahimli (Samaxi) · 19 Mart 21:5250

        Qusurlu ozunsen , mecburdu qisqanmaqa, qisqancliq ozu bir xestelikdi ay serh yazan nece-nece evler, aileler gozumun qarsisinda daqilib qisqancliq ucbatindan, xesteliye dusenleri demirem.Mende qeti qisqanc deyilem nedi ki, xasiyyetdi de.

        Cavab yaz
  • Anonim
    asi · 19 Mart 21:1014

    Hmm..Bir baıaca dəyişiklik eləsinlər..Indi özlərini qadınlara bəzədən kişilər daha çoxdu)).

    Cavab yaz
  • Anonim
    Jale · 19 Mart 21:2420

    teze evlenende yoldashim hech meni qisqanmirdi . hardasan sorushmurdu-bu menim chox xetrime deyerdi. Hech bir problemim ile maraqlanmirdi.Indi bezdirib. Bir yere addim ata bilmirem, toya olmaz,qonaqliga olmaz, bacimgile olmaz.Ancaq ish-ev. Ishden 5 deq geciksem,zemg zemgin dalincadir-hardasan,niye yoxsan?hechbir kollektiv tedbirlerinde ishtirak etmirem.Umumiyyetle hech yere getmirem. Amma,maraqlisi budur ki, bazara olar, markete olar, evde usta ishleyirse,onun bashinin ustunde men durmaliyam,butun meishet problemlerini men hell edirem, ushagin her bir problemini men chozurem,mektebin qapisi hardan achilir ,atasi bilmir ve s. Yeni,harada serf edir,orda qisqancliq yoxa chixir,amma bir toya,tedbire gedende,getdiyime peshman edir( toylarda oynamiram ki, deyim ona qiciqlanir,qeti spirtli ichki ichmirem). Bu ne cure qisqancliqdir,bash acha bilmirem.

    Cavab yaz
    • Anonim
      samira · 19 Mart 21:4710

      qiskanmak sahiblenmey yaxsidi amma buda bir yere qeder de surekli qiskanmak pisdi

      Cavab yaz
  • Anonim
    Murad · 19 Mart 21:2930

    Men indi subayam ama ne vaxtsa sevdiyim xanım olarsa mende onu delilercesine qısqanaram hamıdan ve her kesden

    Cavab yaz
  • Anonim
    Emi · 19 Mart 21:3910

    Genc iken sevdiyin insanin qisqancligi xos tesir edir,cox sevildiyini dusunursen.Ancaq bir muddetden sonra her bir kicicik addiminin hesabatini vermek adami bezdirir.

    Cavab yaz
  • Anonim
    Aydlndl · 19 Mart 21:5820

    Guven ve etibar varsa qlsqanmaq artlq weydi.Kiwi arvadl chox qlsqanlrsa demeli ozune az guvenir.

    Cavab yaz
    • Anonim
      sirin. · 19 Mart 22:2600

      Axsaminiz xeyir. Bayraminiz mubarek. Menimde yoldasim coox qisqancdi. Hec yere olmaz iwe gedende 10 defe deyir ki qapini arxadan bagla. Vatsapda gec yazanda deyir hsrda idin niye gec yazdin. Toya qonaqliga tek olmaz 5ilde aileliyik amma qisqancligi hec azalmir. Bilmirem ne edim.

      Cavab yaz
      • Anonim
        Аyan · 19 Mart 22:4800

        Sizde yene vatsap var

        Cavab yaz
        • Anonim
          Ayana · 19 Mart 22:5300

          Vay sende menim günümdesenki ele bilirem tek bizde eledi.mendede vatsapa icaze yoxdu

          Cavab yaz
        • Anonim
          sirin · 20 Mart 01:3600

          Ozu var vatsapda men orda olmasam lap cox nigaran qalar yenede vatsapla goruntu video ile daniwiriq. Meni gormese ele bilerki buna dememiw harasa getmisem. Qirgin duwer evde. Ona gore varimdi vatsap. Qizlarim ele pis sey deyil axi vatsap. Kontakta olanlardidaa bawqa yad adam yoxdu ki.

          Cavab yaz
  • Anonim
    Elə Mən · 20 Mart 00:5420

    Mənim də yoldaşım dəhşət var dəhşət,bu lap artiq dəhşət dərəcəsində qisqancdir.Hami dedi vaxt keçsin düzələcək.Artiq 11 ildi ailəliyik.Get gedə daha da artir,nəinki azalmaq.Ancaq etiraf edim ki,onun bu qisqanclığı mənim xoşuma gəlir.Qisqanirsa,deməli sevir,dəyər verir.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.