Cəmiyyət

Çətinliklərin həll edilməsi yolu, günahların yuyulması vasitəsi

19 Mart 2017 20:20
3 Şərh     Baxış: 728

"Namaz qılın, zəkat verin və rüku edənlərlə birlikdə rüku edin (namaz qılanlarla birgə namaz qılın)". ("Bəqərə" 43).

"Namaz qılın və zəkat verin. Özünüz üçün qabağa nə yaxşı əməl göndərsəniz, onu(n hamısını) Allahın yanında tapacaqsınız. Həqiqətən, Allah etdiyiniz (bütün) əməlləri görəndir". ("Bəqərə" 110).
"(Bütün hallarda) duran, oturan və böyrü üstə uzanan halda Allahı yada salın və (düşmənin şərindən) amanda olduğunuz zaman namaz(ı adi qaydada) qılın. Şübhəsiz namaz möminlərə həmişə vacib olan bir qərardır". ("Nisa" 103).
Hədislərin dili ilə:
Milli.Az deyerler.org-a istinadən bildirir ki, namaz, yəni mömin qəlbinin çırağı və aydınlığı, İslamın zinətidir.
Namaz, yəni Allahı zikr etmək və yada salmaq ki, əgər insan həmişə onunla birlikdə olsa, günahdan uzaq olar və yaxşılıqlara üz tutar.
Namaz, yəni çətinlikləri həll etmək üçün əzəmətli bir dayaqdır.
Namaz, yəni insanın qəflətini aradan aparar və ruhu gücləndirər.
Namaz, yəni aşiqlə məşuqun görüşü.
Namaz, yəni təkəbbürü, qüruru, xudbinliyi aradan aparan.
Namaz, yəni günahdan yuyunmaq vasitəsi və İlahi bağışlanmadır.
Namaz, yəni mənliyinə diqqəti qət etmək, pak yaşamağa dəvətdir.
Namaz, yəni nizam və intizam ruhunun güclənməsidir. İnsan hər gün müəyyən vaxtda namazı iqamə edər. (Tebyan)
Bu gün cəmiyyətin ən böyük bəlası olan depresiyya və iztirab, insanın ümidsizliyindən qaynaqlanır. Mömin insan özünü Əzəmətli bir varlığa təslim etdiyi üçün, İlahi gücdən ilham alaraq daha aram və rahat həyata malik olub, bu cür bəlalardan uzaqdır. Bu cür insanın ömrü uzun olar və cismi xəstəliklərinə daha tez qələbə çalar.
 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

3 Şərh:

  • Anonim
    QQ · 19 Mart 23:11190

    Sukr olsun onun boyukluyune .Cetinlerimi asan eleyen uca yaradana hemd olsun.Gece namzi qiliram ,Gunde 20-30-defe Ayetul -Kursu leri oxuyuram .Her cetin isimde namaz qilib yerin goyun sahibinden komek dileyirem .Sukur olsun Allahima ki dualarim geri cevrilmir .Sukr sene YA REBBIM

    Cavab yaz
  • Anonim
    QQ-ye · 19 Mart 23:50160

    Allah hem ibadetini hem de dualarini gebul etsin inwallah butun cetinliklerden seni hifz elesin. Imanli insanlara boyuk hormetim var.Imani olanin her weyi var.Novruz bayramin da mubarek olsun.Siginib guvendiyin Uca Allah hemiwe bawini uca etsin,elediyin wukurlere gore, Allah sene olan nemetini ve mehebbetini daha da artirsin amin

    Cavab yaz
  • Anonim
    QQ · 20 Mart 00:41150

    Size cox tesekkur eleyirem.Cox sag olun Bu gozel bayram gununde sizin dualariniz gozel sozleriniz mene Allahin en gozel bir lutfu kimi geldi .Allah siz de ovladlarinizi da qorusun .O uca Allahim sizin ve her birimizin komeyi olsun hemise .INSALLAH .Amin

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.