Cəmiyyət

Mehribanlığın möcüzəvi təsiri

19 Mart 2017 22:20
2 Şərh     Baxış: 694

Günlərin birində İmam Həsən (ə) atla gedərkən gözlənilmədən Şam əhalisindən olan bir şəxs onun qabağını kəsir və o Həzrətə (ə) qarşı xoşagəlməz sözlər deməyə başlayır. Lakin İmam Həsən (ə) ona bir söz deməyib, axıra qədər dinləyir və sonra son dərəcə mehribanlıqla buyurur: "Mənə belə gəlir ki, kiminləsə məni səhv salmısan. Hər nə istək və ehtiyacın varsa, söylə, çalışaram səni razı salam. Əgər yolu azmısansa - sənə yol göstərim.

Köməyə ehtiyacın varsa - gəl sənə kömək edib evə aparım.
Əgər acsansa - yemək verim.
Əgər paltar və geyimə ehtiyacın varsa - paltar verim.
Yoxsul və pulsuzsansa - pul verim.
Yox, əgər sığınacağa ehtiyacın varsa - səni onunla da təmin edə bilərəm və başqa hər nəyə ehtiyacın olarsa, əlimdən gələni əsirgəmərəm.
Yaxşı olar ki, yol yoldaşlarınla birlikdə mənim evimə gələsiniz. Sizə yer verib, qulluq etməyə hər bir imkanımız var".
Milli.Az deyerler.org-a istinadən bildirir ki, həmin şəxs gözləmədiyi bu sözlərin qarşısında bir söz deyə bilməyib, İmam Həsənin (ə) qarşısında diz çökdü. Xəcalət hissi onun bütün vücudunu bürüdü və ixtiyarsız olaraq göz yaşları tökməyə başladı və həmin an sanki qəlbinə mehr-məhəbbət və səmimiyyət nuru saçdı.
Özünə gəldikdən sonra ayağa qalxdı və İmam Həsənin (ə) imamlığına şəhadət verib dedi: "Bu günədək sənə və atana hamıdan çox nifrət edərdim, lakin indi hiss edirəm ki, sizə qarşı kin və ədavətlə dolu olan qəlbimdə sizə qarşı sevgi və məhəbbətdən savayı bir şey yoxdur. İmamətə layiq olan şəxslər məhz sizsiniz".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

2 Şərh:

  • Anonim
    .. · 19 Mart 22:2610

    Bu insanların səbrinə heyranam.

    Cavab yaz
  • Anonim
    Dojd · 19 Mart 22:5230

    Indi o devir deyil. Indi bele etsen adamin sonunu getirerler. Birini rusiyada evime getirdim colde qalmisdi. Yemek verdim pul verdim her bir serait yaratdim o menim evimde oldugu surece rahat olsun deye. Ancaq sonunda menim evimben ogurluq edib qacdi. Deyin gorum bu mene lazim idi?????? Mence Allah her kesin ozune qelbine gore verir ve verecekde.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.