Cəmiyyət

Futbolçularımız "yox" dedilər - VİDEO

16 Mart 2017 16:54
0 Şərh     Baxış: 749

AFFA və UNICEF- yeni layihəyə start verib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, əməkdaşlıq UNICEF-in qlobal uşaq zorakılığına qarşı kampaniyası çərçivəsində həyata keçirilir. 

Layihənin əsas şüarı olan "Bizə qoşul, futbolu sev, zorakılığa YOX de!" sosial şəbəkələrdə #FutboluSevZorakiligaYoxDe haştaqı ilə paylaşılır.
Kampaniya çərçivəsində adları aşağıda göstərilmiş futbolçuların iştirakı ilə sosial videoçarx çəkilib:
 
Elvira Əsgərzadə - 17 yaşadək qızlardan ibarət Azərbaycan yığma komandasının qapıçısı
Maksim Medvedev - Azərbaycan milli komandasının müdafiəçisi 
Həqiqət Qasımova - 17 yaşadək qızlardan ibarət Azərbaycan yığma komandasının müdafiəçisi
Qara Qarayev - Azərbaycan milli komandasının yarımmüdafiəçisi
 
Qeyd edək ki, Bakının müxtəlif yerlərində mövzuya aid reklam lövhələri quraşdırılacaq və il ərzində uşaq futbolunda çalışan məşqçilərə futbol oyunları zamanı, məşq prosesində və digər situasiyalarda zorakılığı aradan qaldırmaq barədə kitabçalar paylanacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

Futbolçularımız

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.